Məhkəmə qərarları › İş №2(027)-2267/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2267/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2267/2023 28.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Quba Bakcell MX ofisində Samsung A32 4/128 Blı markalı mobil telefonun kredit satış müqaviləsi üzrə borclu olduğu 620 (altı yüz iyirrn manat əsas, 125 (bir yüz iyirmi beş) manat cərimə borcu olmaqla ümumilikdə 745 (yeddi yüz qırx beş) manat borcun, hüquqi yardım ilə əlaqədar köçürülmüş 160 manat pul vəsaitinin və 31 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Quba Bakcell MX ofisində İddiaçı ilə bağladığı kredit satış müqaviləsinə əsasən Samsung A32 4 128 Blue markalı mobil telefon cihazını almışdır. Hazırda həmin telefonu almasına görə cavabdehin 620 ( altı yüz iyirmi) manat əsas, 125 (bir yüz iyirmi beş) manat cərimə borcu olmaqla ümumilikdə xx.xx.2023-cü il tarixə 745 (yeddi yüz qırx beş) manat borcu yaranmışdır. Cavabdeh kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Cavabdehə borcun ödənilməsi üçün göndərilmiş xəbərdarlıq məktubunda 10 (on) gün ərzində ödənilmədiyi təqdirdə borcun məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcəyi və iddia verilməsi ilə əlaqədar çəkilən xərclərin də (dövlət rüsumu, hüquqi yardıma görə Vəkil Bürosuna ödənilən vəsait) ondan tutulacağı bildirilmişdir. Cavabdeh xəbərdarlıq məktubunu xx.xx.2023-cü il tarixdə almasına baxmayaraq, kredit satışı üzrə müqavilə öhdəliyini yerinə yetirməmiş, borclu olduğu pulu ödəməmişdir. Halbuki, cavabdeh xx.xx.2022-ci il tarixdə Quba Bakcell MX ofisində bağlanmış kredit satış müqaviləsinə əsasən aldığı telefonun dəyərini 12 ay müddətinə-xx.xx.2023-cü il tarixədək ödəməyə dair öhdəlik götürmüşdür. Hazırkı iddianın verilməsi üçün hüquqi yardımla bağlı Quba rayon Vəkil Bürosum ABB Quba filialındakı hesabına 160 (bir yüz altmış) manat, dövlət rüsumu olaraq Quba rayon məhkəməsinə 31 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli satış müqaviləsindən və müqaviləyə əlavələrdən görünür ki, Quba Bakcell MX ofisində xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında 24/212 saylı kredit müqaviləsi bağlanılmış, müqaviləyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə 100 manat ilkin ödəniş etməklə 720 manat dəyərində “Samsung A32 4 128 Blue” markalı mobil telefon almış və aldığı telefonun dəyərini 12 ay müddətinə hər ay 124 manat olmaqla -xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. - 12 iyul 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 10 gün ərzində ödənilmədiyi təqdirdə borcun məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcəyi və iddia verilməsi ilə əlaqədar çəkilən xərclərin də (dövlət rüsumu, hüquqi yardıma görə Vəkil Bürosuna ödənilən vəsait) ondan tutulacağı bildirilmişdir. - 05.10.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Quba Bakcell MX ofisindən 100 manat ilkin ödəniş etməklə 720 manat dəyərində “Samsung A32 4 128 Blue” markalı mobil telefon almışdır. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyların dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək, xx.xx.2022-ci il tarixli 24/212 saylı kredit satış müqaviləsi üzrə əsas borc üzrə 620 manat, cərimə borcuna görə 125 manat olmaqla, cəmi 745 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, pozulmuş hüququnun bərpası ilə bağlı İddiaçı hüquqi yardım almaq üçün vəkil ilə “Hüquqi yardım müqaviləsi” bağlamış və müqavilə üzrə 160 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, qeyd edilən 160 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli 24/212 saylı kredit satış müqaviləsi üzrə əsas borc üzrə 620 manat, cərimə borcuna görə 125 olmaqla, cəmi 745 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 160 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 31 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar