Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2481/2021 13.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı Fenix Trade MMC və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 və Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “ziyan və pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh1 və Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı ziyan və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 təhkim olunmuş X8 markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 500 manat pulun və hüquqi yardıma görə ödənilmiş 200 manat cavabdehlər Cavabdeh1 və Dövlət Kommersiya Sığorta Şirkətindən, Cavabdeh1 törətdiyi inzibati xətalara görə onun əvəzinə ödənilmiş cərimə pulları olan 166,4 manat məbləğində pulun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində rüsumun 30 manat məbləğini Cavabdeh1 alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 18 iyun 2020-ci il tarixdə İddiaçı-nə sürücü kimi işə qəbul edilmiş, onunla 18 iyun 2020-ci il tarixli əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərdən biri digərinə əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi, habelə mənəvi məsuliyyət daşıyır. Sonradan Cavabdeh1 əmək müqaviləsinin şərtlərini yerinə yetirməmiş, avtomobillə qəza törətmiş, avtomobilə cavabdeh olduğu halda dəymiş ziyanın ödəməmiş, avtomobili təmir etməmiş, avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə İddiaçı Cavabdeh1 törətdiyi inzibati xətalara görə cərimə ödəmək məcburiyyətində qalmışdır. Ona görə də, 01aprel 2021-ci il tarixdə cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 15 yanvar 2021-ci il tarixdə Cavabdeh1 ona etibar olunan şirkətə məxsus olan **-JZ-*** nömrəli Mersedes Benz tipli nəqliyyat vasitəsini axşam təhvil-təslim edərkən maşında zədələr aşkar edilmişdir. Şirkətə məxsus avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi üçün qiymətləndiriciyə aparılmış, 21 aprel 2021-ci il tarixli aktla avtomobilə dəymiş ziyan 500 manat məbləğində qiymətləndirilmişdir. Bundan başqa Cavabdeh1 təhvil verilmiş **-JZ-*** nömrəli Mersedes Benz tipli nəqliyyat vasitəsini idarə edərkən EQ ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən İddiaçı cavabdehin əvəzinə 20 manat məbləğində cərimə ödəmişdir. Bundan əlavə Cavabdeh1 təhvil verilmiş **-JZ-*** nömrəli Mersedes Benz tipli nəqliyyat vasitəsini idarə edərkən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən İddiaçı cavabdehin əvəzinə 86,4 manat məbləğində cərimə ödəmişdir. Bundan əlavə Cavabdeh1 təhvil verilmiş **-JZ-*** nömrəli Mersedes Benz tipli nəqliyyat vasitəsini idarə edərkən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən İddiaçı cavabdehin əvəzinə 60 manat məbləğində cərimə ödəmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X7 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh1 və X4 şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə əsasında nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 30 oktyabr 2021-ci il tarixli, 142346 nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC ilkin mediasiya sessiyası ilə bağlı 50 manat məbləğində rüsumu mediator X2 hesabına ödəmişdir. İş materiallarına əlavə olunmuş 12 aprel 2021-ci il tarixli Asan ödəniş sistemi mədaxil qəbzindən görünür ki Cavabdeh1 barəsində tərtib edilmiş İXP3733585 nömrəli protokola əsasən 86,4 manat məbləğində cərimə borcunu "xxxx" MMC ödəmişdir. İş materiallarına əlavə edilmiş 12 aprel 2021-ci il tarixli Asan ödəniş sistemi mədaxil qəbzindən görünür ki Cavabdeh1 barəsində tərtib edilmiş İXP3840716 nömrəli protokola əsasən 60 manat məbləğində cərimə borcunu "xxxx" MMC ödəmişdir. İş materiallarına əlavə edilmiş 12 aprel 2021-ci il tarixli Asan ödəniş sistemi mədaxil qəbzindən görünür ki Cavabdeh1 barəsində tərtib edilmiş EQ ******* nömrəli protokola əsasən 20 manat məbləğində cərimə borcunu "xxxx" MMC ödəmişdir. İş materiallarına əlavə edilmiş 30 oktyabr 2021-ci il tarixli, 2***-******* nömrəli X1 X5 arayışdan görünür ki, Cavabdeh1 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 7 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmış, "xxxx" MMC-nin nümayəndəsi X7 X1 iştirak etmiş, və X1 keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş 25 may 2021-ci il tarixli, 233 nömrəli hüquqi yardım haqqında müqavilədən görünür ki, "xxxx" MMC hüquqi yardım göstərilməsi ilə bağlı Quba ASAN Vəkil Bürosunun hesabına 200 manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC və Cavabdeh1 arasında 18 iyun 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə (kontrakt) əsasən Cavabdeh1 sürücü vəsifəsinə təyin edilmiş, işlədiyi hər ay 570 manat məbləğində əmək haqqı almışdır. İş materiallarına əlavə edilmiş 01 aprel 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işə götürən "xxxx" MMC 01 aprel 2021-ci il tarixdə işçi Cavabdeh1 əmək müqaviləsinə xitam vermişdir. İş materiallarına əlavə olunmuş 21 aprel 2021-ci il tarixli Aktdan görünür ki, "xxxx" MMC-yə məxsus X9 yük markalı ** JZ *** dövlət nömrə nişanlı avtomobilin göstərilən ehtiyat hissələrinə və təmir işlərinə ehtiyacı olduğu və həmin təmir işlərinin 500 manat məbləğində təşkil etdiyi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 15 yanvar 2021-ci il tarixli 07/26 nömrəli Aktdan görünür ki, "xxxx" şirkətində sürücü vəzifəsində çalışan Cavabdeh1, ona etibar edilən şirkətə məxsus olan 99JZ462 nömrəli Mercedes Benz tipli nəqliyyat vasitəsini axşam təhvil-təslim edərkən maşında zədələr aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 12.01.2021-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 12.01.2021-ci il tarixdə saat 12:30 radələrində idarə etdiyi X10 yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törədərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 19.02.2021-ci il tarixli EQ ******* nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Cavabdeh1 19 fevral 2021-ci il tarixdə saat 11:09 radələrində Binəqədi şossesi Xırdalan dairəsində idarə etdiyi X11 yük markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 15.03.2021-ci il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 idarə etdiyi X11 yük markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 18.01.2021-ci il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 idarə etdiyi X11 yük markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının Dövlət Sığorta Kommersiya Şirkətinə və "xxxx" MMC-nə ünvanlanmış 12 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim olunmuş məlumatlara əsasən müəyyən olunmuşdur ki, həmin sığortaçıda sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “Opel Astra” markalı, 44-VBV-674 dövlət qeydiyyat nişanlı avtomobilin, həmçinin “Mersedes Benz” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı və “X11” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə 12.01.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə üzrə tərtib olunmuş sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda yalnız “Opel Astra” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri və mlüki məsuliyyətinin yaranması faktı əks olunmuş, zərər dəymiş əmlak olaraq “Mercedes Benz” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil göstərilmişdir. Sığortaçı tərəfindən “Mercedes –Benz Sprinter” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün də inzibati məsuliyyətə cəlb edildyi əsas gətirilməklə “Mercedes Benz” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə hesablanmış sığorta ödənişinin 50%-nin zərərçəkmiş şəxsə ödənildii və qeyd olunan arayışda zərərdəymiş əmlak olaraq “Mercedes –Benz Sprinter” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair məlumatlar göstərilmədiyindən sığorta ödənişinin verilməsindən imtina olunduğu bildirilmişdir. Lakin həin arayışda “Mercedes –Benz Sprinter” markalı **- JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsünün “Mercedes Benz” markalı, **-LV- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə təqsirinin olduğu təsdiqini tapmamışdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Cavabdeh1 18 iyun 2020-ci il tarixdə İddiaçı-nə sürücü kimi işə qəbul edilmiş, onunla 18 iyun 2020-ci il tarixli əmək müqaviləsi bağlanılmış, həmin əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərdən biri digərinə əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi, habelə mənəvi məsuliyyət daşıdığı qeyd edilmiş, Cavabdeh1 əmək müqaviləsinin şərtlərini yerinə yetirməmiş, ona təhkim olunmuş avtomobillə 12 yavnar 2021-ci il tarixində qəza törətmiş, Cavabdeh1 ona etibar olunan şirkətə məxsus olan **-JZ-*** nömrəli Mersedes Benz tipli nəqliyyat vasitəsini idarə edərkən törətdiyi inzibati xətaya görə baş vermiş qəza nəticəsində avtomobilə dəymiş ziyan 500 manat məbləğində qiymətləndirilmiş, avtomobilə cavabdeh olduğu halda dəymiş ziyanın ödəməmiş, avtomobili təmir etməmiş, bundan əlavə avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, EQ ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədiyi üçün 20 manat məbləğində, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi üçün 60 manat məbləğində, İXP ******* nömrəli İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi üçün 86,4 manat məbləğində cərimə edilmiş, həmin cərimələr İddiaçı tərəfindən ödənilmiş, ona görə də 01 aprel 2021-ci il tarixdə cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə məhkəmə tərəfindən hazırkı iddianın Dövlət Sığorta Kommersiya Şirkətinə aid hissədə heç bir əsasının olmamasını müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı halları müəyyən etmişdir. Sadalanan normaların məzmunundan göründüyü ki, işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, işçinin əməli qanuna zidd olmalı, habelə işçinin qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları; ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1- ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan hesab edirəm ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsəsən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüquq pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3 maddəsinə əsasən əgər hüququ pozulmuş şəxs digər zərərlə yanaşı, əldən çıxmış faydanın da həmin gəlirlərdən az olmayan miqdarda ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1) Zərər vurulmalıdır. 2) Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3) Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, X8 markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 500 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat, inzibati xətalara görə ödənilmiş cərimə pulları olan 166,4 manat pulun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat rüsumun 30 manatı, cəmi 896,4 manat məbləğində pul Cavabdeh1 alınaraq "xxxx" MMC-nə ödənilməli, və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində rüsumun 20 manatı iddiaçıya aid edilməli, iddia tələbi Dövlət Sığorta Kommersiya Şirkətinə aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X8 markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 500 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat, inzibati xətalara görə ödənilmiş cərimə pulları olan 166,4 manat pulun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat rüsumun 30 manatı, cəmi 896,4 manat məbləğində pul Cavabdeh1 alınaraq "xxxx" MMC-nə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində rüsumun 20 manatı iddiaçı "xxxx" MMC-nə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2481/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2481/2021
13.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver