Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2240/2021 19.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, iddiaçı Quba Regional X3nin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Quba Regional X3 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 221,58 manat ziyanın Mərkəzin Kapital bankdakı Benifisiarın adı: Quba Regional X3, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 16.08.2021-ci il tarixdə Mərkəzin Rustov meşəbəyliyinin 6 saylı dolayının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılışı orderi olmadan müxtəlif cins və diametrli 13 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 271,58 manat ziyan vurmuşdur. Həmin ziyandn könüllü olaraq 50 manat ödəmişdir. Meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin” 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7- ci əlavəsini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını hərtərəfli araşdıraraq hesab edirəm ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X3nin 16 avqust 2021-ci il tarixli aktından görünür ki, Rustov meşəbəyliyinin 6 saylı dolayının xidməti ərazisində meşələrin qorunub mühafizə olunma vəziyyətini yoxlayan zaman Cavabdeh oğlu özbaşına meşəyə girərək, meşədən qanunsuz oduncaq əldə etmək üçün ağacı kəsdiyi barədə Quba Regional X3nə məlumat daxil olmuşdur. Cavabdeh özbaşına meşəyə girərək, meşədən qanunsuz oduncaq əldə etməsi barədə məlumat araşdırılarkən məlum olmuşdur ki, Cavabdeh 16.08.2021-ci il tarixdə Rustov meşəbəyliyinin 6 saylı dolayına daxil olmuş və oradan qanunsuz olaraq, fısdıq cinsindən 12 sm diametrdə 2 ədəd odunluq, 16 sm diametrdə 3 ədəd odunluq, 24 sm diametrdə 2 ədəd işlik, 28 sm diametrdə 1 ədəd işlik, 52 sm diametrdə 1 ədəd işlik, vələs cinsindən 16 sm diametrdə 1 ədəd odunluq, 20 sm diametrdə 2 ədəd odunluq, 28 sm diametrdə 1 ədəd odunluq olmaqla, ümumilikdə 13 ədəd yaş köküstə ağacları kəsmişdir. İş materiallarında olan həcm-qiymət cədvəlindən görünür ki, Rustov meşəbəyliyinin 6 saylı dolayında 16.08.2021-ci il tarixli yoxlama zamanı aşkar edilmiş qanunsuz qırıntıya görə meşə fonduna 271,58 manat məbləğində ziyan hesablanmışdır. İş üzrə mövcud sübutlara əsasən müəyyən edirəm ki, Cavabdeh oğlu 16.08.2021-ci il tarixdə Rustov meşəbəyliyinin 6 saylı dolayının ərazisindən oduncaq ehtiyatı üçün qanunsuz 13 ədəd fıstıq cinsindən müxtəlif diametrli yaş köküstə ağacı kəsmiş, mülki hüquq pozuntusu törətmiş, nəticədə Meşə Fonduna 271,58 manat məbləğində ziyan vurmuşdur. İş materiallarında olan 31.08.2021-ci il tarixli, 15866 nömrəli ödəniş qəbzindən görünür ki, Cavabdeh oğlu Quba Regional X3, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesabına 50 (əlli) manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 221,58 (iki yüz iyirmi bir manat əlli səkkiz qəpik) manat məbləğində pul alınaraq, X4 X1 bankdakı Benifisiarın adı: Quba Regional X3, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2240/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2240/2021
19.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver