Məhkəmə qərarları › İş №2(027)-247/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-247/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-247/2020 11.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nın Cavabdeh oğluna qarşı “borcun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan «xxxx» ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2013-cü il tarixli 77/1nömrəli Kredit müqaviləsi üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 60000 manat əsas, 36207,95 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 4691,47 manat müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan və 3340,33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla cəmi 104.239,75 manat məbləğində kredit borcunun və xx xxxxxx 2013-cü il tarixli 77 nömrəli müqaviləsi üzrə 20000 ABŞ dolları əsas borc, 1563,97 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 12069,36 ABŞ dolları müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə, 1114,78 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla cəmi 34.748,11 ABŞ Dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tanxli, 2-1(81)-3619/2016 saylı qərarı ilə «xxxx» ASC ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu «xxxx» ASC-yə ləğvedici təyin edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 77/1 nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə xx xxxxxx 2018-ci il tarixinədək illik 10 % dərəcəsi ilə 60000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3, 6.2-ci bəndlərinə və kredit müqaviləsinə əlavə olunmuş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən borc alan Cavabdeh kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay sabit olaraq 1274,82 manat məbləğində ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Eyni zamanda Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli 77 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə xx xxxxxx 2018-ci il tarixinədək illik 10 % dərəcəsi ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu səbəbdən də cavadeh Cavabdeh xx xxxxxx 2013-cü il tarixli 1 nömrəli Kredit müqaviləsi üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 63 000 manat əsas borcu, 36.207,95 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 4691,47 manat müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış, tələb olunan cərimə və 3340,33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla cəmi 104 239, 75 manat məbləğində kredit borcu, xx xxxxxx 2013-cü il tarixli 77 nömrəli kredit müqaviləsi üzrə isə 20000 ABŞ dolları əsas borcu, 1563,97 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 12069,36 ABŞ dolları müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə və 1114,78 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla cəmi 34 748,11 ABŞ dolları məbləğində kredit borcu vardır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Ləğv prosesində olan «xxxx» ASC ilə borclu Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 77 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik 10% olmaqla 60 ay müddətinə 20.000 ABŞ dolları və xx.xx.2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 10%, 60 ay müddətinə 60.000 manat məbləğində kredit ayrılmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında xx xxxxxx 2013-cü il tarixli 77/1nömrəli Kredit müqaviləsi üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 60000 manat əsas, 36207,95 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 4691,47 manat müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan və 3340,33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla cəmi 104.239,75 manat məbləğində kredit borcunun və xx xxxxxx 2013-cü il tarixli 77 nömrəli müqaviləsi üzrə 20000 ABŞ dolları əsas borc, 1563,97 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 12069,36 ABŞ dolları müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə, 1114,78 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla cəmi 34.748,11 ABŞ Dolları məbləğində borcu yaranmışdır. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-xətşunaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 4/182 saylı ekspert rəyindən görünür ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 77 saylı və xx.xx.2013-cü il tarixli, 77/1 saylı kredit müqavilələrində “borcalan” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 4/182 saylı ekspert rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh xx.xx.2019-cu il tarixə əsas borc üzrə 60.000 manat və faiz borcu üzrə 32.375 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.3 və 449.4-cü maddələrinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. xx.xx.2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 60.000 manat və faiz borcu üzrə 32.375 manat məbləğində borcunun olması Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 4/182 saylı rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və ekspertiza rəyini əsas götürərək, hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərnə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən, məhkəmə mühasibatlıq ekspertizasının rəyindəndə göründüyü kimi tədqiqat hissəsində göstərilən xx xxxxxx 2013-cü il tarixli 77/1 nömrəli Kredit müqaviləsi üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə 60000 manat əsas, 32.375 manat faiz və xx xxxxxx 2013-cü il tarixli 77 nömrəli müqaviləsi üzrə 20000 ABŞ dolları əsas borc, 1563,97 ABŞ dolları cavabdehdən iddiaçının xeyrinə tutulmalı iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni xx.xx.2013-cü il tarixli, 77/1 saylı kredit müqavilə 10 manat və xx.xx.2013-cü il tarixli, 77 saylı kredit müqavilə 20 ABŞ dolları məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə İddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin Cavabdeh oğlundan xx xxxxxx 2013-cü il tarixli 77/1nömrəli Kredit müqaviləsi üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3340,33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği və həmin tarixli 77 nömrəli müqaviləsi üzrə 1114,78 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği tələbi hissəsində qeyd edir ki, faktiki vəziyyətdə ləğv prosesində olan və bank fəaliyyəti ilə məşğul olmayan bankın hansı əsasla cavabdehdən qeyd edilən məbləğlərin tələb edilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməyib. Ona görə də, qeyd edilən hissədə iddia təmin edilə bilməz. Həmçinin, məhkəmə iş üzə keçirilmiş Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 manat və Məhkəmə-xətşunaslıq ekspertizasının dəyəri olan 127 manat olmaqla ümumilikdə cəmi 277 manat məbləğində pulun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPMin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2013-cü il tarixli 77/1 nömrəli Kredit müqaviləsi üzrə 60000 manat əsas borc, 32.375 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla ümumilikdə 92.385 manat, xx xxxxxx 2013-cü il tarixli 77 nömrəli müqavilə üzrə 20000 ABŞ dolları əsas borc, 1563,97 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə olmaqla ümumilikdə 21.583,97 ABŞ dolları məbləğində ödənilməmiş borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul ləğv prosesində olan «xxxx» ASC-nın xeyrinə tutulsun. İş üzə keçirilmiş Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 manat və Məhkəmə-xətşunaslıq ekspertizasının dəyəri olan 127 manat olmaqla ümumilikdə cəmi 277 manat məbləğində pulun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar