Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2263/2021 19.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ələziz oğluna qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ələziz oğlundan müştərək qaydada 808,50 manat əsas, 60 manat faiz və 64,44 manat cərimə borcu olmaqla, cəmi 932,94 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 06.02.2020-ci il tarixli **********0344 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla 12 ay müddətinə 1000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 97 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 Ələziz oğlu zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmçinin 06.02.2020-ci il tarixli, **********0344 saylı kredit müqaviləsi, COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1660-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamına müvafiq olaraq 06.07.2020-ci il tarixli **********0230 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 815,18 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 28 sentyabr 2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 808,50 manat, faiz borcu üzrə 60 manat, cərimə borcuna görə 64,44 manat olmaqla, cəmi 932,94 manat təşkil edir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, lakin heç bir nəticə verməmişdir və kreditor İddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün müvafiq məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdehlər iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq onlar məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişlər. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 06.02.2020-ci il tarixli **********0344 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla 12 ay müddətinə 1000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 97 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 Ələziz oğlu zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. 28 sentyabr 2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən 06.02.2020-ci il tarixli **********0344 saylı kredit müqaviləsi üzrə borcun məbləği 808,50 manat, faiz borcu üzrə 60 manat, cərimə borcuna görə 64,44 manat olmaqla, cəmi 932,94 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 06.02.2020-ci il tarixli **********0344 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı-dən illik 28% dərəcəsi olmaqla 12 ay müddətinə 1000 manat kredit götürmüşdür. Ərizəyə əlavə olunmuş İddiaçı ilə Cavabdeh2 Ələziz oğlu arasında bağlanmış 06.02.2020-ci il tarixli **********0***-******* saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Ələziz oğlu **********0344 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına təminat olaraq kredit müqaviləsinin tərəfi olmuşdur. Ərizəyə əlavə olunmuş iddiaçı tərəfin təqdim etdiyi 28.09.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 06.02.2020-ci il tarixində bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş 808,50 manat əsas, 60 manat faiz və 64,44 manat cərimə borcu olmaqla, cəmi 932,94 manat borcu qalmışdır. Cavabdeh tərəflər iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdehlər tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Müəyyən edilmişdir ki, cavabdehlər müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onların İddiaçı qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ələziz oğlu üzərilərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiklərindən 808,50 manat əsas və 60 manat faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 5 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ələziz oğlundan müştərək qaydada 808,50 (səkkiz yüz səkkiz manat əlli qəpik) manat əsas, 60 (altmış) manat faiz və 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 873,60 (səkkiz yüz otuz üç manat əlli qəpik) manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2263/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2263/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver