Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2445/2022 10.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsi hakimi Məmmədov İlqar Aslan oğlu iddiaçı Quba Regional X2nin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Quba Regional X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 173.18 manat ziyanın X1 adı: Quba Regional X2, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyə kodu: 3 hesaba ödənilməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Quba Regional X2 ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixində Mərkəzin Alpan meşəbəyliyinin 1 saylı dolayısının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan 8 ədəd müxtəlif cins və diametrli yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 173.18 manat ziyan vurmuşdur. İddiaçı Quba Regional X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 173.18 manat ziyanın Mərkəzin hesabına ödənilməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Quba Regional X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Həcm-Qiymət cədvəlindən görünür ki, Cavabdeh tərəfindən Meşə Fonduna 173.18 manat ziyan vurulmuşdur. Quba Regional X2tərəfindən ağacların kimin tərəfindən kəsildiyini müəyyənləşdirərək, cərimənin ödətdirilməsində köməklik göstərilməsi barədə xx.xx.2020-ci il tarixli 396 saylı Quba RPŞ-nə müraciət olunmuşdu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən isə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Cavabdeh irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425 və 427-ci maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, q ə t e t d i: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh Meşə Fonduna vurulmuş ziyana görə 173 (yüz yetmiş üç) manat 18 qəpik məbləğində pul vəsaiti tutulub Quba Regional X2nin "xxxx" ASC-də olan hesabına AZ69CTRE********************, VÖEN : **********, Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyə kodu : 3 hesaba ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2445/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2445/2022
10.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver