Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2309/2021 28.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Yuxarı Tüləkəran kənd sakini Cavabdeh İddiaçına dolayısı ilə dövlətə vurmuş olduğu 377 (üç yüz yetmiş yeddi) manat 11 qəpik məbləğində ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçın nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərir ki, 05.04.2021-ci il tarixdə İddiaçı əməkdaşları Milli Parkın Quba bölməsi üzrə direktor müavini X2, Quba meşəbəyliyi 07 saylı dolay üzrə mühafizə yegeri X4 Milli Parkın Quba bölməsi Quba meşəbəyliyi 07 saylı dolayında yoxlama tədbirləri həyata keçirərkən ərazidən qanunsuz olaraq fısdıq cinsindən 32 sm iki ədəd, 40 sm iki ədəd, 52 sm bir ədəd, vələs cinsindən 28 sm bir ədəd, 36 sm bir ədəd, 40 sm bir ədəd olmaqla, 8 (səkkiz) ədəd kök üstə yaş ağacların kəsildiyi müəyyənləşdirilir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qanunsuz kəsilmiş ağacları Quba rayonu Yuxarı-Tüləkəran kənd sakini Cavabdeh tərəfindən kəsilərək aparılan zaman ərazidə saxlanılmışdır. Qeyd olunan qanun pozuntusu səbəbindən təbiətə dəymiş ziyan 377 (üç yüz yetmiş yeddi) manat 11 qəpik məbləğində hesablanmışdır. Fakt qanunvericiliyə uyğun olaraq sənədləşdirilərək sözü gedən vətəndaş barəsində 05.04.2021-ci il 65601 nömrəli akt və 05.04.2021-ci il tarixli ******* nömrəli protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Quba rayon Yuxarı Tüləkəran kənd sakini Cavabdeh İddiaçına dolayısı ilə dövlətə vurmuş olduğu 377 (üç yüz yetmiş yeddi) manat 11 qəpik məbləğində ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və bu barədə heç bir üzrlü səbəb məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdeh Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçın nümayəndəsi X3 dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05.04.2021-ci il tarixli ******* nömrəli protokoldan görünür ki, Quba rayon Yuxarı Tüləkəran kənd sakini Cavabdeh Quba meşəbəyliyi 07 saylı dolayısından fısdıq və vələs cinsindən olan müxtəlif diametrli, cəmi 8 (səkkiz) ədəd kök üstə yaş ağacları kəsmiş və barəsində inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı 05.04.2021-ci il tarixli 65601 nömrəli aktından görünür ki, 05.04.2021-ci il tarixdə Quba meşəbəyliyi 07 saylı dolayısında yoxlama tədbirləri həyata keçirərkən məlum olmuşdur ki, Cavabdeh qanunsuz yolla ərazidən fısdıq cinsindən 32 sm iki ədəd, 40 sm iki ədəd, 52 sm bir ədəd, vələs cinsindən 28 sm bir ədəd, 36 sm bir ədəd, 40 sm bir ədəd olmaqla, 8 (səkkiz) ədəd kök üstə yaş ağacları kəsmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin BMQ və XMOTƏİD İddiaçı Quba meşəbəyliyi 07 saylı dolayısının 05.04.2021-ci il tarixdə aparılmış yoxlama zamanı aşkar edilmiş qanunsuz qırıntıların həcm-qiymət cədvəlindən görünür ki, Cavabdeh tərəfindən qanunsuz yolla ərazidən fısdıq cinsindən 32 sm iki ədəd, 40 sm iki ədəd, 52 sm bir ədəd, vələs cinsindən 28 sm bir ədəd, 36 sm bir ədəd, 40 sm bir ədəd olmaqla, 8 (səkkiz) ədəd kök üstə yaş ağacları kəsildiyinə görə dolayısı ilə dövlətə vurmuş olduğu ziyan 377 (üç yüz yetmiş yeddi) manat 11 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 377 (üç yüz yetmiş yeddi) manat 11 qəpik məbləğdə ziyan tutulub İddiaçı bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 377 (üç yüz yetmiş yeddi) manat 11 qəpik məbləğdə ziyan tutulub İddiaçı bank hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2309/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2309/2021
28.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver