Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2481/2022 10.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində **-BA-*** dövlət qeydiyyat nişanlı, “QAZ” 31029 minik markalı avtomobilə dəymiş ziyan olaraq 560 manat nəbləğində pulun, həmin ziyan aktının alınması ilə bağlı ödənilmiş 20 manat məbləğində manat pulun, 50 manat hüquqi yardım xərcinin, 30 manat məbləğində dövlət rüsumu kimi məhkəməyə ödənilmiş pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən iddia ərizəsində göstərdiyi digər borcların ona ödənildiyini bildirmiş, Cavabdeh tərəfindən 470 manat əsas borca görə və dövlət rüsumuna görə 30 manat məbləğində pul olmaqla cəmi 500 manat pulun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onunla əsaslandırmışdır ki, **- BA-*** dövlət qeydiyyat nişanlı, QAZ 31029 minik markalı, buraxılış ili 1993-cü il tarixli olan nəqliyyat vasitəsi X1 mülkiyyətində olsa da, 7E-9622 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamə ilə onun qanuni sahibliyində olmuş, hal hazırda da 7E-14409 reyestr nömrəli, 01,09.2022-ci il tarixli etibarnamə ilə onun qanuni sahibliyindədir. Qeyd edilən avtomobil 7E-9622 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamə ilə onun qanuni sahibliyində olduğu müddətdə xx.xx.2022-ci il tarixdə, saat 18:36 radələrində Quba şəhəri, Heydər Əliyev prospekti ünvanında Quba rayonu Aşağı-Xuc kəndində yaşayan Cavabdeh idarə etdiyi “VAZ 21063” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. ‘Yol-nəqliyyat "hadisəsinin baş verməsinə səbəb Cavabdeh manevr qaydalarını pozması olmuş və bununla bağlı Quba rayon Polis Şöbəsinin YPX əməkdaşları tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan nzibati xətanı törətməkdə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi baş verərkən mən də avtomobildə olmaqla **-BA-*** dövlət qeydiyyat nişanlı, QAZ 31029 minik markalı avtomobili X2 idarə etmiş və hər iki sürücü hadisədən sonra Quba rayon Polis Şöbəsində izahat verərkən avtomobillərin toqquşmasını özləri də izahatlarında təsdiq etmişlər. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, Qaz-31029 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın məbləği 560 manatdır. Avtomobilə vurulmuş ziyanın ödənilməsi Cavabdeh cğlundan tələb edilsə də, ziyanı ödəməkdən imtina etmiş və bununla bağlı sığortaya müraciət etməli olduğumu bildirmişdir. Halbuki Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya “Şirkəti” tərəfindən göndərilmiş bildirişlə sığorta ödənişinin ödənilməsindən imtina edilərək Cavabdeh tərəfindən idarə edilən “VAZ 21063” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyəti sığortalanmadığında sığorta ödənişinin həyata keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Yenidən avtomobilə vurulmuş zərərin ödənilməsi cavabdehdən tələb edilsə də, cavabdeh həmin ziyanı ödəməkdən imtina edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, əlavə olaraq da ziyana düşmüşdür. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan X4 Haqqında TP ******* nömrəli xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəatnı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, «QAZ- 31029» minik markalı, «**-BA-***» dövlət qeydiyyat nişanlı, buraxılış ili 1993-cü il olan avtomaşına baxış keçirilərkən həmin avtomaşına toqquşma nəticəsində 560 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan Dövlət Sığorta Kommersiya Şirkətinin 06 sentyabr 2022-ci il tarixli, 08/01-332 №li bildirişdən görünür ki, hadisə anında “VAZ 21063 minik” markalı, ** BH *** dövlət qeydiyyat niçanlı nəqliyyat vasitəsinin mülki məsuliyyəti şirkət tərəfindən icbari qaydada sığortalanmamışdır. Odur ki, sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9848 saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, həmin sübutlarla 25 iyun 2022-ci il tarixdə İddiaçı məxsus, «QAZ 31029» minik markalı, «**-BA- ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba şəhəri, H.Əliyev prospekti ünvanında Cavabdeh idarə etdiyi “VAZ 21063” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması və hadisə nəticəsində «QAZ 31029» minik markalı, «**- BA-***» dövlət nömrə nişanlı avtomaşına maddi ziyan vurması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanun normalarının tələbinə əsasən Cavabdeh hərəkətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt), hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə də qoyula bilər. İşdəki sübutlardan görünür ki, iddiaçıya cavabdehin qanunazidd hərəkətləri nəticəsində mülkiyyətində olan «QAZ-31029» minik markalı, «**-BA-***» dövlət qeydiyyta nişanlı avtomaşınla bağlı maddi ziyan vurulmuş, həmin ziyanla cavabdehin qanunazidd hərəkətləri nəticəsində səbəbli əlaqə olmuş və həmin ziyan cavabdehin təqsiri nəticəsində yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 470 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 470 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2481/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2481/2022
10.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver