Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № 2(027)-2302/2021 11.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, kreditor "xxxx" MMC-nin Borclu borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: Kreditor "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ilə MMC arasında bağlanmış 09.02.2020-ci il tarixli İD ******* saylı alqı-satqı müqaviləsinə əsasən 989 (doqquz yüz səksən doqquz) manat 90 qəpik əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Borclu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor "xxxx"MMC ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Borclu arasında bağlanmış 09.02.2020-ci il tarixli İD ******* saylı alqı-satqı müqaviləsinə əsasən, Borclu 10 ay müddətinə 1572 manat dəyərində “Xiaomi” markalı mobil telefon alıb, ödəniş cədvəli üzrə hər ay 147.2 manat aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 582.1 manat ödəniş etmiş və qalıq qalmış 989.9 manat borcu indiyədək ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır, üzərinə düşən öhdəliyi yerinə yetirmir. Göstərilənlərə əsasən Borclu ilə MMC arasında bağlanmış 09.02.2020-ci il tarixli İD ******* saylı alqı-satqı müqaviləsinə əsasən 989 (doqquz yüz səksən doqquz) manat 90 qəpik əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Borclu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, "xxxx" MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş, 09.02.2020-ci il tarixli İD ******* saylı alqı-satqı müqaviləsi üzrə, Borclu “Xiaomi” markalı mobil telefona görə 10 ay ərzində ödəniş cədvəli üzrə hər ay 147.2 manat olmaqla, cəmi 1572 manat ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə olunmuş maliyyə arayışından görünür ki, 09.02.2020-ci il tarixli müddətli alqısatqı müqaviləsi üzrə Borclu "xxxx" MMC-yə 989 (doqquz yüz səksən doqquz) manat 90 qəpik məbləğində ödənilməmiş borcu vardır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC“ ilə Borclu arasında bağlanmış 09.02.2020-ci il tarixli İD ******* saylı alqı-satqı müqaviləsi üzrə “Xiaomi” markalı telefona görə 10 ay ərzində ödəniş cədvəli tərtib edimiş aylar üzrə 147.2 manat ödəniş məbləği müəyyən edilib. İş materiallarında olan 29.09.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 20 (iyirmi) manat rüsum ödənilmişdir. İş materiallarında olan MAPS arayışdan məlum olur ki, Borclu Quba şəhəri, 34 nömrəli TTSMD-nin ərazisi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. xx.xx.1986-cı il Quba rayonunda anadan olmuş, Quba şəhəri, 34 nömrəli TTSMD-nin ərazisi ünvanında qeydiyyatda olan Borclu 09.02.2020-ci il tarixli İD ******* saylı alqı-satqı müqaviləsinə əsasən 989 (doqquz yüz səksən doqquz) manat 90 qəpik əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2302/2021
Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(027)-2302/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver