Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2342/2021 15.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayab Kredit X1 Cəmiyyətinin (bundan sonra BOKT ASC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 31.07.2019-cu il tarixli, 0054/22 saylı kredit müqaviləsinə əsasən 5117,24 (beş min bir yüz on yeddi manat iyirmi dörd qəpik) manat əsas borc, 98,97 (doxsan səkkiz manat doxsan yeddi qəpik) manat hesablanmış faiz borcu, 3268,41 (üç min iki yüz altmış səkkiz manat qırx bir qəpik) manat dəbbə pulu olmaqla, cəmi 8484,62 (səkkiz min dörd yüz seksən dörd manat altmış iki qəpik) manat kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı-nin iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müraciət etmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumu alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər; 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İş materiallarından göründüyü kimi, iddiaçı tərəf 14.10.2021-ci il tarixdə məhkəmədən Cavabdeh İddiaçı-nin xeyrinə 31.07.2019-cu il tarixli, 0054/22 saylı kredit müqaviləsinə əsasən 5117,24 (beş min bir yüz on yeddi manat iyirmi dörd qəpik) manat əsas borc, 98,97 (doxsan səkkiz manat doxsan yeddi qəpik) manat hesablanmış faiz borcu, 3268,41 (üç min iki yüz altmış səkkiz manat qırx bir qəpik) manat dəbbə pulu olmaqla, cəmi 8484,62 (səkkiz min dörd yüz seksən dörd manat altmış iki qəpik) manat kredit borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia ərizəsinin məhkəməyə verilməsi üçün Dövlət büdcəsinə 30 (otuz) manat məbləğində rüsum köçürmüşdür. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən (Qanun 01.10.2021-ci il tarixdən qüvvəyə minmişdir), iddianın qiyməti 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Lakin məhkəmə, iddia ərizəsinin məhz “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 01.10.2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanunundan əvvəl məhkəməyə təqdim edilməsi barədə heç bir sübut aşkar etmədiyindən hesab edir ki, müraciət edən şəxs Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. İddiaçı tərəfindən iddia ərizəsi ilə aiddiyyəti üzrə Quba Rayon Məhkəməsinə müraciət edilən zaman iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi”nə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada hazırkı iddia tələbi ilə bağlı ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi”nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2342/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2342/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver