Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2338/2021 24.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı “Azəriqaz" İstehsalat Birliyinin (bundan sonra İB) nümayəndəsi X1 iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “şəxsin qəza nəticəsində vurulmuş maddi zərərin əvəzin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı İB Cavabdeh qarşı “şəxsin qəza nəticəsində vurulmuş maddi zərərin əvəzin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 690,97 (altı yüz doxsan manat doxsan yeddi qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pulun İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı “Azəriqaz" İB-nin nümayəndəsi X2 iddia tələblərini müdafiə edərək göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atacılıq yaşayış massivi ərazisindən keçən, İddiaçı İB balansında olan diametri 108 mm qaz xəttinin 60 p/m hissəsini, 57 mm qaz xəttinin 22 p/m hissəsi, həmçinin bir abonenti təbii qazla təmin edən G-4 markalı qaz sayğacını cavabdeh tərəfindən 04.12.2020-ci il tarixdə saat 12:00 radələrində idarə etdiyi **-ZA-*** dövlət nömrə nişanlı avtomobillə qəza törədərək qırmış və sıradan çıxarmışdır. 04.12.2020-ci il tarixdə İddiaçı İB əməkdaşları tərəfindən aşkar olunmuş fakt əsasında cavabdeh tərəfindən törədilmiş qəza nəticəsində birliyə vurulmuş ziyan hesablanaraq yararsız hala salınmış G-4 markalı qaz sayğacının dəyər məbləği hesablanaraq 690,97 (altı yüz doxsan manat doxsan yeddi qəpik) manat maddi ziyan vurulmuşdur. Cavabdeh barəsində tədbir görülməsi məqsədilə Xəzər RPİ-nə müraciət olunmuşdur. Xəzər RPİ-dən daxil olmuş 11.02.2021-ci il tarixli məktuba əsasən, fakt üzrə təhqiqat aparılmış və hadisəni törədən şəxsin Cavabdeh olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı İB-nin nümayəndəsi X2 izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: yol-nəqliyyat hadisəsi və ya təmir bərpa işləri nəticəsində qaz xəttinin zədələnməsi haqqında 19.10.2020-ci il tarixli aktdan görünür ki, 19.10.2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atacılıq yaşayış massivi Məscid yolu ünvanında “Mersedes” markalı **-ZA-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı İB balansında olan diametri 108 mm qaz xətti vuraraq 15 mm hissəsini yararsız hala salmış, baş vermiş qəza nəticəsində 15 dəqiqə qaz havaya axmışdır; Xəzər TİX-nin mühəndis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atacılıq yaşayış massivi Məscid yolu ünvanında diametri 108 mm aşağı təzyiqli zədələnməsi zamanı 15 dəqiqə sızma müəyyən edilmişdir; qiymət cədvəlindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atacılıq yaşayış massivi Məscid yolu ünvanında diametri 108 mm aşağı təzyiqli qaz xəttinin 15 mm hissəsininin bərpası üçün görüləcək işlərin və işlədiləcək materialların cəmi xərci 690,97 (altı yüz doxsan manat doxsan yeddi qəpik) manat təşkil edir; inzibati tənbeh vermə haqqında 08.02.2021-ci il tarixli TP seriyalı ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara qalınmışdır; 22.04.2021-ci il tarixli qəbzdən görünür ki, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı İB tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 19.10.2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atacılıq yaşayış massivi Məscid yolunda “Mersedes” markalı **-ZA-*** dövlət nömrə nişanlı yük avtomobili idarə edərkən İddiaçı İB balansında olan diametri 108 mm qaz xəttini vuraraq 15 mm hissəsini yararsız hala salmış, baş vermiş qəza nəticəsində İddiaçı İB-nə 690,97 (altı yüz doxsan manat doxsan yeddi qəpik) manat məbləğində ziyan dəymişdir. Bununla əlaqədar 08.02.2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, Cavabdeh təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsində idarə etdiyi nəqliyyat vasitəsi ilə (yüksək təhlükə mənbəyi) İddiaçı İB-nə birbaşa zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı İB-nə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi Cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 690,97 (altı yüz doxsan manat doxsan yeddi qəpik) manat məbləğində pul İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 690,97 (altı yüz doxsan manat doxsan yeddi qəpik) manat məbləğində pul İddiaçı İB-nin xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2338/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2338/2021
24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver