Məhkəmə qərarları › İş №2(027)-228/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-228/2022

13.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-228/2022 13.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X23 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13 və Cavabdeh4 qarşı “torpaq sərhədlərinin müəyyən edilməsi və torpaqdan istifadə edilməsində maneçiliyin törədilməsinə cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna dair JN-1001F KOD 30319018 saylı şəhadətnaməyə əsasən X7 düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən miras qoyan atası X1 qalmış fərdi yaşayış evinə vərəsəlik üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə cavabdehlər X19, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxxxx 1965-ci ildə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş və hal hazırda orada yaşayır. 20 iyun 2001-ci il tarixində vəfat etmiş X2nın və 05 sentyabr 1987-ci ildə vəfat etmiş atası X3 qanun üzrə vərəsələri sırasına daxildir. Torpağa Mülkiyyət Hüququna dair JN-1001F KOD 30319018 saylı şəhadətnaməyə əsasən Quba İİ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi mərhum X2na və ailə üzvlərinə məxsusdur. Həmin torpaq sahəsinin üzərində 1960cı ildə tikilmiş fərdi yaşayış evi tikilmişdir. Həmin evdə anası, atası, o, və digər bacı qardaşları ilə birlikdə yaşamışlar. X2 20 iyun 2001-ci il tarixində, atası X8 05 sentyabr 1987-ci il tarixində vəfat etmişdir. Cavabdeh qardaşı Cavabdeh1 həmin torpaq sahəsində özünə ev tikərək ailəsi ilə birlikdə həmin evdə yaşayır. Anasından və atasından qalan evdə isə o, ailəsi ilə birlikdə yaşayır. O, X2nın və atası X3 ölümündən sonra ondan miras qalmış əmlakı faktiki idarə etməklə mirası qəbul etmişdir. Quba Regional “Asan xidmət” notariat ofisi tərəfindən verilən 02 sentyabr 2021-ci il tarixli arayışa əsasən 20 iyun 2001-ci il tarixində vəfat etmiş X6 və X3 qanun üzrə vərəsələri srasına daxildir. Mərhum X2ndan qalan Torpağa Mülkiyyət Hüququna dair JN-1001F KOD 30319018 saylı şəhadətnaməyə əsasən Quba rayonu 11 Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarımı həyata keçirmək və dövlət reystrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinə müraciət etmişdir. Bu məqsədlə İdarənin mütəxəssisləri çıxarış vermək üçün evə baxış keçirmək üçün gəldikdə cavabdehlər Qubatova Rahibə - Yaqub qızı, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 mübahisə yaratmış bunun üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinin 23 avqust 2021-ci il tarixli məktubu ilə fərdi yaşayış evi üzərində mübahisə mövcud olduğundan ekspertiza işlərinin aparılmasının mümkün olmaması və nəticədə daşınmaz əmlakın müayinəsinin baş tutmaması bildirilmiş və ona fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun və dövlət reyesterindən çıxarış verməkdən imtina məktubu verilmişdir. Hazırda cavabdehlər X19, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 mərhum X2na məxsus fərdi yaşayış evini və torpaq sahəsini zəbt etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun oğlu Cavabdeh1 Nlyətulla oğlu 2-ci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən zaman 19 oktyabr 2021-ci il tarixində şəhid olmuşdur. Şəhid oğlu da onlarla birlikdə həmin evdə qalıb, onun xatirələri həmin evdədir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini xahiş etmişdir.Həmçinin məhkəmə bildirmişdir ki, oğlu vətən müharibəsi şəhididir. YAŞAT fondu onlar üçün ev tikəcək. Ona görə də, ata və anasından ona düşən torpaqda ev tikmək istəyir. Cavabdeh1 09.12.2021-ci il, 17.12.2021-ci il, 27.12.2021-ci il və 13.01.2022-ci il tarixlərdə məhkəməyə etiraz ərizələri ilə müraciət edərək qeyd etmişdir ki, o, Cavabdeh1 hal hazırda Rusiyada yaşayır. Onun ailəsi 5 nəfərdən ibarətdir: həyat yoldaşı - X19, qızları - Elnarə və Fidan, və oğulları - X20 və X21. O, vəfat etmiş valideynlərinin - X2nın və X3, varisi olaraq, atası rəhmətə getdikdən sonra ailəsini hər tərəfli təmin etməyi öz üzərinə götürmüşdür. Məhz - anası, özündən kiçik qardaşları və bacılarını, onlara hər mənada dəstək olmuşdur. O, Rusiyada işləyib pul qazanaraq Azərbaycana gələrək özündən kiçik qardaşları və bacılarını, həmçinin İddiaçı ərzaq və pulla təmin etmişdir. Toyların keçirilməsi, cehizlərin alınması, şənliklərin təşkili, bütün bunların maddi xərcləri onun üzərində idi. Xüsusilə İddiaçı kiçik qardaşı olduğuna görə ona kömək etməyi, qorumağı, valideynlərinin ölümündən sonra onun maddi ehtiyaclarını təmin etməyi özünə borc bilmişdir. O, evlənən zaman bütün xərcləri öz üzərinə götürmüş, evləndikdən sonra o, hər dəfə Azərbaycana gədəndə ona 200 dollardan 500 dollara qədər pul vermiş və bu 15 ildən çox belə davam etmişdir. Hərdən özü gedəndə aparmış, hərdən həyat yoldaşı ilə göndərmişdir. Bütün ömrü boyu onlar üçün çalışmış, onun hər maddi yardım xahişini təmin etmişdir. Qardaşının qızları böyüdükdən sonra, o qızlarına toy edəndə, ona geri qaytarılma tələbi olmadan layiqli məbləğdə pul göndərmişdir. O, həmişə onun maddi vəziyyətini hər tərəfli dəstəkləmişdir. Üstəlik onun işləməsi üçün şərait yaratmış, ona tamamilə yeni alətlər - həmkəndlilərinə ağac kəsmə xidmətləri göstərməsi və ailəsini dolandırmaq üçün pul qazanması üçün zəncirli mişarlar (benzopila) göndərmişdir. O həmişə onların ailəsində hamının sevimlisi olub, hansını ki, hamı sevirdi və əzizləyirdi. Əgər onu sevməsəydi, qardaş kimi ona hörmət etməsəydi, bütün bunları etməzdi və heç kim onu buna məcbur etməzdi. O, illərlə qardaşına və onun ailəsinə tam fədakarlıqla kömək etmişdir. Faciəli hadisələrdən sonra, məhz onun qardaşı oğlu Cavabdeh1 Niyətulla oğlunun ölümündən sonra, hansına ki, hətta onun adını qoymuşdular, ona qardaşı Niyətulla müraciət etmiş və demiş ki, şəhid valideyni olduğu üçün dövlət ona ev tikməsində kömək edə bilər, amma bunun üçün torpaq sahəsi təqdim etmək lazımdır. Bunun üçün o, 8 sot torpaq sahəsinin onun adına keçirilməsi haqqında təlimat vermiş, hansını ki, faktiki olaraq o, almış və qeyd olunan torpaq sahəsi ona məxsus olmuşdur. Lakin rəsmi olaraq X9 adına idi. Onun təlimatından sonra qeyd olunan torpaq sahəsi kiçik qardaşı İddiaçı adına keçirilmişdir. Qardaşı Niyətulla ona demiş ki, oğlu həlak olduqdan sonra o valideynlərinin evində yaşaya və qala bilmir, çünki onun rəhmətə gedən oğlu Eynulla bu evdə doğulub böyümüşdü, ona bu evdə hər şey həlak olan oğlunun xatırladır, bunun üçün də o xahiş edir ki, ona torpaq sahəsi versin ki, dövlət ona bu evdən aralıda ev tiksin. 1998-ci ildə ona rəhmətlik valideynlərindən qalan torpaq sahəsində o, özü, ailəsi və uşaqları üçün 2 mərtəbəli yaşayış evi tikmişdir. Bu evin tikilməsi üçün 1986-cı ildə atasından, bütün qardaş və bacılarından razılıq və xeyir dua almışdır. Evi məhz valideynlərinin torpaq sahəsində tikməyi atasının son vəsiyyəti olmuşdur. Atası 1987-ci ildə vəfat etmişdir. Anası isə təkid etmişdir ki, o, onunla və kiçik qardaşı Niyətulla ilə eyni torpaq sahəsində yaşasın, özünə evi məhz valideynlərinin evi yerləşən torpaq sahəsində inşa etsin. Atasının və anasının bu vəsiyyətini bütün qardaşları və bacıları bilmişdir. Onun evi ilə valideynlərinin evi arasında torpaq sahəsini rəsmi şəkildə bölmək lazım olmasına baxmayaraq, o, hasar çəkməmiş, çünki bunu hörmətsizlik hesab etmişdir. O, tamamilə qarşılıqsız qardaşına hər şeydə kömək etmişdir. Sahənin abadlaşdırılmasına qədər, məsələn, torpaq sahəsində ayrıca böyük hamam tikdirmişdir. Qeyd olunan faktlar birbaşa iddia ilə bağlı deyil, lakin iş ilə dolayısı ilə işlə bağlıdır. Bu faktları bütün onun qohumları təsdiq edə bilər, məhz qardaşları və bacıları, onların oğulları və qızları. Lakin onlar üçün qeyd olunan iddia bəyanatı gözlənilməzdir, çünki aralarında heç vaxt torpaq sahəsinin bölünməsi məsələsi gündəmə gəlməyib, hətta valideynlərinin sahəsində öz evini tikdikdən bir neçə il keçəndən sonra ona məsləhət görmüşlər ki, hasar çəksin, lakin o, başqa kiçik qardaşı Niyətulla olmaqla, öz qardaşları və bacıları arasında olan etibarlı və hörmətli münasibətə görə bu məsələni gündəmə gətirməmiş və simvolik olaraq sadəcə metal borular quraşdırmışdır. Məhkəməyə müraciəti tamamilə yersiz hesab edir, belə ki, qeyd olunan məsələ həllolunandır. İlk fürsətdə o, Azərbaycana gəlib, öz ailəsini toplayaraq, məhz - öz qardaşları və bacılarını, bu məsələni qardaşı Niyətulla ilə sülh yolu ilə həll edə bilər. Qardaşını incitmək, onun hüquqlarını pozmaq fikrin olmayıb və yoxdur. Ona görə də qeyd olunan iddia onun üçün gözlənilməzdir. Valideynlərinin torpaq sahəsini və o sahədə tikdiyi evin qeydiyyata alınması ona problem yaratmır, həmçinin valideynlərinin evinin rəsmiləşdirilməsi məsələsi, çünki bu evlə bağlı heç bir mübahisə yoxdur. Valideyn evini və onun altındakı torpaq sahəsinin bir hissəsini tələb etmək marağında da deyil, çünki böyük ailələrin bütövlüyünün tərəfdarıdır və bu cür hüquqi xarakter daşıyan hərəkət qardaşları, bacıları, onların uşaqları və nəvələri də daxil olmaqla geniş ailələrindəki münasibətlərə təsir edə bilər. Qeyd olunan valideyn sahəsi və evin bölünməsi qardaş və bacıların birgə vahid qərarı olmalıdır, çünki burada onların da hüquq və mənafelərinə toxunulur. Şəxsən o, və ailəsi onun valideynlərinin evinə ümumiyyətlə iddia etmirlər. Axrıncı dəfə kiçik qardaşı ilə telefon danışığı 2021 ilin avqust ayında baş verib, danışıq zamanı o bildirmiş ki, torpaq sahəsini və valideynlərinin evini öz adına keçirmək istəyir. O, bildirmiş ki, böyük qardaşlarından biri olaraq onun heç bir etirazı yoxdur, lakin hesab edir ki, valideynlərinin ölümündən sonra qalan bu daşınmaz əmlakın (valideyn evi və torpaq sahəsinin) bölünməsi məsələsinin bütün vərəsələrin rəyi nəzərə alınmaqla həll etmək vacibdir, onlarla müzakirə edib bu məsələni heç kimin hüquq və qanuni mənafelərini pozmadan birgə həll etmək lazımdır. Şəxsən o, onun həyat yoldaşı və uşaqları vəfat etmiş valideynlərindən qalan evdən pay tələb etməmiş və etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 14.06.2021-ci il tarixli arayışından görünür ki, X12 20.06.2001-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində vəfat etmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 14.06.2021-ci il tarixli arayışından görünür ki, X10 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Onun X2 və atası X5r. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 14.06.2021-ci il tarixli arayışından görünür ki, X8 05.09.1987-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində vəfat etmişdir. İş materiallarında olan Quba RİHB-nın İİ Nügədi İƏD üzrə nümayəndəliyinin 02.08.2021-ci il tarixli arayışından görünür ki, Lətifov X15 rayonu İİ Nügədi kəndində qeydiyyatda olmuş və yaşamışdır. O, 19.10.2020-ci il tarixdə şəhid olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Niyətulla oğlu 19.10.2021-ci il tarixdə Xocavənd rayonunda, hərbi əməliyyat nəticəsində qəlpələrlə zədələnmə səbəbindən vəfat etmişdir. İş materiallarında olan 000015 saylı şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, X10 şəhid ailəsi olaraq qeydiyyatdadır. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X11, X14, Cavabdeh2, Cavabdeh4 Quba rayonu AİK-nın 20.06.1997-ci il tarixli, 14 saylı qərarına əsasən JN:1001F, 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək, 0.20 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan evin texniki pasportundan görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən fərdi yaşayış evi X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Quba Regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinin 02.09.2021-ci il tarixli məktubundan görünür ki, 28.07.2021-ci il tarixli, 567 saylı vərəsəlik işinə əsasən, İddiaçı 20.06.2001-ci il tarixdə vəfat etmiş X6 və 05.09.1987-ci il tarixdə vəfat etmiş X3 vərəsələri sırasına daxildir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 23.08.2021-ci il tarixli məktubundan göünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi, fərdi yaşayış evi üzərində mübahisə mövcud olduğundan nəticə olaraq daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. Göstərilən çatışmazlıqlar aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə, hüquqlarınızın dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 20.06.2001ci il tarixdə vəfat etmiş X6 və 05.09.1987-ci il tarixdə vəfat etmiş X3 oğludur və onların vərəsələri sırasına daxildir. JN:1001F, 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən, Quba rayonu AİK-nın 20.06.1997-ci il tarixli, 14 saylı qərarı ilə X11, X14, Cavabdeh2, Cavabdeh4 0.20 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında görünür ki, X12 20.06.2001-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində vəfat etmişdir. Evin texniki pasportundan əsasən, Quba rayonu, İİ Nügədi kəndində yerləşən fərdi yaşayış evi X3 adına qeydiyyata alınmışdır. X8 isə 05.09.1987-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində vəfat etmişdir. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna dair JN-1001F KOD 30319018 saylı şəhadətnaməyə əsasən X7 düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən miras qoyan atası X1 qalmış fərdi yaşayış evinə vərəsəlik üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini, cavabdehlər X19, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını xahiş edir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 23.08.2021ci il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, mübahisə predmetini təşkil edən torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin sənədlərinin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi, fərdi yaşayış evi üzərində mübahisə mövcud olduğundan nəticə olaraq daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı 20.06.2001-ci il tarixdə vəfat etmiş X6 və 05.09.1987-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi olduğundan mübahisə predmetini təşkil edən torpaq sahəsindən və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən ona düşən pay hissəsində mülkiyyət hüquqlarını həyata keçilməlidir. Bundan başqa, iddiaçının qardaşı Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, hal-hazırda Rusiya Federasiyasında yaşadığını və mübahisə predmeti olan torpaq sahəsindən və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən onun və onun ailəsi tərəfindən heç bir pay tələb edilmədiyini və edilməyəcəyini qeyd etmişdir. Digər cavabdehlər Cavabdeh2, X13 və Cavabdeh4 isə iddianın əsassız olub-olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X16 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X16 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, Torpağa Mülkiyyət Hüququna dair JN-1001F KOD 30319018 saylı şəhadətnaməyə əsasən X7 düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən miras qoyan atası X1 qalmış fərdi yaşayış evinə vərəsəlik üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə cavabdehlər X19, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-1001F KOD 30319018 saylı şəhadətnaməyə əsasən X7 düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən miras qoyan atası X1 qalmış fərdi yaşayış evinə vərəsəlik üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə cavabdehlər X19, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar