Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-230/2021 07.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, iddiaçı “İddiaçı” İB-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş zərərin əvəzi olan 864 (səkkiz yüz altmış dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pulun “İddiaçı” İstehsalat Birliyinin (“İddiaçı” İB-nin ABB Sabunçu filiali, Kod 805573, VOEN **********, M/H AZ03NABZ0135C**********02944, SWİFT BİK İBAZAZ2X, İddiaçı İВ, VOEN**********, lBAN: AZ72lBAZ********************) xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, Cavabdeh 297,50 (iki yüz doxsan yeddi manat əlli qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pulun “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilərək, həmin ünvanda qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh istifadəsinə verilmiş sayğacdan özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB Xaçmaz RQİİ-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq, qeyd olunan faktla bağlı Xaçmaz RQİİ-nin aidiyyəti işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göstərdiklərini nəzərə alaraq, Cavabdeh dəymiş ziyana görə hesablanmış 297,50 (iki yüz doxsan yeddi manat əlli qəpik) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat vəsaitin “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, bildirdi ki, qaz sərfiyyatına görə borcu olsa da, hazırda yaşadığı ünvanda quraşdırılmış yeni smart sayğac vasitəsilə həmin borc hissə-hissə silinir. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Məhkəmə iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X1 və Cavabdeh izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: qaz paylaşıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, “İddiaçı” İstehsalat Birliyi ilə Cavabdeh arasında sonuncunun qazla təmin edilməsinə dair 13.03.2020-ci il tarixdə 28154-03/20 nömrəli müqavilə bağlanmışdır; təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, abonentin mənzilinə baxış keçirilərkən xəttin qoruyucu dayağının içində kənar xətt aşkar olunmuşdur; “İddiaçı” X4 RQİİ-nin tərəfindən təsdiq edilmiş 29.03.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, istehlakçı Cavabdeh yaşadığı evdə iran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, 25lik axımlı su qızdırıcının sobasının maksimal saatlıq qaz sərfi 2,5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi göstərilmişdir; **********01020 kodlu abonentin saldosundan görünür ki, abonentin borcu 2020-ci ilin mart ayına aktlar üzrə 864 (səkkiz yüz altmış dörd) manat təşkil etmişdir; iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh 864 (səkkiz yüz altmış dörd) manat məbləğində dəymiş zərərin əvəzinin ödənilməsi tələb etsə də, məhkəmə baxışı müddətində Cavabdeh iddiaçıya olan borcunun azalması və hal-hazırda onun borcu 297,50 (iki yüz doxsan yeddi manat əlli qəpik) manat təşkil etməsi göstərilmişdir; digər sənədlərdən görünür ki, hazırki iş üzrə cavabdehin anası X5 21.05.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, “İddiaçı” X4 RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 16.03.2020-ci il tarixli, ******* saylı AKT-ın etibarsız hesab edilməsinə, bu akt əsasında tərtib olunmuş 29.03.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə AKT-larının, qərarların ləğv olunması və onlar əsasında hesablanmış 864 (səkkiz yüz altmış dörd) manat pulun ona məxsus abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, Quba Rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli 2(027)- 1134/2020 saylı qətnaməsi ilə X3 iddiası təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 19.03.2021-ci il tarixli 2(105)-1353/2021 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli 2(027)-1134/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; 07.09.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, iddiaçı “İddiaçı" İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış 13.03.2020-ci il tarixdə 28154-03/20 nömrəli müqavilə ilə qeyd olunmuş şərtlərə uyğun olaraq istehlakçı qaz paylayıcısı tərəfindən keyfiyyətli qazla təmin edilmiş və aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh sayğacdankənar xətlər vasitəsi ilə qazdan istifadə etmişdir. İddiaçının əməkdaşları tərəfindən cavabdehin sayğacdankənar xətlərdən istifadə halları ilə əlaqədar akt tərtib edilmiş və həmin akt əsasında müvafiq hesablamalar aparılmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, cavabdeh müqavilənin tələblərini pozaraq müqavilə ilə müəyyən olunmuş öhdəliklərini yerinə yetirməkdən yayınmış və bu zaman onun təbii qazdan sayğacdankənar istifadəsi nəticəsində borcu yaranmışdır. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təbii qazdan müqavilədən kənar və qeyri-qanuni yollarla istifadəsinə görə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası MM-nin: 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh dəymiş ziyana görə 297,50 (iki yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində pul “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş 01.01.2013-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 (beş yüz) manatadək olduqda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 20 (iyirmi) manat təşkil edir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı iddiaçıya aid edilməli, 20 (iyirmi) manatı isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 297,50 (iki yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində pul “İddiaçı” İstehsalat Birliyinin (“İddiaçı” İB-nin ABB Sabunçu filiali, Kod 805573, VOEN **********, M/H AZ03NABZ0135C**********02944, SWİFT BİK İBAZAZ2X, İddiaçı İВ, VOEN**********, lBAN: AZ72lBAZ********************) xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manatı iddiaçıya aid edilsin, 20 (iyirmi) manat isə cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-230/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-230/2021
07.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver