Məhkəmə qərarları › İş №2(027)-2218/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2218/2024

15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2218/2024 15.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(027)- 1219/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq birgə nikahlarından olan 03 aprel 2014-cü il təvəllüdlü X2 və 23 fevral 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş ) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində xidmət haqqı kimi ödədiyi pulun alınıb ona verilməsi barədə qətnamə çıxaralımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə 2013- cü ildə el adəti üzrə ailə qurmuşdur. Aralarında olan nikahı 20 avqust 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 03 aprel 2014-cü il təvəllüdlü X2 və 23 fevral 2016-cı il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Uzun illərdir ki, cavabdeh ilə yaşamaq mümkün olmadığından o, azyaşlı övladları ilə birlikdə valideynlərinin yanına qayıtmışdır. Hətta aralarında olan nikah pozulmadan cavabdeh uşaqlarına baxmadığı üçün o, iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 2(027)-3298/2016 saylı, 01 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatana kimi saxlanması üçün 50 manat məbləğində pulun Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. 2022-ci ildə cavabdeh aralarında olan nikahın pozulması və digər tələblərə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmiş və aralarında olan nikah pozulmuşdur. Sonuncu dəfə Quba Rayon Məhkəməsinin 2(027)-1219/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)-3298/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Uşaqları məktəblidir, ehtiyacları günü-gündən artır. Qət edilmiş aliment miqdarı isə hal-hazırda qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumundan azdır. Qeyd edilən aliment miqdarı ilə uşaqların saxlanılması çətin olduğu üçün o, alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Uşaqların təhsili, geyimi, sağlamlığı, istirahəti və s. ilə bağlı xərcləri hər gün artır. O, bir ana kimi təkbaşına bu xərcləri qarşılamaqda çətinlik çəkir. Onun kimi övladlarına baxmaq cavabdehin də vəzifəsidir. O, ilkin olaraq cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh ilə aralarında heç bir razılığa gələ bilmədikləri üçün ona ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə 19 iyul 2024-cü il tarixli. MSQ-MT-027-2024-00932 nömrəli arayış verilmişdir. Ona görə də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, “FAB” inşaatda fəhlə olaraq işləyir və 345 manat məbləğində maaş alır. Alimenti vaxtlı-vaxtında ödəyir. Aliment borcu yoxdur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Həmçinin, cababdeh Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, həyat yoldaşı ilə münasibətlərində anlaşılmazlıq yaranmağına baxmayaraq bunu azyaşlı uşaqlarının bilməsinə heç vaxt yol verməmişdir. Həmişə övladlarının qayğısına qalmış, onların təhsil və digər mənəvi, maddi-sosial ehtiyaclarını qarşılamışdır (bu dediklərimnn baris nümunəsi alimentlərini belə vaxtı-vaxtında köçürməyidir). Aralarında olan nikahın pozulmasından bugünə qədər övladlarının yetkinlik yaşına çatması və onların saxlanılması üçün ona təyin edilən alimenti vaxtı-vaxtında köçürmüşdür. Hətta fəhlə işləməyinə və az məvacib almağına baxmayaraq dəfələrlə övladlarının təlim-tərbiyə və digər maddi-sosial ehtiyaclarını bir ata kimi qarşılamaq məqsədi ilə addım atmışdır. Onun ailə vəziyyəti ilə əlaqədar maddi çətinliyinin nəzərə alınmasını xahiş etmişdir. İnşaat mağazalarının birində satıcı və boş vaxtlarında da orada fəhləlik edir. Aylıq gəlirim 345,00 (üç yüz qırx beş) manat təşkil edir. Yaşlı atası və yaşlı anası ilə yaşayır. Anası xəstədi, bir övlad kimi onun qayğısına qalmaq və dərmanlarının alınmasında kömək etmək onunda borcudur. Lakin maddi sıxıtılarından bunları çoxda edə bilmir. Buna və övladlarına görədə sıxıtı keçirir. Kasıb ailədir, ailədə bir işləyən odur. Adında heçbir torpaq, ev yoxdur. İllərdir aliment ödəməsinə baxmayaraq uşaqlarının anası və babası övladlarını onunla görüşməyə mane olurlar. Buna baxmayaraq uşaqlarının anası Abbasova Leyla telman qızı onu bu hüquqlardan məhrum edir, illərdir o, övladlarını görmək istəsə də görə bilmir, buna baxmayaraq aliment artırılmasını tələb edir. Məhkəmə tərəfləri izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 351842 №-li və AZ-İİİ 755524 №li doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 03 aprel 2014-cü il təvəllüdlü X2 və 23 fevral 2016-cı il təvəllüdlü X3 doğulmuşlar. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1219/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)- 3298/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-3298/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. İş materialllarında olan xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-00932 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi. İş materiallarından görünür ki, Cavabdeh mağazada satıcı işləyir və aylıq 345 manat məbləğində əmək haqqı alır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba rayon Məhkəməsinin 2(027)- 1219/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş Quba Rayon Məhkəməsinin 2(027)-3298/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir Quba Rayon Məhkəməsinin 2(027)-3298/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa hər ay 235 manat olmaqla, iki uşağa cəmi 470 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə-valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 03 aprel 2014-cü il təvəllüdlü X2 və 23 fevral 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba rayon Məhkəməsinin 2(027)-1219/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa ayda 200 (iki yüz) manat olmaqla, iki uşağa görə cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 50 manat mediasiya xərci tərəflər arasında bərabər bölünməlidir. Odur ki, mediasiya xərci 25 manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03 aprel 2014-cü il təvəllüdlü X2 və 23 fevral 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 2(027)-1219/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa ayda 200 (iki yüz) manat olmaqla, iki uşağa görə cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun; iddia tələbi qalan hissədə təmin edilməsin. Mediasiya xərci 25 manat Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar