Məhkəmə qərarları › İş №2(027)-226/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-226/2025

02.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-226/2025 02.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I.İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3240 (üç min iki yüz qırx) manat dəymiş ziyanın tutularaq **********04260 saylı abonent koduna və 52,40 (əlli iki manat 40 qəpik) manat dövlət rüsumunun İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Xaçmaz RQİİ ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”yə əsasən Birlik abonentə məxsus ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********04260 nömrəli abonent kodu verilmiş, mənzilində G-4 İTRON SMART tipli, 1602AZ**********04 saylı qaz sayğacı quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə onun istifadəsində olan qaz təsərrüfatrına baxış keçirilmiş, abonentin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan stifadə etdiyi müəyyən edilmişdir. Abonentin sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halı video çəkilişlə müşayət olunmuş, çəkiliş diskə köçürülmüşdür. Bununla əlaqədar abonent Cavabdeh barəsində ******* saylı, xx.xx.2024-cü il tarixli “Təbii qazdan İstifadə Qaydalarf’nın pozuıması haqqında akt tərtib edilmiş, itirilmiş qazın ziyanı olaraq 27000 m3 və ya hər m3 üçün 12 qəpik olmaqla 3240 (üç min iki yüz qırx) manat məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Toplanmış material tədbir görülməsi üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 Filialına göndətilmişdir. 14 iyun 2024-cü il tarixdə Agentlikdə işə baxılaraq abonent X10 təbii qazdan istifadə Qaydalarını pozduğuna görə inzibatı məsuliyyətə çəlb edilərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Yuxarıda qeyd etdiyimiz sənədlərdən göründüyü kimi, Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalarf’nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Quba rayon Məhkəməsinin e-2(027)-3029/2025 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, Cavabdeh İddiaçı İB-yə qarşı aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair ərizəsi üzrə 2(027)-3029/2024 saylı mülki iş, İddiaçı İB-nın Cavabdeh qarşı pul tələbinə dair 2(027)-2694/2024 saylı mülki iş bir icraatda birləşdirilmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil qanunsuz qoşulma halı olduğunu, lakin məbləğin çox hesablandığının bildirmiş, iddianın qismən təmin edilməsini xahiş etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan yazılı formada bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, 22103-10.17 saylı müqavilədən görünür ki, «Paylayıcı» İddiaçı Xaçmaz X11 İdarəsi ilə «İstehlakçı» Cavabdeh arasında müqavilə bağlanmışdır. -Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent Cavabdeh adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı Akta əsasən abonentin mənzilinə baxış keçirərkən sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə etdiyi aşkar olunur. Dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. - dəymiş ziyanın bərpasına dair 30 aprel 2024-cü il tarixli, təlabnamənin surətindən görünür ki, Quba rayonu, Digah kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh **********04260 saylı abonent kodu üzrə 27000 m3 həcmində qaz itkisi hesablanmışdır. - **********04260 saylı abonentin saldosundan görünür ki, Cavabdeh təbii qaz istifadəsinə görə borcu 3240 manat təşkil edir. - Enerji Məsələləri X1 Regional rəisi X6 MN ******* saylı, 14 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. -Quba rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(027)-81/2025 nömrəli Qərarı ilə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli Qərardan verilmiş şikayət təmin edilməmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 52,40 manat dövlət rüsumu ödənilmişdir. - Enerji Məsələləri X1 Filialının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Məişət tipli PQ-3 qaz piltəsinin saatlıq qaz sərfiyyatı 0,8 m3 x 12 saat x 90 gün =864m3 x0,12 qəpik=103,68 manat 1 ədə 26KW gücündə Kombi tipli su qızdırcının saatlıq qaz sərfiyyatı 3 m3 x 12 saat x 90 gün =3240 m3 x 0,12 qəpik =388,8 manat, 1 ədəd xərək sobasının saatlıq qaz sərfiyatı 1,5 m3 x 12 saat x 90 =1620 m3 x 0,12 qəpik=194,4 manat, cəmi 686,88 manat təşkil edir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakılara əsasən hesab edir ki, verilmiş iddia qismən təmin edilməlidir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, həmin müqavilə ilə iddiaçı cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə istehlakçı kimi aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüş, cavabdehin yaşadığı fərdi yaşayış evində qaz sayğacı quraşdırılmış və o, qazla təmin edilmiş, cavabdehin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsinə görə 3240 manat ziyan hesablanmışdır. Enerji Məsələləri X1 Filialının xx.xx.2025-ci il tarixli rəyinə əsasən dəymiş ziyan 686,88 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə qeyri-qanuni istifadəyə görə hebablanmış 686,88 manat ziyan tutularaq **********04260 saylı abonent koduna və 52,40 manat dövlət rüsumu İddiaçı İB-nin bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d ı: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə qeyri-qanuni istifadəyə görə hebablanmış 686,88 manat ziyan tutularaq **********04260 saylı abonent koduna və 52,40 manat dövlət rüsumu İddiaçı İB-nin bank hesabına ödənilsin. İddia qeyri-qanuni istifadəyə görə hesablanmış məbləğin qalan hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar