Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2210/2025 22.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İ. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1500 (min beş yüz) manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1400 (min dörd yüz) manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onunla həmkəndlidir, yaxşı münasibətləri olmuşdur. Cavabdeh 2024-cu ilin iyul ayında bağından topladığı-1400 manat dəyərində şaftalını ondan nisyə alaraq satıb ona pulunu qaytaracağını bildirdi, o, da yaxın münasibətdə olduğu üçün razılıq verdi. Cavabdeh meyvəni satıb qayıtdıqdan sonra pulunu bir müddət sonra verəciyini bildirdi. Lakin sonradan isə ümumiyyətlə borclu olduğu pulu ödəməkdən boyun qaçırdı. Dəfələrlə ona edilən xəbərdarlıqlara əhəmiyyət vermədiyi üçün o, da məcburiyyət qarşında qalıb Quba rayon Polis Şöbəsinə şikayət etdi. Quba rayon Polis Şöbəsində araşdırılma aparılıb xx.xx.2025-ci il tarixli məktubu ilə müraciətini mülki xarekterli olduğunu bildirib ona məhkəməyə müraciət etməyi tövsiyə ediblər. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddiasını qəbul edərək, verdiyi izahatında bildirmişdir ki, iddiaçıya 1400 manat borcu vardır, ziyana düşdüyü üçün ödəyə bilməmişdir. Borcunu ödəyəcəkdir. İddianın təmin olunmasına etiraz etmir. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarnda olan Quba RİHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəsinin 15 aprel 2025-ci il tarixli, 196 №li arayışından görünür ki, İddiaçı hal-hazırda Quba rayonu, Əliməmmədoba kəndində yaşayır. İş materiallarında olan Quba RPŞ-nin İTB-nın İddiaçı müraciətinə baxılmasına dair xx.xx.2025-ci il tarixli arayışından görünür ki, barəsində şikayət edilən Cavabdeh Padişah oğlu izahat verərək, İddiaçı 1400 manatlıq məhsul almasını təsdiqləmiş, razılaşmaya əsasən pulu 1 gün sonra qaytarmalı olduğunu, lakin məhsulu sata bilməməsininə görə pulu qaytara bilmədiyini qeyd etmişdir. Əlavə olaraq həmin məbləği qarşıdakı günlərdə geri qaytaracağı barədə izahatında qarşı tərəfə vəd vermişdir. İş materiallarında olan Quba RPŞ-nin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, onun Quba RPŞ-nə etdiyi müraciət araşdırılmış, müraciətində qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğu üçün aparılan araşdırma dayandırılmışdır. Ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə təhiqatı zamanı işdəki sübutlar, həmçinin cavadehin öz etirafı əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 2024-cü ilin iyul ayında 1400 manat dəyərində meyvəni nisyə almış, həmin meyvənin pulunu bir müddət sonra ödəyəcəyini öhdəsinə götürmüş, lakin cavabdeh həmin pulu iddiaçıya verməyərək, öhdəliyin icrasından yayınmışdır. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü madəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, Cavabdeh alqı-satqı əsasında yaranmış öhdəliyin icrası ilə əlaqədar borc, yəni 1400 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 35 manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 35 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2210/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2210/2025
22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver