Məhkəmə qərarları › İş №2(027)-2436/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2436/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2436/2021 07.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 10.122 (on min yüz iyirmi iki) manat pulun və 121 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onunla tanışdır. 2018-ci ildə Cavabdeh ona təcili pul lazım olduğunu bildirərək ondan borc pul istəmişdir. Aralarında inam və etibar olduğundan cavabdehlə birlikdə 16 noyabr 2018-ci il tarixdə Quba Regional «Asan xidmət» mərkəzində notariat ofisinə gedərək, 10.122 (on min yüz iyirmi iki) manat məbləğində borc pulu notariusun depozit hesabına qoymuş və notariusun iştirakı ilə həmin pulun Cavabdeh verilməsi barədə kredit müqaviləsi tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh 10.122 manat borc pul məbləğindən 5122 (beş min yüz iyirmi iki) manatını 26 noyabr 2018-ci il tarixində, 1700 (bir min yeddi yüz) manatını 26.01.2019-cu il tarixində, 1700 (bir min yeddi yüz) manatını 26.02.2019-cu il tarixində və qalan 1600 (bir min altı yüz) manatını isə 16.03.2019-cu il tarixində qaytaracağını öhdəsinə götürmüşdür. Bu müqavilə əsasında Cavabdeh ona 10.122 manat məbləğində pulu borclu olması öhdəliyi yaranmış və kredit müqaviləsində qeyd olunan qaydada ödənişlər etməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh həmin pulu notariusun derozit hesabından çıxarmışdır. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16.11.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 10122 manat məbləğində borc pul vermiş, Cavabdeh borcun 5122 manatını 26.11.2018-ci il tarixdə, 1700 manatını 26.01.2019-cu il tarixində, 1700 manatını 26.02.2019-cu il tarixdə, qalan 1600 manatını isə 16.03.2019-cu il tarixdə İddiaçı qaytarmasını öz öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 16.11.2018-ci il tarixli kredit müqaviləsi əsasında İddiaçı Cavabdeh 10122 manat məbləğində borc pul vermiş, Cavabdeh isə borcun 5122 manatını 26.11.2018-ci il tarixdə, 1700 manatını 26.01.2019-cu il tarixində, 1700 manatını 26.02.2019-cu il tarixdə, qalan 1600 manatını isə 16.03.2019-cu il tarixdə İddiaçı qaytarmasını öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh kredit müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticə də, cavabdehin iddiaçıya 10122 manat məbləğində pul öhdəliyi icrasız qalmışdır. Cavabdeh isə iddianın əsassız olması bağlı məhkəmə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdehnın İddiaçı 10122 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 121 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10122 (on min bir yüz iyirmi iki) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Dövlət rüsumunun əvəzi olan 121 (bir yüz iyirmi bir) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar