Məhkəmə qərarları › İş №2(027)-2275/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2275/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2275/2022 19.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 (dörd min beş yüz) ABŞ dolları əsas məbləğin və həmin məbləğin Milli Bankın faiz uçot dərəcəsinə əsasən 2006-cı ildən bu günə qədər illik 7,5 % hesablanmaqla cavabdehdən alınıb ona qaytarılması və ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2006-cı il tarixdə Quba regional Asan Xidmət Mərkəzi Notariat ofisində, Quba rayonu İqriq kəndində yerləşən 0,45 ha torpaq sahəsinin dəyərini cavabdehin qardaşı olan Vüqar Babayevlə aralarında bağlanmış alqı- satqı müqaviləsinə əsasən 4500 (dörd min beş yüz) ABŞ dollar pulunu tam ödəməklə almışdır. Həmin torpaq sahəsinə dair adına xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reysetri tərəfindən çıxarış verilmişdir. Belə ki, həmin torpaq sahəsi Quba rayon ATK-nın xx.xx.2000-ci il tarixli 02 saylı qərarı ilə cavabdehin qardaşı Vüqar Babayev və bacısı İradə Babayevə yaşadıqları İqriq kəndi ərazisindən 0,45 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə əkin sahəsindən ibarət torpaq sahəsi ayrılmış və onların adlarına torpağa mülkiyyət hüququna dair JN 610 kod 30304038 saylı dövlət aktı verilmişdir. İradə Babayevə torpağı almamışdan 7-8 ay öncə dünyasını dəyişmiş, Vüqar Babayev isə torpağı satdıqdan bir neçə ay sonra özünü asaraq intihar etmişdir. Qeyd edilməli əsas hal ondan ibarətdir ki, o torpağı alan zaman Vüqar Babayev bacısı deyə təqdim etdiyi şəxsin, həmin gün bacısı olduğunu bilməmişdir. Belə ki, vətəndaşın kimliyini Notarius gizlətmiş və onun bundan xəbəri olmamışdır. X16 başqa adam gətirərək bacısı kimi tanıtmış və bacısının yerinə başqa qadın sənədlərə imza etmişdir. Daha sonra cavabdeh yəni qeyd etdiyi şəxslərin vərəsəsi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Məhkəməyə müraciət etmiş və müəyyən bir vaxtdan sonra iddia tələbi təmin edilmişdir. Belə ki, 1-ci instansiya Məhkəməsi (Bakı şəhəri Binəqədi rayon Məhkəməsi) iddianı təmin etməsə belə, Bakı Apellyasiya Məhhkəməsi cavabdehin xeyrinə Qətnamə qəbul etmişdir. Belə ki, 30 mart 2007-ci il tarixdə vəfat etmiş Vüqar Babayevin ölümündən 15 il keçdikdən sonra cavabdehin iddia tələbi ilə Məhkəməyə müraciət etməsi, müddəti ötürməsi və hələ bu azmış kimi Məhkəmədə torpağa dair ödənilən məbləği danması, həmin məbləğin ümumiyyətlə ödənilməməsi tam olaraq absurd bir fikir kimi irəli sürülmüşdür. Qeyd edir ki, torpaq sahəsinə dair ödənilən 4500 (dörd min beş yüz) ABŞ dollarının ödənilməsi ilə bağlı kifayət qədər şahidləri var. Notariusun və cavabdehin qardaşı satıcı Vüqar Babayevin ona bacısı kimi təqdim etdiyi şəxsin, bacısı olmamasının səbəbkarı o olmadığından (belə ki, bu halı notarius aydınlaşdırılmalı idi) onun torpaq sahəsinə dair bağladığı alqı-satqı müqaviləsi və ödədiyi məbləğ danılmaz fakt olaraq müəyyən edilməlidir. Torpağı alarkən həmin vaxt ona 2-ci satıcı kimi təqdim olunan şəxsin əslində Vüqar Babayevin bacısı İradə Babayeva olmadığını bilmədiyindən vicdanlı alıcı olmaqla yanaşı aldığı torpaq sahəsinə müqavilə bağlandıqdan sonra sahiblik və istifadə etməyə başlamışdır. Mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsində və sahibliyində olduğu üçün, daimi yaşayış yeri torpaq sahəsinin yerləşdiyi kənd olan cavadehin Cavabdehdə xx.xx.2007-ci il tarixdə ölmüş qardaşı V.Cavabdeh hələ sağlığında torpaq sahəsini satmasını bilməli idi. Bu səbəbdən qeyd edilənləri nəzərə alaraq Cavabdeh 4500 (dörd min beş yüz) ABŞ dolları əsas məbləğin və həmin məbləğin Milli Bankın faiz uçot dərəcəsinə əsasən 2006-cı ildən bu günə qədər illik 7,5% hesablanmaqla cavabdehdən alınıb ona ödənilməsi tələbinə dair qətnamə qəbul edilməlidir. Qeyd edir ki, bütün bu hadisələrdən sonra səhhəti pozularaq mənəvi əsəb və sarsıntı keçirmişdir. Özünü dərmanlarla güclə ayaqda saxlamağa çalışır. Bu səbəbdən də həmin pulun cavabdehdən alınıb onaverilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh 4500 (dörd min beş yüz) ABŞ dolları əsas məbləğin və həmin məbləğin Milli Bankın faiz uçot dərəcəsinə əsasən 2006-cı ildən bu günə qədər illik 7,5% hesablanmaqla cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddiaçının 2006-cı ilin dekabr ayında 4500 ABŞ dollarına torpaq sahəsi aldığını, sonradan alqı-satqı müaviləsinin etibarsız hesab edildiyini, lakin həmin pul məbləğinin iddiaçıya qaytarılmadığını bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, onun hazırkı mübahisə ilə bağlı heç bir əlaqəsi yoxdur. Vüqar Babayev onun qardaşı olmuşdur. Alqısatqıdakı imza qardaşının olmayıb, həmin mübahisəyə məhkəmədə baxılıb, təsdiq olunmuşdur. Onlara torpaqla bağlı pul verilməmişdir. Alqı-satqı vaxtı qardaşının və bacısının şəxsiyyət vəsiqələri olmamışdır. İddianı əsasız hesab edir, rədd olunmasını xahiş edir. İş materiallarında JN-610 KOD 30304038 saylı Torpağa Mülkiyyət Hüququna X20 görünür ki, X9 və X4 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə 0,45 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında xx.xx.2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, X10 və X9 tərəfindən torpağa mülkiyyət hüququna dair JN-610 KOD 30304038 nömrəli dövlət aktına əsasən onlara məxsus 0,45 ha torpaq sahəsi altı milyona X1, müqaviləsinin sonunda X10 və X3 imzaları qeyd olunmuşdur. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2015-ci il olan çıxarışdan görünür ki, Quba rayonu İqriq kəndində olan 0,45 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1367/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı və Quba regional Asan xidmət mərkəzində notariat ofisinə qarşı İddiaçı ilə i.Cavabdeha və V.Cavabdeh arasında Quba rayonu notariat kontorunda xx.xx.2006-cı il tarixdə bağlanması göstərilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün 98 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, İddiaçı əmisi Elxanın həyat yoldaşıdır. Eldar adlı şəxsin vasitəçiliyi ilə Cavabdeh məxsus torpaq sahəsinə baxıb, əmisinin verdiyi 4500 ABŞ dolları ilə razılaşıb pulu Əfqana şəxsən o özü vermişdir. Əmisi orada olmamışdır. Müqaviləyə oxumadan imza etmişdir. Pulu Əfqana verərkən Eldar onalrın yanında olmuşdur. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Pərvanəni tanımır, Cavabdeh isə həmkəndlisidir. 2006-cı ildə Murad torpaq istədiyini demiş, vasitəçiliyi ilə Əfqanla razılaşıb notarisun qarşısında 4500 ABŞ dolları pulu Əfqana vermişdir. Müqavilədəki imza onundur. Məhkəmə araşdırması zamanı torpağa mülkiyyət hüququna dair JN-610 KOD 30304038 nömrəli dövlət aktına əsasən Quba rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2000-ci il tarixli 02 saylı qərarı ilə X11 və X2 təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 0,45 ha torpaq sahəsi verilmişdir. Quba rayon Notariat kontorunda təsdiq edilmiş 30 dekabr 2006-cı il tarixli 4-Ə-794 reyestr nömrəli alqı-satqı müqaviləsindən göründüyü kimi, həmin torpaq sahəsi X8 ******* AZM-ə satılmışdır. Quba rayonu, İqriq kəndində yerləşən 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X6 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə **********42 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəziniin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmiış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı, ******* manat pulun əvəzinə 4500 manat tələb etsə də məhkəmə araşdırması zamanı, müəyyən olunur ki, 2006-cı ilin yanvar ayının 01-dən Azərbaycan Respublikasında milli valyutanın -manatın denominasiya həyata keçirilmiş, yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manat bərabər tutulmuşdur. (6000000:5000=1200 AZN). Göründüyü kimi denominasiya nəticəsində ******* manat 1200 manata bərabər tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı, həmçinin 4500 ABŞ dolları məbləğin Milli Bankın faiz uçot dərəcəsinə əsasən 2006-cı ildən bu günə qədər illik 7,5 % hesablanmaqla cavabdehdən alınıb ona qaytarılmasını tələb etsə də, xx.xx.2006-cı il tarixli torpaq alqısatqı müqaviləsində faiz ödənilməsi barədə hər hansı bir müddəa nəzərdə tutulmadığından iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı Cavabdeh 2006-cı il, 01 yanvar tarixli manatın denominasiyası nəzərə alınmaqla (6000000 :5000=1200 manat) 1200 manat pul və 98 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2006-cı il, 01 yanvar tarixli manatın denominasiyası nəzərə alınmaqla (6000000:5000=1200 manat) 1200 manat pul və 98 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar