Məhkəmə qərarları › İş №2(027)-2306/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2306/2021

10.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2306/2021 10.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçın nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Xaltan kənd sakini Cavabdeh İddiaçına dolayısı ilə dövlətə vurmuş olduğu 237 (iki yüz otuz yeddi) manat 39 qəpik məbləğində ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçın nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən tələb edilən məbləğdən 100 manat məbləğdə iddiaçının hesabına ödəniş edilmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, 05.04.2021-ci il tarixdə İddiaçı əməkdaşları Milli Parkın Quba bölməsi Qonaqkənd meşəbəyliyi üzrə sahə müfəttişi X8, Qonaqkənd meşəbəyliyi 05-06 saylı dolay üzrə mühafizə yegeri X2, mühafizə yegeri X6 Milli Parkın Quba bölməsi Qonaqkənd meşəbəyliyi 05 saylı dolayında yoxlama tədbirləri həyata keçirərkən ərazidən qanunsuz olaraq palıd cinsindən 16 sm iki ədəd, 24 sm iki ədəd, 28 sm üç ədəd, 32 sm ədəd. 36 sm iki ədəd olmaqla, 11 (on bir) ədəd kök üstə yaş ağacların kəsildiyi müəyyənləşdirilir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qanunsuz kəsilmiş ağacları Quba rayonu Xaltan kənd sakini Cavabdeh Canikram oğlu tərəfindən kəsilərək aparılan zaman ərazidə saxlanılmışdır. Qeyd olunan qanun pozuntusu səbəbindən təbiətə dəymiş ziyan 237.39 (üç yüz otuz yeddi) manat 39 qəpik məbləğində hesablanmışdır. Fakt qanunvericiliyə uyğun olaraq sənədləşdirilərək sözü gedən vətəndaş barəsində 05.04.2021-ci il 43568 nömrəli akt və 05.04.2021-ci il tarixli ******* nömrəli protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Quba rayon Xaltan kənd sakini Cavabdeh İddiaçına dolayısı ilə dövlətə vurmuş olduğu 237 (iki yüz otuz yeddi) manat 39 qəpik məbləğində ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh iddianı qəbul edərək, bildirdi ki, o, meşəyə vurmuş olduğu 237 (iki yüz otuz yeddi) manat 39 qəpik məbləğində ziyandan 100 manatını ödəyib, qalan 137.39 mananatını da yaxın vaxtlarda ödəyəcək. Məhkəmə İddiaçın nümayəndəsi X4 və Cavabdeh dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05.04.2021-ci il tarixli ******* nömrəli protokoldan görünür ki, Quba rayonu Xaltan kənd sakini Sadayev X1 meşəbəyliyi 05 saylı dolayısından palıd cinsindən olan müxtəlif diametrli, cəmi 11 (on bir) ədəd kök üstə yaş ağacları kəsmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı 48568 nömrəli aktından görünür ki, 05.04.2021-ci il tarixdə Qonaqkənd meşəbəyliyi 05 saylı dolayısında yoxlama tədbirləri həyata keçirərkən məlum olmuşdur ki, Cavabdeh qanunsuz yolla ərazidən palıd cinsindən 16 sm iki ədəd, 24 sm iki ədəd, 28 sm üç ədəd, 32 sm ədəd. 36 sm iki ədəd olmaqla, 11 (on bir) ədəd kök üstə yaş ağacları kəsmişdir. İş materiallarında olan Cavabdeh 05.04.2021-ci il tarixli izahatından görünür ki, Cavabdeh 16 sm iki ədəd, 24 sm iki ədəd, 28 sm üç ədəd, 32 sm ədəd, 36 sm iki ədəd olmaqla, 11 (on bir) ədəd kök üstə yaş ağacların kəsdiyini etiraf etmişdir. İş materiallarında olan AZE 0******* seriya və nömrəli çəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh qanunsuz yolla oğlu Quba rayonu, Xaltan kəndində qeydiyyatdadır. İş materiallarında olan 05.04.2021-ci il tarixli 48568 nömrəli akta əlavə olaraq təbiətə dəymiş ziyanın hesablama cədvəlindən görünür ki, Cavabdeh tərəfindən Meşə Fonduna 237 (iki yüz otuz yeddi) manat 39 qəpik məbləğində ziyan vurması hesablanmışdır. İş materialında olan 05.04.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh 101 manat məbləğdə pul vəsaitini İddiaçın hesabına ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Məhkəmə müəyyən edildi ki, cavabdeh tərəfindən iddia tam etiraf edilir və cavabdeh tərəfindən borcdan 100 manat məbləğdə iddiaçının hesabına ödəniş edilmişdir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və cavabdeh tərəfindən iddianın etiraf edilməsi, tələb edilən məbləğdən cavabdeh tərəfindən iddiaçının hesabına 100 manat məbləğdə ödəniş etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 137 (bir yüz otuz yeddi) manat 39 qəpik məbləğdə ziyan tutulub İddiaçı bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.3, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 137 (bir yüz otuz yeddi) manat 39 qəpik məbləğdə ziyan tutulub İddiaçı bank hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar