Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2439/2021 15.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı paltaryuyan üçün 746 (yeddi yüz qırx altı) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat cərimə; 12.11.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92040 iPHONE 11 markalı telefon üçün 1845,94 (min səkkiz yüz qırx beş manat, doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 168,06 (yüz altımış səkkiz manat, altı qəpik) manat cərimə hesablanmışdır. Ümumilikdə 2834 manat borc və 48,34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə 18.09.2019-cu il və 12.11.2019-cu il tarixli müqavilələrə əsasən, LG markalı paltaryuyan, İMEİ kodu **********92040 iPHONE 11 markalı telefon almışdır. Cavabdehin 12.11.2019-cu il tarixli müqaviləsinə əsasən 29.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir. Cavavdeh, İddiaçı ilə 12.11.2019-cu il tarixli müqaviləsinə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli və eyni zamanda 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən nəticədə 2834 (iki min səkkiz yüz otuz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqə-satqı qiyməti 972 manat (18 ay x 54 +0 manat ilkin ödəniş), LG markalı paltaryuyan üçün ümumilikdə, 820 manat olmaqla odna, 746 manat ödənilməmiş hiss, müştəriyə güzəşt olunaraq 74 manat cərimə; 12.11.2019-cu il tarixıi müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1926,24 manat, (23 ay x 80,26 manat+80,26 manat ilkin ödəniş) İMEİ kodu **********92040 İPHONE 11 markalı telefon üçün ümumilikdə, 2014 manat olmaqla ondan, 1845,94 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 168,06 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 306,3 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş sənədlərini hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin sənədlərində olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12.11.2019-cu il tarixli, 01046767 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı iPHONE 11 128 GB markalı markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 150 manat olmaqla, cəmi 2820 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18.09.2019-cu il tarixli, 00922752 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı LGFH2G6WDS5 (gümüşü) markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 54 manat olmaqla, cəmi 972 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materilallarında olan 29.03.2021-ci il tarixli, 01046767 saylı, 12.11.2019-cu il tarixli müqavilə üzrə bağlanmış əlavə sazişdən görünür ki, sözügedən müqavilənin ayrılmaz hissəsi olan ödəmə cədvəli ləğv edilmiş və Cavabdeh yeni ödəniş cədvəli verilmiş, həmin ödəniş cədvəlinə əsasən Cavabdeh aldığı iPHONE 11 128 GB markalı markalı telefona görə 23 ay ödəniş cədvəli üzrə hər ay 80,26 manat olmaqla, cəmi 1926,12 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 21.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18.09.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə ödənilməmiş 746 manat, cərimə borcuna görə 74 manat, 12.11.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə ödənilməmiş 1845,94 manat, cərimə borcuna görə 168,06 manat, cəmi 2834 manat borcu qalmışdır. İş materiallarında olan 22.10.2021-ci il tarixli, mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 48,34 (qırx səkkiz manat otuz dörd qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vasitədən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı paltaryuyan üçün 746 (yeddi yüz qırx altı) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat cərimə; 12.11.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92040 iPHONE 11 markalı telefon üçün 1845,94 (min səkkiz yüz qırx beş manat, doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 168,06 (yüz altımış səkkiz manat, altı qəpik) manat cərimə olmaqla, ümumilikdə 2834 manat borc və 48,34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə tələb əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı paltaryuyan üçün 746 (yeddi yüz qırx altı) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat cərimə; 12.11.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92040 iPHONE 11 markalı telefon üçün 1845,94 (min səkkiz yüz qırx beş manat, doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 168,06 (yüz altımış səkkiz manat, altı qəpik) manat cərimə olmaqla, ümumilikdə 2834 manat borc və 48,34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2439/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2439/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver