Məhkəmə qərarları › İş №2(027)-223/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-223/2025

04.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-223/2025 04.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh onun vəkili və səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Təvvəkkül oğlundan yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş 1743 manat təşkil edən zərərin əvəzinin və Dövlət rüsumu kimi ödədiyi 38 manat vəsaitin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Xaçmaz RQİ və TBŞ verdiyi BD 251793 nömrəli xx.xx.2002-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «VAZ-2121 » minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Quba-Qonaqkənd yolunun Amsar kəndi ərazisində «Mandarin» marketin qarşısından keçən hissəsində Cavabdeh Təvvəkkül oğlu «Mersedec Benz C 280» markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili idadə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinin tələblərini pozaraq ötmə əməliyyatı apararkən əks istiqamətdə hərəkət zolağına çıxaraq yolun sağ kənarında dayanmış X5 aid « VKL -2107» markalı 40 BF-127 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə daha sonra X8 məxsus VAZ-21214» markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə, həmçinin həmin yerdə yolun kənarında saxladığı ona məxsus «VAZ- 2121» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfi ilə toqquşmuş, nəticədə X2 yüngül dərəcəli bədən xəsarəti almasına, qeyd olunan avtomobillər zədələnərək sahiblərinə və ona məxsus «VAZ-2121» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnərək ziyan dəymişdir. Həmin fakt Quba RPŞ-də «tərədilmiş və ya hazırlanmış cinayətlər barədə qeydiyyat kitabında» 2501 nömrə ilə qeydə alınaraq araşdırmanın aparılması təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X7 həvalə edilmiş, tərəfindən hadisə yerinə, avtomobillərə baxış keçirmiş, hadisə ilə bağlı onun, qeyd olunan avtomobillərin sürücülərinin - X9, X12 və hadisənin səbəbkarı sürücü Cavabdeh Təvvəkkül oğlunun izahatları alınaraq araşdırma materialına əlavə etmişdir. xx.xx.2024-cü il tarixdə təhqiqatçısı Sənan Həsənov tərəfindən toplanmış material üzrə Cavabdeh Təvvəkkül oğlunun barəsində cinayət işi başlanması rədd edilmiş və Cavabdeh Təvvəkkül oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzəzrdə tutumuş xətanın tərkibi olduğundan barəsində Quba RPŞ-nin X18 bölməsində inzibati tədbir görülməsi məqsədi ilə qərər qəbul edilmiş, həmin qərar Quba RPŞ-nin X18 bölməsinə göndərilmiş və həminin qərar rəsmi qaydada ona təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində «Mersedec Benz C 280 MİNİK» markalı **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.2003-cü il təvəllüdlü Quba rayonu Amsar Ə.D.Amsar kənd sakini Cavabdeh Təvvəkkül oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzəzrdə tutumuş xəta törədildiyindən Quba RPŞ DYPB-nin polis mayoru X10 tərəfindən İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli X13 protokol və X13 işin Quba Rayon Məhkəməsinə aidiyyati üzrə göndərilməsi barədə GP25932491 nömrəli qərar qəbul edilmişdir, həmin protokol və qərarı ona təqdim edilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material isə Quba RPŞ-nin arxivində saxlanılır, belə ki, hadisəsi ilə bağlı sürücülərin izahatları, hadisə yerinə, avtomobillərə baxış protokolları, sxemi, fotoşəkilləri və avtomobillərə dəymiş ziyan aktlarının əsilləri və digər zəruri sənədlər həmin materiala əlavə edilmişdir. Belə ki, Yol-nəqliyyat hadisəsindən sonra «VAZ-2121» minik markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobilimə dəymiş maddi ziyanin hesablanması üçün sorğum əsasında "X4 Cəmiyyəti tərəfindən avtomobilimə ilkin baxış keçirilərək sıradan çıxmış və yararsız hala düşmüş ehtiyyat hissələnin alış qiymətləri və təmir işlərinə çəkiləcək xərclərin- 1 ədəd arxa sol stop butov- 25 manat, 1 ədəd arxa sol bufer qulağı -10 manat 1 ədəd arxa qanadüstü stop- 10 manat, 1 ədəd arxa bufer bağlanan sol qol- 14 manat, arxa yük yerinin iç üzlükləri -30 manat, 1 ədəd arxa bufer bağlanan qolun rezini -4 manat, dəmirçi işinə aid avtomaşının təmir olunması və alınmış ehtiyyat hıssslsrinin avtomaşının üzərinə quraşdırılmasına görə xidmət haqqı-400 manat, rəngsaz işi avtomaşının rənglənməsi alınmış materialı ilə birlikdə xidmət haqqı-356 manat,cəmi avtomobilimə dəymiş ziyan 843 manat təşkil etməsini təsdiq edərək xx.xx.2024-cü il tarixli 2100 nömrəli ziyan aktı tərtib edilərək ona təqdim edilmişdir. Hadisə baş verdiyi gündən hal hazıra kimi hadisəni törədən Cavabdeh Təvvəkkül oğlu ona vurulmuş maddi ziyanı ödəmədiyindən avtomobilimi təmir etdirə bilməmiş, özü 3-cü qrup əliləm, baş vermiş hadisə nəticəsində ona məxsus «VAZ-2121» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnərək 843 manat məbləğində ziyan dəymiş, həmçinin avtomobilsiz qalmağamla əlaqədar hər gun yaşadığı 2-ci Nügədi kəndindən Quba şəhərinə işə gedib qayıtmaq üçün gündəlik 20 manat pul xərcləməyə məcbur olmuş, hal-hazıra kimi, yəni xx.xx.2024-cü il tarixə kimi 900 manat məbləğində pul xərcləmiş, ümumilikdə ona vurulmuş maddi ziyan 1743 manat təşkil edir. Cavabdeh Təvvəkkül oğlu ilə yol-nəqliyyat hadisəsi ilə bağlı ilə ona vurulmuş ziyanın könüllü surətdə ödənilməsi ilə bağlı səhbətlər aparılmış, ona tərəfindən istifadəsində olan mobil telefonuna mesaj gəndərilmiş, lakin bu günə kimi müxtəlif bəhanələr gətirərək tərəfindən vurulmuş maddi ziyanı ödəməkdən boyun qaçırır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3, iddia tələbini müdafiə edərək, izaahatında bildirmişdir ki, təmsil etdiyi iddiaçı Zöhrab Fətəliyev onun qardaşıdır. Maşına 1743 manat ziyan dəyib, dəymiş ziyanı tələb edir, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh onun vəkili və səlahiyyətli nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək göstərmişdir ki, iddia ərizəsində göstərilən məbləğlə razı deyil, başvermiş hadisə nəticəsində bir neçə maşına ziyan dəymişdir, nəqliyyat vasitəsinin sığorta müddəti bitmişdir. Ekspertiza rəyində göstərilən məbləğlə razıdır. İİİ. İşin faktiki halları: İş materiallarında olan xx.xx.2024-cü il tarixli ziyan aktından görünür ki, “VAZ- 2121” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, avtomaşına baxış keçirilərkən həmin avtomaşına toqquşma nəticəsində 843 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. - Quba rayon RPŞ-nin TB-nın təhqiqatçısı X6 cinayət işi başlanmasının rədd edilməsi barədə 19 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh 30 avqust 2024-cü il tarixdə, saat təxminən 17 radələrində özünə məxsus «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi Mersedes Benz 280 markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba- Qonaqkənd yolunda hərəkətdə olarkən həmin yolun Amsar kəndi ərazisindən keçən hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42.1 maddəsinin tələblərini pozaraq «Mandarin» marketin qarşısından keçərkən ötmə əməliyyatını etdiyi zaman əks istiqamətdə hərəkət zolağına çıxmış və həmin yolda idarəetməni itirmiş və marketin qarşısında yolun sağ tərəfindən dayanmış Vaz-2107 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxa tərəfdən dəydikdən sonra Vaz- 21214 markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə və Vaz-2121 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə YNH-si baş vermişdir. Hadisə zamanı Cavabdeh Təvəkkul oğlunun barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti onun barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilmişdir. - X13 xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. - Quba Rayon Məhkəməsinin 3(027)-871/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 06 (altı) ay nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 38 manat dövlət rüsumu ödəmişdir. - məhkəmə ekspertizasının 05 may 2025-ci il tarixli, 9/999 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ziyan aktına əsasən 1987-ci il buraxılışlı “VAZ-2121” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci təxminən 263,00 manat müəyyən edilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 30 avqust 2024-cü il tarixdə, saat təxminən 17 radələrində özünə məxsus Mersedes Benz 280 markalı **-LG- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba- Qonaqkənd yolunda hərəkətdə olarkən həmin yolun Amsar kəndi ərazisindən keçən hissəsində əks istiqamətdə hərəkət zolağına çıxmış və həmin yolda idarəetməni itirmiş və Vaz-2121 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və nəticədə İddiaçı maddi zərər vurmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il il tarixli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş üzrə keçirilən məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 may 2025-ci il tarixli, 9/999 №-li rəyində «VAZ-2121» minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, 1987-ci il buraxılışlı avtomobilin təmi-bərpa xərci təxminən 263,00 manat müəyyən olunmuşdur. Məhkəmə, «VAZ-2121» markalı **-BA-*** dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanla bağlı "xxxx" avtotexniki təmir stansiyasının xx.xx.2024-cü il tarixli ziyan aktına, məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 may 2025-ci il tarixli, 9/999 №-li rəyinə sübutların qanuniliyi və mötəbərliyi baxımından hüquqi qiymət verərək, hesab edir ki, həmin ziyanla bağlı məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 may 2025-ci il tarixli, 9/999 №-li rəyi iş üzrə digər sübutlarla təsdiq edildiyi, inandırıcı, məntiqli və daha ağlabatan olduğu üçün mötəbər sübut sayılmalı və həmin ekspertiza rəyinə əsasən «VAZ- 2121» markalı **-BA-*** dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanın məbləği 263 manat qəbul edilməlidir. Belə ki, həmin ekspertiza rəyi qanuni və etibarlı tədqiqat mənbələrinə əsaslanmışdır, orada istinad olunan avtomaşın hissələrinin və təmir işlərinin dəyəri ağlabatan olmaqla bazar qiymətlərinə və işin hallarına uyğundur. "xxxx" MMC-yə məxsus avtotexniki təmir stansiyasının xx.xx.2024-cü il tarixli ziyan aktında avtomaşına dəymiş ziyanla bağlı göstərilən məbləğlər isə heç bir qanuni və etibarlı tədqiqat mənbələrinə və avtomaşın hissələrinin göstərilən qiymətdə olmasını təsdiq edən heç bir sənədə istinad edilmədən, subyektiv mülahizələrə söykənən, ağlabatan və işin hallarına uyğun olmayan məbləğlərdir. İddiaçı cavabdehdən avtomobilsiz qalması ilə əlaqədar 900 (doqquz yüz) manat məbləğində ziyan tələb edir. İddiaçı xx.xx.2024-cü il tarixə kimi hər gun yaşadığı 2-ci Nügədi kəndindən Quba şəhərinə işə gedib qayıtmaq üçün gündəlik 20 manat pul xərclədiyini göstərsə də, məhkəməyə 900 manat ziyanın dəyməsi barədə heç bir sübut təqdim etməmişdir. Halbuki göstərildiyi kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlər iddianın həmin hissədə də əsassız olmasını göstərir və onun rədd olunması nəticəsinə gəlməyə tam əsas yaradır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarında olan 05 may 2025-ci il tarixli, 9/999 saylı bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza xərci 50,0 (əlli) manatdır. Azərbaycan Respublikası MPM-nin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 263 manat və dövlət rüsumu kimi ödənilmiş 38 manat alınaraq alınaraq İddiaçı verilməli, iş üzrə keçirilmiş ekspertizanın xərci 50 manat Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 263 manat və dövlət rüsumu kimi ödənilmiş 38 manat alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertizanın xərci 50 manat Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar