Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2190/2021 29.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 dekabr 2019-cu il tarixli, 100821-122731/10 nömrəli kredit müqaviləsi üzrə 5729,50 manat məbləğində əsas borc, 89,50 manat məbləğində faiz borcu olmaqla, cəmi 5819 (beş min səkkiz yüz on doqquz) manat və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın Bank qarşısında girov qoyulmuş, Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına əsasən Bankın pul anbarına saxlanca qəbul edilmiş 5 ədəd qızıl-zinət əşyası (583 əyarlı 3 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük) yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Qərarı ilə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz, dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun olaraq, İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli, 100821- 122731/10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 5729,50 (beş min yeddi yüz iyirmi doqquz manat, əlli qəpik) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, bankla Cavabdeh arasında 12 dekabr 2019-cu il tarixli, 100821-122731/10 nömrəli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh tərəfindən 5 ədəd qızıl-zinət əşyası (583 əyarlı 3 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük) 21 sentyabr 2017-ci il tarixli, 122731,2 nömrəli aktla banka saxlanca qəbul edilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 06 sentyabr 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5729,50 manat məbləğində əsas borc, 89,50 manat məbləğində faiz borcu olmaqla, cəmi 5819 (beş min səkkiz yüz on doqquz) manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh krediti müqaviləsi üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmdan baxmağı xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli, 100821-122731/10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 5729,50 (beş min yeddi yüz iyirmi doqquz manat, əlli qəpik) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, bankla Cavabdeh arasında 12 dekabr 2019-cu il tarixli, 100821-122731/10 nömrəli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh tərəfindən 5 ədəd qızıl-zinət əşyası (583 əyarlı 3 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük) 21 sentyabr 2017-ci il tarixli, 122731,2 nömrəli aktla banka saxlanca qəbul edilmişdir. İş materiallarında olan 21.09.2017-ci il tarixli girovun təkrar qiymətləndirilməsi aktından görünür ki, 5 ədəd qızıl-zinət əşyası (583 əyarlı 3 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük) ümumi qiyməti 4237.8 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 12 dekabr 2019-cu il tarixli, 100821- 122731/10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən 06.09.2021-ci il tarixə 5729,5 manat əsas, 89,5 manat faiz borcu olmaqla, cəmi 5819 manat pul öhdəliyi vardır və kredit müqaviləsi üzrə gecikmə 559 gün təşkil edir. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh 12.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən ondan 5729,5 manat əsas, 89,5 manat faiz borcu olmaqla, cəmi 5819 manat məbləğində pul iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Borc ödənilmədikdə tələb İddiaçı qarşısında girov qoyulmuş, Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına əsasən Bankın pul anbarına saxlanca qəbul edilmiş 5 ədəd qızıl-zinət əşyası (583 əyarlı 3 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük) yönəldilməli, 5 ədəd qızıl-zinət əşyasının (583 əyarlı 3 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük) ilkin satış qiyməti 4237,80 manat müəyyən edilməli, qızıl-zinət əşyaları hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı-nin xeyrinə 12 dekabr 2019-cu il tarixli, 100821-122731/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə ödənilməmiş 5729,5 manat əsas borcu, 89,5 manat faiz borcu olmaqla, cəmi 5819 manat məbləğində pul, habelə ödənilmiş 30,40 manat dövlət rüsumu tutulsun, borc ödənilmədikdə tələb İddiaçı qarşısında girov qoyulmuş, Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına əsasən Bankın pul anbarına saxlanca qəbul edilmiş 5 ədəd qızıl-zinət əşyası (583 əyarlı 3 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük) yönəldilsin, 5 ədəd qızıl-zinət əşyasının (583 əyarlı 3 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük) ilkin satış qiyməti 4237,80 manat müəyyən edilsin, qızıl-zinət əşyaları hərracda satılsın və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2190/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2190/2021
29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver