Məhkəmə qərarları › İş №2(027)-2472/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2472/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2472/2021 14.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsi hakimi Məmmədov İlqar Aslan oğlu iddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********33242 olan “X6 9S” markalı telefon üçün 330 (üç yüz otuz) manat 40 qəpik ödənilməmiş hissə, 33 (otuz üç) manat 70 qəpik cərimə; 12.08.2020-ci il tarixli müqavilə üzrə “Canon Pixma” markalı printer və kabel usb üçün 423 (dörd yüz iyirmi üç) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə; 25.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********76384 olan “X6 7” markalı telefon üçün 142 (bir yüz qırx iki) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə; 24.1.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********34823 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 235 (iki yüz otuz beş) manat 90 qəpik ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə; ümumilikdə 1244 ( bir min iki yüz qırx dörd ) manat borc, 32 (otuz iki) manat 44 qəpik ödənilmiş dövlət rüsumu, cavabdeh X1 alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "ABC TELECOM” MMC ilə 11.09.2020, 12.08.2020, 25.08.2019 və 24.01.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodları **********33242 olan X6 9S, **********76384 olan X6 7 və **********34823 olan Samsung Galaxy A30s markalı telefonlar, Canon Pixma markalı printer və printer üçün kabel usb almış və nəticədə 1244 (min iki yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 718.2 (yeddi yüz on səkkiz manat, iyirmi qəpik) manat (18 ay x 39.9 manat + Omanat ilkin ödəniş) İMEİ Kodu **********33242 olan X6 9S markalı telefon üçün ümumilikdə, 364.1 (üç yüz altmış dörd manat, on qəpik) manat olmaqla ondan, 330.4 (iiç yüz otuz manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.7 (otuz üç manat, yetmiş qəpik) manat cərimə miqdarında borc, 12.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 507.6 (beş yüz yeddi manat, altmış qəpik) manat (12 ay x 42.3 manat + 0 manat ilkin ödəniş) Canon Pixma markalı printer və kabel usb üçün ümumilikdə. 465 (dörd yüz altmış beş) manat olmaqla ondan, 423 (dördyüz iyirmi üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42 (qırx iki) manat cərimə miqdarında borc, 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 804 (səkkiz yüz dörd) manat (15 ay x 48 manat + 84 manat ilkin ödəniş) İMEİ Kodu **********76384 olan X6 7 markalı telefon üçün ümumilikdə, 156 (yüz əlli altı) manat olmaqla ondan, 142 (yüz qırx iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə miqdarında borc, 24.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 662.4 (altı yüz altmış iki manat, qırx qəpik) manat (12 ay x 55.2 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********34823 olan Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə, 258.9 (iki yüz əlli səkkiz manat, doxsan qəpik) manat olmaqla ondan, 235.9 (iki yüz otuz beş manat, doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23 (iyirmi üç) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1560.9 manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış 11.09.2020, 12.08.2020, 25.08.2019 və 24.01.2020-ci il tarixli müqavilələrinə əsasən, X4 İMEİ Kodları **********33242 olan X6 9S, **********76384 olan X6 7 və **********34823 olan Samsung Galaxy A30s markalı telefonlar, Canon Pixma markalı printer və printer üçün kabel usb almış və nəticədə 1244 (min iki yüz qırx dörd) manat borc yaranmışdır. Maliyyə arayışından görünür ki, X2 11.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********33242 olan “X6 9S” markalı telefon üçün 330 (üç yüz otuz) manat 40 qəpik ödənilməmiş hissə, 33 (otuz üç) manat 70 qəpik cərimə; 12.08.2020-ci il tarixli müqavilə üzrə “Canon Pixma” markalı printer və kabel usb üçün 423 (dörd yüz iyirmi üç) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə; 25.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********76384 olan “X6 7” markalı telefon üçün 142 (bir yüz qırx iki) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə; 24.1.2020ci il tarixli müqavilə üzrə İMEİ kodu **********34823 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 235 (iki yüz otuz beş) manat 90 qəpik ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə; ümumilikdə 1244 ( bir min iki yüz qırx dörd ) manat məbləğində borcu yaranmışdır; İşdə olan 23.09.2021-ci il tarixli xəbərdarlığdan görünür ki, X4 banka olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; 23.10.2021-ci il və 29.09.2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 32 (otuz iki) manat 44 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya 1244 ( bir min iki yüz qırx dörd ) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 32 (otuz iki) manat 44 qəpik manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Kiçik mübahisələrə dair iddia ərizəsi qismən təmin olunsun. X1 11.09.2020-ci il tarixli müqavilə üzrə üçün 330 (üç yüz otuz) manat 40 qəpik ödənilməmiş hissə, 03 (üç) manat cərimə; 12.08.2020-ci il tarixli müqavilə üzrə 423 (dörd yüz iyirmi üç) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə; 25.08.2019-cu il tarixli müqavilə 142 (bir yüz qırx iki) manat ödənilməmiş hissə, 01 (bir) manat cərimə; 24.1.2020-ci il tarixli müqavilə üzrə 235 (iki yüz otuz beş) manat 90 qəpik ödənilməmiş hissə, 02 (iki) manat cərimə və dövlət rüsumu üçün ödənilmiş 32 (otuz iki) manat 44 qəpik məbləğdə pul vəsaiti tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar