Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2379/2025 12.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1896 (bir min səkkiz yüz doxsan altı) manat pulun və 39 (otuz doqquz) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, Cavabdeh ondan 1896 (bir min səkkiz yüz doxsan altı) manat məbləğində borc pul almış və borcunu 30 iyul 2022-ci ilə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Bununla bağlı Cavabdeh digər şahidlərin və onun iştirakı ilə yazılı iltizam da imzalanmışdır. Lakin iş üzrə cavabdeh bu günə kimi borcundan ödəniş etməmişdir. Cavabdeh sonradan aldığı pulun qarşılığında kömür verəcəyəni, daha sonra isə evində müəyyən işləri görəcəyini bildirsə də, həmin vədinə də əməl etməmişdir. İltizamdan da göründüyü kimi o, cavabdehə 1896 (bir min səkkiz yüz doxsan altı) manat məbləğində pulu borc kimi vermiş və o da həmin pulu borc kimi aldığına dair əl yazısı ilə iltizam da yazmış, hər ikisi həmin iltizamı imzalamışlar. Lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq cavabdehdən heç bir xəbər çıxmamışdır. O, bununla bağlı Cavabdeh müraciət etdikdə sonuncu ona aldığı borc puldan hər ay 20-30 manat ödəniş edə biləcəyini bidlirmişdir. O, da razılaşmamışdır. Cavabdehə inanaraq bu günə kimi məhkəməyə müraciət etməməmişdir. Cavabdeh isə hər dəfə bir bəhanə gətirərək ona olan borcunu bu günə kimi ödəməmişdir. Cavabdeh ondan aldığı pulu könüllü razılıq əsasında geri qaytarmaq istəmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ona 1896 (bir min səkkiz yüz doxsan altı) manat borcu olmuş, cavabdeh onun üçün iş görmüş və borc əvəzində kömür vermiş, beləliklə də ona ümumilikdə 510 (beş yüz on) manat qaytarmış, hazırda 1386 (bir min üç yüz səksən altı) manat borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, həqiqətəndə iddiaçıya borcu olmuş, lakin iddiaçı üçün müəyyən işləri görmüş və borc əvəzində kömür vermişdir. İddianı 1386 (bir min üç yüz səksən altı) manat qəbul etdi. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əlyazma qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1896 (bir min səkkiz yüz doxsan altı) manat məbləğində pul verməli olduğunu, və həmin pulu xx.xx.2022-ci il tarixədək verəcəyini imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə 1896 (bir min səkkiz yüz doxsan altı) manat məbləğində borc verilmiş, cavabdeh isə həmin pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz öhdəliklərinin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında aldığı borc məbləği həddində məsuliyyəti yaranmışdır. Cavabdeh məhkəmə iclasında iddiaçıya borclu olduğu 1896 (bir min səkkiz yüz doxsan altı) manat məbləğində puldan müəyyən hissəsini hissəsini qaytardığını bildirmiş, iddiaçı isə cavabdehin borclu qaldığı pul əvəzində müəyyən işlər gördüyünü və bununla da ona cəmi 1386 (bir min üç yüz səksən altı) manat borcu qaldığını bildirmiş, cavabdeh həmin məbləğlə razılaşmışdır. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 1386 (bir min üç yüz səksən altı) manat pul İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı həmçinin 39 (otuz doqquz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumunun 10 (on) manat 53 (əlli üç) qəpik hissəsi iddiaçıya aid edilməli, 28 (iyirmi səkkiz) manat 47 (qırx yeddi) qəpik isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1386 (bir min üç yüz səksən altı) manat pul İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 39 (otuz doqquz) manat dövlət rüsumunun 10 (on) manat 53 (əlli üç) qəpik hissəsi iddiaçıya aid edilsin, 28 (iyirmi səkkiz) manat 47 (qırx yeddi) qəpik isə cavabdehdən alınaraq iddiaçıya verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2379/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2379/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver