Məhkəmə qərarları › İş №2(027)-231/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-231/2021

31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-231/2021 31.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-cavabdeh “İddiaçı” İB-nin nümayəndəsi X2 və cavabdeh-iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair və iddiaçı Cavabdeh “İddiaçı” İB-nə qarşı aktın etibarsıs hesab edilməsi, tələbnamənin ləğv edilməsi və borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı-cavbdeh “İddiaçı” İstehsalat Birliyi Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 561.60 (beş yüz altımış bir manat) 60 qəpik məbləğində ziyanın məcburi qaydada tutularaq, **********00120 saylı abonent koduna, 30(otuz) manat dövlət rüsumunun iddiaçı “İddiaçı” İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “İddiaçı” İstehsalat Birliyinin iddiasına qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, onun adına tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, ******* nömrəli AKT etibarsız hesab edilməli, həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair xx xxxx 2020-ci il tarixli tələbnamə(qərar) ləğv edilməli,həmin tələbnamə əsasında hesablanmış pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavbdeh “İddiaçı” İB-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək göstərdi ki, "İddiaçı” İstehsalat Birliyi Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” İB tərəfindən **********00120 saylı abonent kodu verilmiş, mənzilində “Zenner” markalı, ******************** saylı qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh “X11”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə edərək təbii qazı talamışdır. “İddiaçı” İB X15 İstismar İdarəsinin işçiləri tərəfindən xx.xx.2020-ci il tarixdə Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacından kənar xətt vasitəsi ilə qazın talanması halı müəyyən edilmiş, qeyd olunan faktla bağlı abonent Cavabdeh barəsində Xaçmaz RQİİ-nin aidiyyəti işçiləri tərəfindən “Təbii X11n pozulması haqqında” akt tərtib edilmişdir. Belə ki,xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 561.60 manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 561.60 (beş yüz altımış bir manat) 60 qəpikməbləğində ziyanınməcburi qaydada tutularaq **********00120 saylı abonent koduna, 30(otuz) manat dövlət rüsumunun iddiaçı “İddiaçı” İB-nin bank hesabına ödənilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavbdeh-iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək, qarşılığlı iddia ərizəsinin müdafiə edərək bildirdi ki, “İddiaçı” İB ona qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 561,60 manat məbləğində ziyanın məcburi qaydada ondan tutularaq **********00120 saylı abonent koduna, 30 manat dövlət rüsumunun iddiaçı “İddiaçı” İB-nın bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə ilkin iddia tələbini qəbul etmir. İlkin iddiaçı “İddiaçı” İB-yi iddia edir ki, Quba şəhəri, M.Qorki 41 a ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin ünvanda qaz sayğacından kənar təbii qazdan istifadə edildiyi üçün xx xxxx 2020-ci il tarixli ******* nömrəli AKT tərtib edilmiş, həmin akt əsasında dəymiş ziyanında bərpasına dair xx xxxx 2020-ci il tarixli Tələbnamə tərtib edilmiş və 561 manat qazdan istifadə olunması aşkar edilmişdir. İlkin iddiaçının iddia tələbində qeyd etdikləri əsassızdır, çünki, abonentin saldosundan görünür ki, Quba şəhəri M.Qorki küçəsi 41 a saylı fərdi yaşayış evinə xx.xx.2019- cu il tarixdə qaz sayğacı quraşdırılmış, həmin evə çəkilmiş qaz xətti ilə bağlı **********00120 saylı abonent kodu açılmış və abonent kimi X8 qeyd edilmiş və onunla qazın alqısatqısı ilə bağlı müqavilə bağlanılmışdır. O,ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. **********00120 saylı abonent kodu ilə bağlı abonent deyil və onunla “İddiaçı” İB arasında Quba şəhəri M.Qorki küçəsi 41 a saylı fərdi yaşayış evinə qazın verilməsi ilə bağlı alqısatqı müqaviləsi bağlanılmamışdır. Həmin fərdi yaşayış evi ilə bağlı aktın tərtib edildiyi xx xxxx 2020-ci il tarixdə o, X3 abonent kodunun qeyd olunduğu evdə olub, X8 onun qaynatasıdır.“İddiaçı” İB-nın əməkdaşları ona akta imza etməyi bildirmiş,o isə savadsızlığdan akta imza edib. Beləliklə Quba şəhəri M.Qorki küçəsi 41a saylı fərdi yaşayış evinə aid olan **********00120 saylı abonent kodu ilə bağlı abunəçi olmadığı üçün, onun həmin evlə heç bir əlaqəsi yoxdu. Həmin evdə mülkiyyətçi olmadığı, həmin evdə yaşamadığı, onunla “İddiaçı” İB arasında alqı-satqısı müqaviləsi bağlanmadığı üçün, barəsində tərtib edilmiş ******* saylı xx xxxx 2020-ci il tarixli AKT etibarsız hesab olunmalı və onun əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair xx xxxx 2020-ci il tarixli tələbnamə (Qərar) ləğv edilməli, 561.60 manat məbləğində pul silinməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı-cavbdeh “İddiaçı” İB-nin nümayəndəsi X4 və cavbdeh-iddiaçı Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz paylaşıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, “İddiaçı” İstehsalat Birliyi ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 28152 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan “İddiaçı” İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent Cavabdeh adına tərtib olunmuş təbii X11nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, abonentin mənzilinə baxış keçirirkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh tərəfindən 5616 m3 qaz sərfiyyatı olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli izahatdan məlum olur ki, Cavabdeh xx.xx.2020-ci il tarixində ona məxsus olan evdə kənar qaz xətti aşkar olunduğuna görə hesablanmış, dəymiş ziyanı ödəyəcəyinə etiraz etməmişdir. İş materiallarında olan AZ-İ 418013 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu ildə vəfat etmiş, xx.xx.2010-cu il tarixində ölüm haqqında akt qeydləri kitabında 112 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB-yi iddia ərizəsinə görə 30(otuz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rösumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh fərdi yaşayış evində quraşdırılmış qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu hal “İddiaçı” İB əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmışdır və məlum olmuşdur ki, Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində X15 İstismar İdarəsinin Quba xidmət sahəsinə ziyan dəymişdir. İş materiallarından dagörünür ki, “İddiaçı” İstehsalat Birliyinə 561.60 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bu səbəbdən iddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı ilkin iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Qarşılıqlı iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, X1 2482.69 manat məbləğində pulun, və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 2512.69 ( iki min beş yüz on iki manat altmış doqquz qəpik) manat pulun tutularaq İddiaçı” İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 561 (beş yüz altımış bir manat) 60 qəpik məbləğində ziyan və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub iddiaçı “İddiaçı” İB-nin bank hesabına ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar