Məhkəmə qərarları › İş №2(027)-244/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-244/2021

18.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-244/2021 18.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh Ələm oğluna qarşı Torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Ələm oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ələm oğlunun ona məxsus zəbt etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahəsinin Cavabdeh Ələm oğlunun hesabına boşaldılması, ona məxsus torpaq sahəsinə Cavabdeh Ələm oğlu təəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafə edərək bildirdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsinin qarşısında Bakı-Quba yolunun kənarında Cavabdeh Ələm oğlu ikimərtəbəli tikili tikmişdir. Son il yarımdır ki, Cavabdeh Ələm oğlu həmin tikilinin arxa hissəsini ona məxsus torpaq sahəsini zəbt edərək, orada tikinti işləri aparır, onun torpaq sahəsini zəbt edərək orada hasar çəkir, və başqa tikinti işləri aparır. O, Cavabdeh Ələm oğluna dəfələrlə torpaq sahəsindən çıxmağı, tikinti işlərinin dayandırmağı bildirsə də, cavabdeh buna əməl etməmişdir. Bundan sonra cavabdehə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək ona məxsus 0,08 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmasını xahiş etmişdi. Lakin imkansızlıqdan özünə məxsus zəbt edilməmiş torpaq sahəsinin bir hissəsini satıb. Yerdə qalan 0,0209 ha torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış alıb. Hazırda ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Ələm oğluna qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh Ələm oğlunun ona məxsus zəbt etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahəsinin Cavabdeh Ələm oğlunun hesabına boşaldılması, ona məxsus torpaq sahəsinə Cavabdeh Ələm oğlu təəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsini müdafiə edərək, verilmiş iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh Ələm oğluna qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh Ələm oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili X2 dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Quba rayonu Alekseyevka kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsi İddiaçıun mülkiyyətinə verilmiş, lakin işdə olan şənədlərdən və fotoşəkillərdən görünür ki, həmin torpaq sahəsi Cavabdeh Ələm oğlu tərəfindən zəbt edilmiş və içində tikinti işləri aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh Ələm oğlunun İddiaçı məxsus zəbt etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi Cavabdeh Ələm oğlunun hesabına boşaldılmalı, İddiaçı məxsus torpaq sahəsinə Cavabdeh Ələm oğlu təəfindən yaradılmış maneələr aradan qaldırılmalı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Ələm oğlu İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsindən çıxarılsın.Həmin torpaq sahəsi Cavabdeh Ələm oğlunun hesabına boşaldılsın. İddiaçı məxsus torpaq sahəsinə Cavabdeh Ələm oğlu təəfindən yaradılmış maneələr aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar