Məhkəmə qərarları › İş №2(027)-2386/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2386/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2386/2021 03.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu İddiaçı-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 23.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********1275 olan “X1 7” markalı telefon, Soyuducu Hoffmann üçün 301 (üç yüz bir) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə; 06.08.2019-cu il tarixli müqavilə üzrə Soyuducu Hoffmann üçün 700 (yeddi yüz) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə; 28.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********59252 olan “Samsun J2” markalı markalı telefon üçün 105 (bir yüz beş) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 1216 (bir min iki yüz on altı) manat məbləğində pulun və 32,16 (otz iki manat on altı qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 23.07.2019cu il, 06.08.2019-cu il və 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********1275 və **********59252 olan “X1 7” markalı və “Samsun J2” markalı telefon, 2 ədəd Soyuducu Hoffmann almış və nəticədə 1216 (bir min iki yüz on altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 3006 (üç min altı) manat (18 ay x 167 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********1275 olan “X1 7” markalı telefon, Soyuducu Hoffmann üçün ümumilikdə 331 (üç yüz otuz bir) manat olmaqla ondan, 301 (üç yüz bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30 (otuz) manat cərimə; 06.08.2019cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1328 (bir min üç yüz iyirmi səkkiz) manat (11 ay x 120 manat + 0 manat ilkin ödəniş) olan Soyuducu Hoffmann üçün ümumilikdə 770 (yeddi yüz yetmiş) manat olmaqla ondan, 700 (yeddi yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 70 (yetmiş) manat cərimə; 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********59252 olan alğı-satqı qiyməti 217 (iki yüz on yeddi) manat (12 ay x 15 manat + 37 manat ilkin ödəniş) olan “Samsun J2” markalı telefon üçün ümumilikdə 115 (bir yüz on beş) manat olmaqla ondan, 105 (bir yüz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 (on) manat cərimə təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 3437 manat təşkil edir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 23.07.2019-cu il, 06.08.2019-cu il və 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********1275 və **********59252 olan “X1 7” markalı və “Samsun J2” markalı telefon, 2 ədəd Soyuducu Hoffmann almış və nəticədə 1216 (bir min iki yüz on altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 3006 (üç min altı) manat (18 ay x 167 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********1275 olan “X1 7” markalı telefon, Soyuducu Hoffmann üçün ümumilikdə 331 (üç yüz otuz bir) manat olmaqla ondan, 301 (üç yüz bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30 (otuz) manat cərimə; 06.08.2019cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1328 (bir min üç yüz iyirmi səkkiz) manat (11 ay x 120 manat + 0 manat ilkin ödəniş) olan Soyuducu Hoffmann üçün ümumilikdə 770 (yeddi yüz yetmiş) manat olmaqla ondan, 700 (yeddi yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 70 (yetmiş) manat cərimə; 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********59252 olan alğı-satqı qiyməti 217 (iki yüz on yeddi) manat (12 ay x 15 manat + 37 manat ilkin ödəniş) olan “Samsun J2” markalı telefon üçün ümumilikdə 115 (bir yüz on beş) manat olmaqla ondan, 105 (bir yüz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 (on) manat cərimə təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 3437 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi 12 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin 23.07.2019-cu il tarixində bağlanmış müqavilə üzrə ödənilməmiş 301 manat, cərimə 30 manat, 06.08.2019-cu il tarixində bağlanmış müqavilə üzrə ödənilməmiş 700 manat, cərimə 70 manat və 28.09.2019 cu il tarixində bağlanmış müqavilə üzrə ödənilməmiş 105 manat, cərimə 10 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23.07.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı-dən İMEİ kodu **********1275 olan “X1 7” markalı telefon, Soyuducu Hoffmann almışdır. Ərizəyə əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06.08.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı-dən Soyuducu Hoffmann almışdır. Ərizəyə əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28.09.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı-dən İMEİ kodu **********59252 olan “Samsun J2” markalı telefon almışdır. Ərizəyə əlavə olunmuş 24.08.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı «ABC Telecom” MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 23.07.2019-cu il tarixli müqavilə üzrə 301 manat, 06.08.2019-cu il tarixli müqavilə üzrə 700 manat və 28.09.2019-cu il tarixli müqavilə üzrə 105 manat məbləğində ödənilməmiş hissə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 23.07.2019-cu il tarixli müqavilə üzrə 3 manat, 06.08.2019-cu il tarixli müqavilə üzrə 7 manat və 28.09.2019-cu il tarixli müqavilə üzrə 2 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 32,16 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. 23.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********1275 olan “X1 7” markalı telefon, Soyuducu Hofmann üçün 301 (üç yüz bir) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə; 06.08.2019-cu il tarixli müqavilə üzrə Soyuducu Hofmann üçün 700 (yeddi yüz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; 28.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********59252 olan “Samsun J2” markalı telefon üçün 105 (bir yüz beş) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 1118 (bir min yüz on səkkiz) manat məbləğində pul və 32,16 (otuz iki manat on altı qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar