Məhkəmə qərarları › İş №2(027)-2172/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2172/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2172/2021 27.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan cəmi 13000 (on üç min) manat məbləğində pulun. 30 (otuz) manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 50 (əlli) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Küçeyi kəndində yaşayır. Cavabdeh torpaq alqı-satqısı ilə məşğul olan biri kimi tanıyır. Təxminən 2020-ci ilin avqust ayının əvvəlində söhbət əsnasında o, Cavabdeh torpaq sahəsi almaq istədiyini bildirib. Cavabdeh ona Quba rayonu, Talabıqışlaq kəndi ərazisində yerləşən, onun torpaq sahəsilə qonşu olan 1,45 ha torpaq sahəsini ona təklif etmişdir. Həmin torpaq sahəsinin satış qiymətinin 13000 (on üç min) manat olduğunu bildirib. O, Cavabdehla 1,45 ha torpaq sahəsini 13000(on üç min) manat məbləğinə almağı razılaşıb. Cavabdeh 15 avqust 2020-ci il tarixdə 2000 manat, daha sonra 9000 manat və 1985 manat olmaqla pul ödəyib. Beləliklə cavabdehə ümumilikdə 13000(on üç min) manat məbləğində pul ödəyib. Cavabdeh ondan aldığı 13000 (on üç min) manat məbləğində pulu 06 iyun 2021-ci il tarixli borc müqaviləsi ilə etiraf etmiş və torpaq sahəsinin verilməsi baş tutmazsa, 13000 (on üç min) manat məbləğində pulu qaytaracağını öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu günə kimi ona nə torpaq sahəni, nə də ki, verdiyi 13000 (on üç min) manat məbləğində pulu verməmişdir. Dəfələrlə cavabdehə pulunu verməsini bildirsə də, cavabdeh pulunu qaytarmır, onu hər dəfə müxtəlif bəhanələr ilə aldadır. Ona görə də cavabdehdən pulunu almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, Cavabdeh ona olan cəmi 13000 (on üç min) manat məbləğində pulun 30 (otuz) manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 50 (əlli) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək, bildirdi ki, onunla Cabir arasında torpaq alqı-satqısı barədə razılaşma olub, lakin sözü gedən torpaq sahəsinin alınıb ona verilməsi baş tutmayıb. A. Məmmədov İddiaçı 13000 (on üç min) manat məbləğində pulu qaytaracağını öhdəsinə götürdüyünü etiraf edərək, bildirdi ki, pulu ödəməyə maddi imkanı olmayıb, yaxın vaxtlarda torpağını satıb Cabirin pulunu ödəyəcək. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarında nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06.06.2021- ci il tarixli “Borc” müqaviləsindən məlum olur ki, bu müqavilə Cavabdeh İddiaçı qonşuluğunda torpaq sahəsini İddiaçı verəcəyi, əks təqdirdə alına bilməzsə, yay mövsümündə 13000 (on üç min) manat məbləğində pulu qaytaracağı barədə bağlanıb və imzalarıyla təsdiq edilib. Müqavilənin tərtib edilməsində İddiaçı qonşusu – X1 və Cavabdeh atası-- X2 iştirak ediblər. İş materiallarında olan 27.09.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsiə görə 30 manat rüsum ödənilmişdir. İş materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında 494 nömrəli müqavilədən və mədaxil qəbzdən görünür ki, İddiaçı hüquqi yardıma görə 50 manat məbləğində vəsait ödəmişdir. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu, Talabıqışlaq kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Quba rayonu, Talabıqışlaq kəndi ərazisində yerləşən onun torpaq sahəsilə qonşu olan 1,45 ha torpaq sahəsini almaq üçün cavabdeh Cavabdeh 13000 (on üç min) manat məbləğində pul ödəyib, lakin həmin torpağı ala bilməyib. Cavabdeh aralarında bağladığları 06 iyun 2021-ci il tarixli “Borc” müqaviləsinə əsasən torpaq sahəsinin alınması baş tutmazsa, 13000 (on üç min) manat məbləğində pulu qaytaracağını öhdəsinə götürüb. Lakin Cavabdeh bu günə kimi ona nə torpaq sahəsini, nə də verdiyi 13000 (on üç min) manat məbləğində pulu qaytara bilmədiyini məhkəmədə etiraf etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qösurlarla və ya öhdəliyin məzmunu ilə möəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə və cavabdeh tərəfindən iddianın qəbul edilməsini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, Cavabdeh dəymiş zərərə görə 13000 (on üç min) manat məbləğində pul, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 13000 (on üç min) manat, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar