Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2286/2023 22.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh 3000 AZN (üç min manat) məbləğində borc pulun və ödənilmiş 50 AZN (əlli manat) dövlət rüsumunun ümumilikdə 3050 AZN (üç min əlli manat) məbləğində pulun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yaxın tanışı vasitəsilə tanış olduğu iş üzrə Cavabdeh ehtiyyacı olduğu üçün 22 may 2022-ci il tarixdə 2000 AZN (iki min manat) borc pul vermişdir. Cavabdeh həmin vaxt Şəmkir şəhəri Dəllər qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinə aid N saylı hərbi hissədə işləyirdi. Cavabdeh ondan borc aldığı pulu ona hissiə-hissə olmaqla 1 il müddətində (22 may 2022-ci il tarixədək ) geri qaytaracağını vəd etmişdir. Cavabdeh öz xətti və imzası ilə ondan pulun alınması faktını təsdiq elmiş və bu barədə Qəbz vermişdir. Bu səbəbdən o, cavabdehə inanmışdır və həmin məbləği qeyd olunan şərtlə ona borc vermişdir. Cavabdeh ondan götürdüyü borcunu şərtləşdiyləri qaydada yox, gecikmələr ilə müxtəlif məbləqlərdə hissə-hissə olmaqla, cəmi 600 manat məbləği geri qaytarmışdır. Bu səbəbdən, onun 1400 manat qalıq borcu qalmışdır. Cavabdeh bir ilin tamamında həmin qalıq borcunu (1400 manat) tam qaytarmamış, yenidən onda 2000 manat borc pul istəmişdir. Bunu ailə vəziyyəti və evdə ağər xəstəsi olması ilə əlaqələndirmişdir. Cavabdeh bütün borclarını (əvvəlki qalıq borcu daxil olmaqla) birlikdə qısa vaxtda 1 (bir) ay müddətində geri qaytaracağını vəd etmişdir. O, ikici dəfə də cavabdehə inanmışdır və ailə vəziyyətini nəzərə alaraq ona yenidən 2000 manat borc pul vermişdir. Cavabdeh həmin borca dair öz xətti və imzası ilə ondan pulun alınması faktını təsdiq etmiş və bu barədə Qəbz vermişdir. Cavabdeh ikinci dəfə ondan borc pul aldıqdan sonra, ayrı-ayrı vaxtlarda cəmi 400 manat ödəniş etmişdir. Beləliklə cavabdehə verdiyi ünumi 4000 AZN (dörd min manat) borc puldan ona cəmi 1000 AZN (bir min manat) pul geri qaytarmışdır. Bu səbəbdən, cavabdehin ona cəmi qalıq borcu 3000 AZN (üç min manat) təşkil etdir. Cavabdeh indiyədək ona olan həmin qalıq borcunu geri qaytarmamışdır. hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmaqdan boyun qaçırır. Cavabdeh ondan borc götürərkən Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin N saylı Hərbi Hissəsində "Kiçik Cavuş" vəzifəsində çalışırdı. Bu səbəbdən tərəfindən ona qarşı pul tələbinə dair hazırki iddia ilə ilk öncə Şəmkir rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin, məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, (Elektron Məhkəmə informasiya sistemi ilə) cavabdeh hazırda Quba rayonu Hacıağalar kəndi üzrə qeydiyyatdadır. Bu səbəbdən iddia ərizəsinin sənədlər ilə birlikdə geri qaytarılmasına dair Şəmkir rayon Məhkəməsi tərəfindən 2(076)- 2680/2023-saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 1(bir) ay müddətinə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində borc pul götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı 1(bir) il müddətinə hər ay 180 manat qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində borc pul götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324.6-cı maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.4-cü maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək, 3000 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh müştərək qaydada 3000 manat əsas və 50 (əlli) manat ödənilmiş dövlət rüsumu, İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2286/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2286/2023
22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver