Məhkəmə qərarları › İş №2(027)-2277/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2277/2024

28.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2277/2024 28.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin 2(027)-459/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin və mediasiya prosesinin keçirilməsi üçün tərəfindən ödənilmiş 60 (altımış) manat məbləğində rüsumunun və vəkilə hüquqi yardıma görə ödənilmiş 110 (yüz on) manat məbləğində müdafiə xərcinin alınıb ona verilməsi barədə qətnamə çıxaralımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)-459/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikahımız pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq ona, İddiaçı verilməsi qət olunmuşdur. Belə ki, hal-hazır ki, dövrdə Quba rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment iki uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Maddi vəziyyəti ağırdır. İki uşağın saxlanması üçün xərclər çoxdur. Hər iki uşaq məktəblidir. Dövlət tərəfindən 2024-cü il üçün bir uşağa aylıq 235 (iki yüz otuz beş) manat məbləğində yaşayış minimumu müəyyən edilmişdir. Cavabdehin yaxşı qazancı var. Ancaq rəsmi və ya qeyri-rəsmi olduğu barədə məlumatı yoxdur. Ev, tikinti ustası kimi fəaliyyət göstərir. Maddi vəziyyəti aylıq 470 (dörd yüz yetmiş) manat məbləğində aliment pulunu ödəməyə imkan verir. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət edilmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 (altımış) manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehin hazırda 950 manat məbləğində aliment borcu vardır. Uşaqlar xəstədədir. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, halhazırda işdir. Usta olaraq işləyir. İki uşağa ümumilikdə 250 manat məbləğində aliment verə bilər. Qeyd olunanlara əsasən iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 886315 №-li və AZ-İİİ 226562 №li doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşlar. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-459/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikahımız pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013- cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət olunmuşdur. İş materialllarında olan xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-01245 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi. İddiaçı mediasiya prosesinin keçirilməsi üçün 60 manat məbləğində pul ödəmişdir. İş materiallarından görünür ki, iddiaçı X5 hüquqi xidmətin göstərilməsi üçün 110 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan Quba rayon Elşad Bayramov adına Alpan kənd tam orta məktəbin xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, X4 Vİ sinif şagirdi, X3 isə Vİİ sinif şagirdidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba rayon Məhkəməsinin 2(027)- 459/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında olan nikahımız pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013- cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa hər ay 235 manat olmaqla, iki uşağa cəmi 470 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə-valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba rayon Məhkəməsinin 2(027)-459/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa ayda 180 (bir yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüzn altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 60 manat mediasiya xərci, hüquqi yardım ilə əlaqədar ödənilmiş 110 manat tərəflər arasında bərabər bölünməlidir. Odur ki, mediasiya xərci 30 manat və hüquqi yardım ilə əlaqədar 55 manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, 39,20 (otuz doqquz manat, iyirmi qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba rayon Məhkəməsinin 2(027)-459/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa ayda 180 (bir yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun; iddia tələbi qalan hissədə təmin edilməsin. Mediasiya xərci 30 manat və hüquqi yardım ilə əlaqədar 55 manat cavabdeh X2 tutularaq, İddiaçı verilsin. Cavabdeh 39,20 (otuz doqquz manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar