Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2341/2024 20.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Dağlı kənd sakini Cavabdeh onun xeyrinə 1014 (bir min on dörd) manat pul və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Quba rayonu Tüləkəran kənd ərazisində Ağçayın sahilində 3 ha bağ sahəsi yerləşir. Qeyd olunan bağ sahəsində cəmi 834 ədəd meyvə ağacı, onlardan 700 ədəd qızıl əhmədi, 90 ədəd cır hacı, 30 ədəd sosikol reneti və 14 ədəd qəndi sinap alma ağacları vardır. Həmin bağ sahəsi 2011-ci ilin dekabr ayında salınmışdır. Hər il ona lazımi səviyyədə qulluq edir. O, təsərrüfatçıdır. Başqa yerdə gəliri yoxdur. Tək gəlir mənbəyi torpaq sahəsi və üzərində yerləşən meyvə bağıdır. Onun torpaq sahəsindən bir qədər kənarda icarəyə götürülən torpaq sahəsində Cavabdeh adlı fermerə məxsus heyvandarlıq ferması var və orada 26 başa mal-qara saxlayır. Həmin şəxs daim heyvanları nəzarətsiz otlağa buraxır. Həmin heyvanlar da onun bağ sahəsinə girərək orada olan meyvə ağaclarını sındırır, meyvələri yeyir, bağ təsərrüfatına ziyan vurur. O, bu barədə fermer Cavabdeh dəfələrlə xəbərdarlıq etmişdir. Ancaq cavabdeh bundan heç bir nəticə çıxarmır. O, bu problemi öz aralarında həll etmək fikrində olmuşdur. Onun təsərrüfatına vurulan ziyanı müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunana müraciət etmişdir. Müraciətinə əsasən müvafiq qurumun əməkdaşları əraziyə yerində baxış keçirib müvafiq rəy tərtib etmişlər. Həmi rəydə qeyd olunur ki, bağ sahəsində mal-qaranın dırnaq, peyin izləri var. Ağaclarda olan meyvələrin heyvanlar tərəfindən yeyildiyi açıq-aydın görünür. Ona dəyən zərər tam düzgün şəkildə araşdırılıb və rəy tərtib olunub. O, dəyən ziyanı ən minimum qiymətlə hesablatdırmışdır. Ona artıq heç nə lazım deyil. Sadaladığı problemin aradan qaldırılması başqa vasitə ilə mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 06 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, Quba rayonu Tüləkəran kənd sakini İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən, onun tərəfindən Tüləkəran kəndi ərazisində, Ağçay çayının sahilində, meşənin ətəyində salınmış 3,0 ha bağ sahəsinə yerindəcə baxış keçirilmişdir. Baxış zamanı aşağıda qeyd olunanlar müəyyən edilmişdir: 1.İddiaçı dediyinə görə 3,0 ha alma bağı sahəsi 2011-ci ilin payızında 6x6 m əkin sxemi ilə əkilmişdir;
2. Bağ sahəsində cəmi 834 ədəd, o cümlədən 700 ədəd Qızıl Əhmədi, 90 ədəd Cır Hacı, 30 ədəd Sosikol reneti (Siqanka) və 14 ədəd Qəndil sınapı alma ağacları vardır;
3. Sahibkar İddiaçı həmçinin qeyd etdi ki, heyvandarlıq üzrə sahibkar Cavabdeh baxış keçirdiyimiz bağ sahəsindən bir qədər kənarda icarəyə götürdüyü heyvandarlıq ferması var və orada o, 26 başa yaxın mal-qara saxlayır. Həmin mal-qaranı nəzarətsiz olaraq örüşə buraxır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, mal-qara daima açıq (nəzarətsiz) buraxılır və nəticədə qonşu sahibkarların bağ və örüş sahələrinə zərər yetirirlər. Mənim də 3,0 ha alma bağıma ziyan vermişlər;
4. Baxış günü həqiqətən Şərəf Əliosmanovun inəklərinin ərizəçi Əzizin bağ sahəsinə yaxın özəl biçənək sahəsində otladığmı şahidi olduq;
5. Bağ sahəsində keçirdiyimiz baxış zamanı həqiqətən bağda ağacların cərgəaraları və gövdəətraflarmda mal-qaranın dırnaq izləri və ifrazatı (peyin) olduğu və ağacların budaqlarının zədələndiyini, ağacların dibinə mal-qara tərəfindən tökülmüş meyvələrin yeyilməsi və hətta inəklər tərəfindən ağacların alt mərtəbəsində olan skelet və yarım skelet budaqlarda olan meyvələrin yeyilməsi müəyyən edildi;
6. Nəzarətsiz buraxılmış mal-qaranın bağ sahəsinə daxil olması, ağaclarda olan meyvə məhsulunun vaxtından qabaq yerə tökülməsi, tökülmüş meyvələrin və eyni zamanda ağacda olan meyvələrin inəklər tərəfindən yeyilməsi nəticəsində sahibkara müəyyən qədər zərər dəydiyi aşkar edildi; 3,0 ha bağ sahəsində mal-qara tərəfindən məhv edilmiş meyvə məhsuluna görə sahibkara dəymiş zərər aşağıdakı kimi müəyyən edildi:
7. Qızıl Əhmədi sortu üzrə vaxtından əvvəl tökülmüş və mal-qara tərəfindən yeyilmiş meyvələrin sayı bir ağacda 25 ədəd, bir meyvənin otra kütləsi 110 qram olmaqla, bir ağacda məhsul itkisi 2,75 kq, 700 ağacdan isə 1925 kq təşkil edir;
8. Sosikol reneti üzrə tökülmüş və yeyilmiş meyvələrin sayı 26 ədəd, bir meyvənin orta kütləsi isə 100 qram olmaqla, bir ağacdan məhsul itkisi, 2,6 kq, 30 ədəd ağacdan isə 78 kq təşkil edir;
9. Qəndil sinap sortu üzrə tökülmüş və mal-qara tərəfindən yeyilmiş meyvənin sayı 15 ədəd, bir meyvənin orta kütləsi 120 qram olmaqla, bir ağacdan məhsul itkisi 1,8 kq, 14 ağacdan isə 25,2 kq təşkil edir;
10. Cır Hacı sortunda cari ildə ağaclarda məhsul müşahidə edilməmişdir;
11. Yuxarıda qeyd olunmuş Qızıl Əhmədi, Sosikol reneti və Qəndil sinap alma sortları üzrə cəmi məhsul itkisi 1925 kq + 78 kq + 25,2 kq = 2028,2 kq təşkil edir;
12. Mal-qara tərəfindən məhv edilmiş meyvə məhsulunun bir kiloqramının bağdan orta satış qiymətini 0,50 manat olmaqla cəmi 2028,2 kq x 0,50 = 1014,1 manat məbləğində maliyyə vəsaiti əldə etmək mümkündür. Beləliklə, keçirilmiş baxış və aparılmış hesablamaların nəticələrinə əsasən İddiaçı mal-qara tərəfindən məhv edilmiş 2028,2 kq alma məhsuluna görə 1014,1 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı məxsus Quba rayonu, Tüləkəran kəndində yerləşən 3 ha torpaq sahəsinə fermerində olan malqaranı nəzarətsiz buraxmış və nəticədə həmin torpaq sahəsindəki ağacların yararsız hala düşməsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddia tələbinin əsaslılığı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 06 sentyabr 2024-cü il tarixli rəyi ilə də öz təsdiqini tapmışdır. Belə ki, həmin rəyin 5 və 6cı bəndlərində - bağ sahəsində keçirilmiş baxış zamanı həqiqətən bağda ağacların cərgə araları və gövdə ətraflarında mal-qaranın dırnaq izləri və ifrazatı (peyin) olduğu və ağacların budaqlarının zədələndiyini, ağacların dibinə mal-qara tərəfindən tökülmüş meyvələrin yeyilməsi və hətta inəklər tərəfindən ağacların alt mərtəbəsində olan skelet və yarım skelet budaqlarda olan meyvələrin yeyilməsi və nəzarətsiz buraxılmış mal-qaranın bağ sahəsinə daxil olması, ağaclarda olan meyvə məhsulunun vaxtından qabaq yerə tökülməsi, tökülmüş meyvələrin və eyni zamanda ağacda olan meyvələrin inəklər tərəfindən yeyilməsi nəticəsində sahibkara müəyyən qədər zərər dəydiyi aşkar edilmişdir. Keçirilmiş baxış və aparılmış hesablamaların nəticələrinə əsasən İddiaçı mal-qara tərəfindən məhv edilmiş 2028,2 kq alma məhsuluna görə 1014,1 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Qeyd olunan əsaslara baxmayaraq Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən zaman iddia tələbini qəbul etməmişdir. Lakin, cavabdeh iddia tələbinin əsassız olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 1014 (bir min on dörd) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 31 manat alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 1014 (bir min on dörd) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 31 manat alınaraq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Vüqar Seyidov