Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2409/2023 04.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, İddiaçı Dəmirbək oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı Dəmirbək oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək iddianın dəqiqləşdirilməsi və dəyişdirilməsi ilə əlaqədar olaraq iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdim olunmuş ərizəni nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi geri qaytarılır. Hazırki mülki işlə əlaqədar iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi mülki prosesussal qanunvericiliklə müəyyən olunmuş qaydada iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər daxil olduğundan, məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Dəmirbək oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(027)-2409/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2409/2023
04.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver