Məhkəmə qərarları › İş №2(027)-2286/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(027)-2286/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № 2(027)-2286/2021 12.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, Kreditor-nin Borclu qarşı borcun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Kreditor ərizə ilə məhkəməyə müraciət edərək, Borclu Kreditor-nin xeyrinə 645,17 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor ilə Borclu arasında bağlanmış 29.03.2021-ci il tarixli ******* saylı alğı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə ümumi qiyməti 645,17 manat dəyərində olan Mikrovalnovaya peç Toshiba,Tozsoran Gorenje və mikrodalğalı soba panasonic satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alğı satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərini ilkin ödəniş 60 manat etməklə hər ay üçün 53,77 manat ödəmək şərtilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alğı-satqı müqaviləsində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 59,74 manat ödəniş etmiş, bununla qalan 645,17 manat əsas borcu inidyədək ödəməiş, bununla da alğı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Beləliklə, Borclu "xxxx" MMC-nə olan borcu 645,17 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 857.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Məhkəmə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Kreditor-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor ilə Borclu arasında bağlanmış 29.03.2021-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Kreditor tərəfindən ona 12 ay müddətinə ümumi qiyməti 645,17 manat dəyərində olan Mikrovalnovaya peç Toshiba,Tozsoran Gorenje və mikrodalğalı soba panasonic satılmış, alınmış malların dəyərini ilkin ödəniş 60 manat etməklə hər ay üçün 53,77 manat ödəmək şərtilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Borclu ilə Kreditor arasında 29.03.2021-ci il tarixli müqavilə üzrə Borclu 645,17 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 857, 276, 280 və 281, 282,284-cü maddələrini rəhbər tutaraq, ə m r e t d i m: xx.xx.1980-cı ildə Xaçmaz rayonu, Tikanoba kəndində doğulmuş və Quba rayonu, Aşağı-Atuc kəndində qeydiyyatda olan və yaşayan Borclu 645,17 manat borc, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq Kreditor-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar