Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2303/2022 27.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi və vəkili Nümayəndə, digər nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı maddi ziyanın tələb olunmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2546 (iki min beş yüz qırx altı) manat maddi ziyanin alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdr. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mülki işə cavabdeh qismində cəlb edilmiş Cavabdeh 11 aprel 2022-ci il tarixində Xaçmaz şəhərində fəaliyyətdə olan İddiaçıyə rəsmi ərizə ilə müraciət edərək Quba Xaçmaz marşurutunda işlək vəziyyətində olan “HUNDAİ COUNTY” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtobusa sürücü işinə qəbul olunmasını xahiş etmişdir. Həmin tarixdən, yəni 11 aprel 2022-ci il tarixində cavabdehlə əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanaraq sürücü işinə qəbul edilərək Quba Xaçmaz marşurutu üzrə işlək vəziyyətdə olan “Hunday” markalı avtobusda sürücü işləməyə başlamış və cavabdeh tərəfindən əmək müqaviləsinin şərtləri kobud sürətdə pozulduğu üçün onunla bağlanılmış 11 aprel 2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən xitam verilmişdir. Sürücü iş vaxtı əmək müqaviləsi üzrə üzərinə qoyulmuş öhdəliklərin icrasına məsuliyyətsiz yanaşmış və son nəticə olaraq abtobus istifadəyə yararsız hala düşüb onun təmiri üçün 2546 (iki min beş yüz qırx altı) manat pul məbləği xərclənmişdir. Cavabdeh işdən azad olunmasına baxmayaraq İddiaçı-yə dəymiş zərəri ödəməkdən imtina edir. Qeyd edilmiş faktın doğruluğu tərtib edilmiş 22 avqust 2022-ci il tarixli təmir aktı ilə tam təsdiq olunur. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X3 iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı-nin xətt nəzartəçisi işləyir. Cavabdeh onların şirkətində sürücü işləyirdi. Təhkim olunmuş maşına laqeydlik edib, maşının sürətlər qutusunu dağıdıb. “Hyundai Service” tərəfindən baxış keçirilib, ziyan aktı tərtib olunub. Maşın saz vəziyyətdə verilib, 6 ay işləyib. Digər nasasızlıqlar barədə cavabdeh onlara məlumat verib, hamısı aradan qaldırılıb. Sürət qutusu ilə bağlı müraciət edilməyib. Onlara 2546 AZN ziyan vurulub. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehin təqsirinə görə iddiaçıya 2546 manat ziyan dəyib, maddi məsrəflər barədə müqavilə var, dəymiş ziyan aktla təsdiq olunur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib göstərmişdir ki, şirkətdə 2 ay yarım işləmişdir. xx.xx.2022-ci il tarixdə ərizə yazaraq işdən çıxmışdır. İddiaçı tərəf isə onu maddəylə işdən çıxmağı barədə akt tərtib etmişlər. O, isə işə qəbul olunduqdan 2-3 gün sonra maşının mostunun nasaz olması barədə şirkətə məlumat vermişdir. X4 ondan heçnə istəməyəcəyini demişdir. Maşını sürəndə xətdən kənara çıxmamış, vurmamış, hər hansı yol nəqliyyat hadisəsi törətməmişdir. Dəfələrlə avtomaşında olan nasazlıqla bağlı şirkətə müraciət etmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndiylə işdən çıxarılmışdır. Ona işdən çıxanda əmr verilməyib. İddianı əsasız hesab edir, onun təqsirindən iddiaçıya ziyan dəyməyib. Ərizə yazıb özü işdən çıxdığlna görə onunla konflikt aparırlar. Əmək funkisyasına aid olmayan ziyan hesablanmışdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan əmək müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktıdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh ** AC *** qeydiyyat nömrəli, “HUNDAİ COUNTY” markalı, avtobus təhvil verimişdir. Mülki işin materiallarında olan “Uğurlu yol MMC”-nin xx.xx.2022-ci il tarixli, 209 saylı əmrindən görünür ki, “Uğurlu Yol MMC” bölməsində “sürücü avtobus” vəzifəsində işləyən Cavabdeh ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə,“AR Əmək Məcəlləsinin 70 nömrəli maddəsinin “ç”-işçi özünün əmək funkisyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəlləinin 72-ci maddəsində sadalanan hallarda əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulduqda” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, “HUNDAİ COUNTY” markalı, «**-AC-***» dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilərkən həmin avtomaşına 2546 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı "xxxx" MMC ilkin təmir aktında qeyd olunan ehtiyyat hissələri və onların dəyişdirilməsi ilə xidmət haqqının məbləğinin müəyyən edilməsi ilə bağlı şifahi şəkildə əməkdaşlarına müraciət etmişdir. Həmin müraciətə uyğun olaraq tərəflərindən ilkin təmir aktı tərtib edilərək "xxxx" MMC-nə verilmişdir. Lakin, şirkət tərəfindən "xxxx" MMC-nə məxsus “HUNDAİ COUNTY” markalı, «**-AC-***» dövlət qeydiyyat nişanlı (BANKMJHD17CP8041221) avtomobilə ilkin təmir aktında qeyd olunan ehtiyat hissələri satılmamış və heç bir təmir xidməti göstərilməmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin 23 dekabr 2022-ci il tarixli, 268 №li məktubundan görünür ki, iyul və avqust ayları üzrə elektron qaimə fakturaların dəyəri 5338,32 AZN olmuşdur. Həmin məbləğdən 2546 AZN dəyərində ehtiyyat hissələri Hundai markalı avtobus üçün alınmışdır. Mülki işin materiallarında olan Qusar rayon Vəkil Bürosunun Sumqayıt Avtomobil Ehtiyat Hissələri mağazasına ünvanladığı 22 dekabr 2022-ci il tarixli, M-137/2022 saylı məktubundan görünür ki, 2022-ci ilin iyul-avqust aylarında "xxxx" MMC-nin nümayənədəsi vasitəsi ilə Hunday markalı avtobusu üçün 2546 manat dəyərində ehtiyyat hissələrinin alıb almamasına dair arayışın mülki işə əlavə edilməsini zəruri hesab etmiş və "xxxx" MMC-nin nümayəndəsi vasitəsi ilə Hunday markalı avtobusu üçün 2546 manat dəyərində ehtiyyat hissələrinin alıb alınmamasına dair arayış verilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Qusar Rayon Vəkil Bürosuna Əflatun Süleymanov tərəfindən ünvanlanmış cavab məktubdan görünür ki, 2022-ci il iyul, avqust aylarında Xaçmaz rayonu "xxxx" MMC-nin nümayəndəsi tərəfindən Sumqayıt Avtomobil Ehtiyat Hissələri mağazasından 2546 manat dəyərində Hyundai markalı avtobus üçün ehtiyat hissələri alınmış və ehtiyat hissələrinin satılmasına dair kitabda qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsas əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPMP-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nipn 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara təqdim edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən qanun normalarının tələbinə görə iddiaçı tələb etdiyi məbləğdə cavabdeh tərəfindən ona maddi zərər vurulması, həmin zərərlə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması, bu zərərin vurulmasında cavabdehlərin təqsirli olması və cavabdehin həmin zərəri ona ödəmək öhdəliyi daşımasını sübut etməlidir. Lakin İddiaçı Cavabdeh tərəfindən ona maddi ziyan vurulmasını göstərərək, cavabdehdən 2546 manat maddi ziyan tələb etsə də, cavabdehin tələb olunan həmin məbləğin ona ödənilməsi öhdəliyini daşımasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Halbuki göstərildiyi kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı, qanunla sübutetmə yükünün onun üzərinə düşməsinə baxmayaraq, öz iddia tələbinin hüquqi əsasını heç bir mötəbər sübutla sübut etməmişdir. Yuxarıda göstərilənlər iddianın əsassız olmasını göstərir və onun rədd olunması nəticəsinə gəlməyə tam əsas yaradır. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı sözügedən avtomaşına ehtiyyat hissələrinin alınması barədə Sumqayıt Avtomobil Ehtiyyat Hissələri mağazasına M-137/2022 saylı, xx.xx.2022-ci il tarixli vəkil sorğusu vermiş həmin vəkil sorğusunda Sumqayıt Avtomobil Ehtiyyat Hissələri mağazasının ünvanı (harada yerləşməsi həqiqətən həmin mağazanın mövcud olub-olmamasını və həmin mağazanın ehtiyyat hissələrinin satışı ilə məşğul olubolmamasını) göstərilməmişdir. Habelə həmin vəkil sorğusuna cavab verən X2 2546 manat dəyərində Hyundai markalı avtobus üçün ehtiyat hissələri alınmış və ehtiyat hissələrinin satılması ilə bağlı kitabda qeydiyyat aparılmasına dair bildirsə də, həmin mağazanın hüquqi ünvanının, onun həqiqətən sahibkarlıq fəliyyəti ilə məşğul olmasını, vergi ödəyicisi kimi qeydiyyata alınmasını (VÖEN-ni) təsdiq edən sənədləri, satılmış ehtiyat hissələrinin nədən ibarət olmasını və kassa mədaxil qəbzini vəkil sorğusuna əlavə etməmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslanldırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı-nin Cavabdeh qarşı maddi ziyanın tələb olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Quba rayon Məhkəməsi vasitəsilə (elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2303/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2303/2022
27.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver