Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-244/2023 18.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 51 baş inəyin dəyəri olan 61200 manat məbləğində pulun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı vəkili Vəkil iddia tələbini dəyişərək, Cavabdeh İddiaçı aldığı 65 baş iri buynuzlu heyvanın ödənilməyən dəyəri üçün 24200 manat məbləğində pulun, həmin məbləğin ödənilməsini gecikdirməsinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsini tətbiq etməklə xx.xx.2015-ci il tarixdən ötən 7 il ərzində 12874 manat məbləğində hesablanmış faizlərin, məhkəməyə ödənilmiş 201,22 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci İİ tarixli, 1(101)-556/2017 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. Cavabdeh törətdiyi cinayət əməlinin əsasını İddiaçı məxsus əmlakı dələduzluq yolu ilə ələ keçirməsi və həmin əmlakı mənimsəməsi təşkil etmişdir. İddiaçı Cavabdeh ilə özünə məxsus 65 baş iri buynuzlu heyvanın nisyə alqı-satqısına dair razılığa gəlmişlər. Razılığa əsasən İddiaçı özünə məxsus 65 baş iri buynuzlu heyvanı 26000 manata Cavabdeh vermişdir. Alınmış 65 baş iri buynuzlu heyvanın dəyəri olan 26000 manat pulun ödənilməsinə dair tərəflər razılığa gəlmişlər ki, iddiaçıya 1800 manat pul nəğd qaydada ödəniləcək, bir hissəsinin əvəzinə xırda buynuzlu heyvanla əvəzlənəcək, qalan borcun digər hissəsinin dəyəri isə həmin günə tam olaraq ödəniləcəkdir. xx.xx.2015-ci İİ tarixdə tərəflər arasında əldə olunmuş razılığa əsasən Cavabdeh xx.xx.2015-ci il tarixdə Siyəzən rayonunun Beşdam kəndində ilkin olaraq iddiaçıya 1800 manat pul verməklə 65 baş inəyi təhvil almışdır. Cavabdeh inəklərin dəyərini ödəmək üçün xx.xx.2015-ci il tarixdə qoyun verəcəyini öhdəsinə götürmüşdür. Borclu qaldığı halda isə borcunun digər hissəsini həmin gün nağd şəkildə verəcəyini bildirmişdir. Cavabdeh İddiaçı aldığı iri buynuzlu malların dəyərinin qalan hissəsini müxtəlif bəhanələrlə ödəməmişdir. İddiaçı müxtəlif vaxtlarda zəng edib pulu nə zaman ödəyəcəyini soruşduqda o, pulu qısa zaman ərzində ödəyəcəyini söz vermişdir. İddiaçı sonradan bilmişdir ki, Cavabdeh onun, o cümlədən digər şəxslərin etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə başqa şəxslərdən inək və qoyunlar almış və dəyərini ödəməmişdir. Ona məlum olmuşdur ki, Cavabdeh həmin 65 baş iribuynuzlu heyvanın 7-sini Zabrat bazarında hər birini 650 manata satmış və əldə etdiyi pulu mənimsəmişdir. O, özünə məxsus 3 dananı sürüyə əlavə etməklə, qalan 61 baş iribuynuzlu heyvanı X1. İddiaçı satdığı heyvanların pulunu ala bilmədiyindən Cavabdeh tərəfindən ona qarşı törədilmiş əməl barəsində xx.xx.2016-cı il tarixdə ərizə ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Cavabdeh barəsində İddiaçı məxsus heyvanları dələduzluq yolu ilə ələ keçirməsi faktına görə Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanmış, xx.xx.2017-ci il tarixdə axtarışda olan Cavabdeh tutulmuşdur. İstintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb olunmuş Cavabdeh törətdiyi cinayət əməlinə görə özünü təqsirli bilmişdir. Cavabdeh istintaqda və məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, 22 oktyabr 2015-ci il tarixdə İddiaçı ilə 65 baş iri buynuzlu heyvanın nisyə alqı-satqısına dair razılığa gəlmişdir. İddiaçı ilə 65 baş iri buynuzlu heyvanı 26.000 manata almağa razılaşmışdır. Alınmış malların dəyərinin ilkin olaraq 1800 manat məbləğində hissəsini nəğd qaydada ödəmiş, 27 oktyabr 2015-ci il tarixinədək ödənilməyən məbləğin bir hissəsini xırda buynuzlu heyvanla əvəzləşdirməklə ödəyəcəyini, qalan borcu isə həmin tarixədək nəğd qaydada tam olaraq ödəyəcəyini öhdəsinə götürmüşdür. 24 oktyabr 2015-ci il tarixdə Cavabdeh 65 baş inəyi təhvil almış və Zabrat bazarına gətirmişdir. O, ilkin olaraq inəklərdən 7-sini ayrı-ayrılıqda hər birini 650 manata sataraq, pulunu öz ehtiyacları üçün xərcləmiş, özünə məxsus iri buynuzlu heyvanlardan sürüyə qatmış, 61 baş heyvanı cavabdeh X3 19.400 manata satmışdır. Cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilən X4 öz ifadəsində bildirmişdir ki, 2015-ci ilin oktyabrın axırlarında Zabrat bazarında Cavabdeh satdığı İddiaçı məxsus olan 61 baş iri buynuzlu heyvanı almaq istəmiş, lakin qiymətdə razılıq əldə olunmadığı üçün ala bilməmişdir. Ertəsi gün cavabdeh Əliyev X2 Əzim Qurban oğlu ilə görüşmüş və onlar 61 baş iri buynuzlu heyvanın alqı-satqısına dair şifahi olaraq razılığa gəlmişlər. Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 5(012)-17/2016 saylı qərarı ilə Abşeron rayon, Qonçubulaq ərazisində yerləşən fermada - qış otlaq sahəsində saxlanan Cavabdeh Ə.Niftəliyevə satdığı İddiaçı məxsus 61 baş iribuynuzlu heyvanın 10 baş inək və 1 baş buzov aşkar edilərək üzərinə həbs qoyulmuş, qalan 51 baş iri buynuzlu heyvan Ə.Niftəliyev tərəfindən gizlədilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-556/2017 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay 22 gün müddətinə azadlıqdan məhrum edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 5(012)-17/2016 saylı qərarı ilə İddiaçı məxsus olan üzərinə həbs qoyulmuş 10 baş inək və 1 baş buzov iddiaçıya qaytarılmışdır. Qalan borc məbləği nə pul, nə də natura formasında ödənilməmişdir. Tərəflər arasında 22 oktyabr 2015-ci il tarixdə əldə edilmiş razılığa əsasən 65 baş iri buynuzlu heyvana ümumilikdə 26000 manat borc məbləği müəyyən olunmuşdur. Cavabdeh tərəfindən ilkin olaraq 1800 manat İddiaçı ödənilmiş, qalan 24200 manat isə hələ də ödənilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)- 556/2017 saylı hökmü ilə İddiaçı məxsus 65 baş heyvandan 10-u və həmin inəklərdən birinin doğduğu 1 ədəd buzov ona qaytarılmış, 55 baş iribuynuzlu heyvanın dəyəri 24200 manat məbləğində pul iddiaçıya qaytarılmamışdır. Qalan 24200 manat borc məbləği üçün uçot faiz dərəcəsi olan Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixdə qəbul etdiyi 7.75% hesablanmaqla, 1875,5 manat, tərəflər arasında əldə edilmiş xx.xx.2015-ci il tarixli razılaşmadan bu yana 7 il ərzində ümumilikdə 12874 manat faiz hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci İİ tarixli, 1(101)-556/2017 saylı hökmündən görünür ki, ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. Hökmdən görünür ki, Cavabdeh İddiaçı məxsus 65 baş iri buynuzlu heyvanı dələduzluq yolu ilə ələ keçirmiş və sonuncuya 26000 manat məbləğində ziyan vurmuşdur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 201,22 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə özünə məxsus 65 baş iri buynuzlu heyvanın nisyə alqı-satqısına dair razılığa gəlmişlər. Razılığa əsasən İddiaçı özünə məxsus 65 baş iri buynuzlu heyvanı 26000 manata Cavabdeh vermişdir. Alınmış 65 baş iri buynuzlu heyvanın dəyəri olan 26000 manat pulun ödənilməsinə dair tərəflər razılığa gəlmişlər ki, iddiaçıya 1800 manat pul nəğd qaydada ödəniləcək, bir hissəsinin əvəzinə xırda buynuzlu heyvanla əvəzlənəcək, qalan borcun digər hissəsinin dəyəri isə həmin günə tam olaraq ödəniləcəkdir. xx.xx.2015-ci İİ tarixdə tərəflər arasında əldə olunmuş razılığa əsasən Cavabdeh xx.xx.2015-ci il tarixdə Siyəzən rayonunun Beşdam kəndində ilkin olaraq iddiaçıya 1800 manat pul verməklə 65 baş inəyi təhvil almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi X6 qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 65 baş iri buynuzlu heyvanın dəyərinin ödənilməyən hissəsi 24200 manat, həmin məbləğin ödənilməsini gecikdirməsinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsini tətbiq etməklə xx.xx.2015-ci il tarixdən ötən 7 il ərzində hesablanmış 12874 manat faiz məbləği alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 201,22 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulması; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 65 baş iri buynuzlu heyvanın dəyərinin ödənilməyən hissəsi 24200 manat, həmin məbləğin ödənilməsini gecikdirməsinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsini tətbiq etməklə xx.xx.2015-ci il tarixdən ötən 7 il ərzində hesablanmış 12874 manat faiz məbləği alınaraq İddiaçı verilsin. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 201,22 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-244/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-244/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver