Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2212/2021 27.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 30.04.2015-ci il tarixli 2(027)-865/2015 saylı qətnaməsilə təyin olunmuş 04.01.2014-cü il təvəllüdlü X5 və 23.11.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 250 (iki yüz əlli) manat olmaqla, iki uşağa görə 500 (beş yüz) manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 31 mart 2013-cü il tarixdə ailə qurub. Birgə nikahdan 04 yanvar 2014-cü il təvəllüdlü X5 və 23 noyabr 2014-cü il təvəllüdlü X6 adlı uşağları doğulmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətlərinin pozulması səbəbindən aralarında bağlanmış nikah pozulmuş birgə nikahdan 04 yanvar 2014-cü il təvəllüdlü X5 və 23 noyabr 2014-cü il təvəllüdlü X6 onun himayəsində saxlanılmışdır. Quba Rayon Məhkəməsinin 30 aprel 2015-ci il tarixli 2(027)-865/2015 saylı qətnaməsi 01 aprel 2015-ci il tarixdən başlayaraq, 04 yanvar 2014-cü il təvəllüdlü X5 və 23 noyabr 2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa 108 (yüz səkkiz) manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda qeyd edilən məbləğ bir uşağın bir aylıq təlabatını belə ödəmir. Qızı 04 yanvar 2014-cü il təvəllüdlü İbrahimova Sevginin böyrəkləridə 3-cü dərəcəli genişlənmə, oğlu 23 noyabr 2014-cü il təvəllüdlü İbrahimov Həzrətin danışmasında ləngimə var. Cəmi 216 (iki yüz on altı) manat məbləğində aliment onların geyiminə və müalicə xərclərinə çatmır. Uşağların tələbatlarını ödəməyə çalışsa da, bu məsələdə çox çətinlik çəkir. Hazırki vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşağların qanuvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. Buna görə də digər xərclərin ödənilməsi ümün alimentin artırılması zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Quba Rayon Məhkəməsinin 30.04.2015-ci il tarixli 2(027)-865/2015 saylı qətnaməsilə təyin olunmuş 04.01.2014-cü il təvəllüdlü X5 və 23.11.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 250 (iki yüz əlli) manat olmaqla, iki uşağa görə 500 (beş yüz) manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman Cavabdeh bildirmişdi ki, o ümumiyyətlə iddianı qəbul etmir, belə ki, onun tələb olunan məbləği ödəməyə maddi imkanı yoxdur, O, A. İbrahimovaya 216 manat aliment və hər uşağa görə 50 manat müalicə pulu ödəməli olduğu təqdirdə, maddi imkanı çətin olduğundan ödənişi edə bilməyib, nəticədə onun borcu yığılıb. Bir dəfə iddiaçı tərəfdən onun üçün Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə iş qaldırılıb və ona 1 (bir) il azadlığın məhdudladırılması cəzası verilib. Həmin qərardan yuxarı instansiya məhkəmələrinə şikayət verib. Sonradan o evini satıb iddiaçıya 10 000 (on min ) manat məbləğdə aliment borcunu ödəyib və yuxarı instansiya məhkəmələri onun barəsində çıxarılmış azdlığın məhdudladırılması qərarını ləğv edib. E. Vələdov qeyd edib ki, hər uşaq üçün təyin olunmuş 108 manat aliment və hər uşağa görə 50 manat müalicə pulunu ödəyə bilmədiyi və çətinliklərlə üzləşdiyi halda, hal-hazırda tələb olunan məbləği ödəmək iqtidarında deyildir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı dinləyib, Cavabdeh izahatına bir daha nəzər yetirərək, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ 731579 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 04.01.2014-cü il təvəllüdlü X2 şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ 731580 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 23.11.2014-cü il təvəllüdlü X3 şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 235307 seriya və nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh, İddiaçı arasında olan nikah ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 04.03.2016-cı il taridə 30 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 30.04.2015-ci il tarixli 2(027)-865/2015 saylı qətnaməsi ilə 01 aprel 2015-ci il tarixdən başlayaraq, 04 yanvar 2014-cü il təvəllüdlü X5 və 23 noyabr 2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa 108 (yüz səkkiz) manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. İş materiallarında olan AZE ******** şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Quba rayonu Xucbala kəndində qeydiyyatdadır. Belə ki məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından döğulmuş 04 yanvar 2014-cü il təvəllüdlü X5 və 23 noyabr 2014-cü il təvəllüdlü X6 hazırda anaları ilə yaşayır. Quba Rayon Məhkəməsinin 30.04.2015-ci il tarixli 2(027)-865/2015 saylı qətnaməsi ilə 01 aprel 2015-ci il tarixdən başlayaraq, 04 yanvar 2014-cü il təvəllüdlü X5 və 23 noyabr 2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa 108 (yüz səkkiz) manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. İddiaçı təyin edilmiş alimentin uşağların tələbatlarını ödəmədiyindən uşağların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 250( iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh buna etirazını bildirmiş, maddi imkanı olmadığını, maddi durumunun çətin olduğunu və hər uşağa görə 250( iki yüz əlli) manat sabit pul məbləğində alimentin ödəyə bilmədiyini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 30.04.2015-ci il tarixli 2(027)-865/2015 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 04 yanvar 2014-cü il təvəllüdlü X5 və 23 noyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 170 (yüz yetmiş) manat olmaqla, iki uşağa görə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 30.04.2015-ci il tarixli 2(027)-865/2015 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 04.01.2014-cü il təvəllüdlü X5 və 23.11.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 170 (yüz yetmiş) manat olmaqla, iki uşağa görə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2212/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2212/2021
27.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver