Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2494/2021 20.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsi hakimi Məmmədov İlqar Aslan oğlu iddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.06.2020-ci il tarixli müqaviləsinə əsasən “Xiaomi HAYLOU Earbuds” markalı qulaqlıq üçün 24 (iyirmi dörd) manat 80 qəpik ödənilməmiş hissə, 2 (iki) manat 20 qəpik cərimə; 08.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********56539 “X6 9 Pro” markalı telefon üçün 602 (altı yüz iki) manat 60 qəpik ödənilməmiş hissə, 60 (altımış) manat 40 qəpik cərimə; 15.12.2020-ci il tarixli müqavilə üzrə “HOFMAN LED” markalı televizor üçün 349 (üç yüz qırx doqquz) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə; 28.12.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********78252 olan “Nokia 105” dual markalı telefon üçün 36 (iki yüz otuz beş) manat 90 qəpik ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə; ümumilikdə 1244 ( otuz altı ) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, ümumilikdə 1112 (bi min yüz on iki) manat borc və 31 (otuz bir) manat 12 qəpik ödənilmiş dövlət rüsumu, cavabdeh X1 alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "ABC TELECOM” MMC ilə cavabdeh, X4 ilə 02.06.2020-ci il, 08.09.2020-ci il və 15.12.2020- ci il, 28.12.2020-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi HAYLOU Earbuds markalı qulaqlıq, İMEİ kodu **********56539 X6 9 Pro markalı telefon, HOFFMANN LED markalı televizor və İMEİ kodu **********78252 Nokia 105 dual markalı telefon almış və nəticədə 1112 (min yüz on iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi icra etməmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət etmək qərarına gələrək, cavabdehdən 1112 (bi min yüz on iki) manat borc və 31 (otuz bir) manat 12 qəpik ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış 02.06.2020-ci il, 08.09.2020-ci il və 15.12.2020- ci il, 28.12.2020-ci il tarixli müqavilələrinə əsasən, X4 “Xiaomi HAYLOU Earbuds” markalı qulaqlıq, İMEİ kodu **********56539 “X6 9 Pro” markalı telefon, “HOFMAN LED” markalı televizor və İMEİ kodu **********78252 olan “Nokia 105” dual markalı telefon almışdır. Maliyyə arayışından görünür ki, X2 02.06.2020-ci il tarixli müqaviləsinə əsasən “Xiaomi HAYLOU Earbuds” markalı qulaqlıq üçün 24 (iyirmi dörd) manat 80 qəpik ödənilməmiş hissə, 2 (iki) manat 20 qəpik cərimə; 08.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********56539 “X6 9 Pro” markalı telefon üçün 602 (altı yüz iki) manat 60 qəpik ödənilməmiş hissə, 60 (altımış) manat 40 qəpik cərimə; 15.12.2020-ci il tarixli müqavilə üzrə “HOFMAN LED” markalı televizor üçün 349 (üç yüz qırx doqquz) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə; 28.12.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********78252 olan “Nokia 105” dual markalı telefon üçün 36 (iki yüz otuz beş) manat 90 qəpik ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə; ümumilikdə 1244 ( otuz altı ) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, ümumilikdə 1112 (bi min yüz on iki) manat məbləğində borcu yaranmışdır; İşdə olan 23.09.2021-ci il tarixli xəbərdarlığdan görünür ki, X4 banka olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; 01.11.2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 31 (otuz bir) manat 12 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan AZE ******** seriya və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4Quba rayonu Bağbanlı kəndində qeydiyyatdadır. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya 1112 (bi min yüz on iki) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 31 (otuz bir) manat 12 qəpik manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Kiçik mübahisələrə dair iddia ərizəsi qismən təmin olunsun. X1 02.06.2020-ci il tarixli müqaviləsinə əsasən “Xiaomi HAYLOU Earbuds” markalı qulaqlıq üçün 24 (iyirmi dörd) manat 80 qəpik ödənilməmiş hissə, 01 (bir) manat cərimə, 08.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********56539 “X6 9 Pro” markalı telefon üçün 602 (altı yüz iki) manat 60 qəpik ödənilməmiş hissə, 6 (altı) manat 40 qəpik cərimə,15.12.2020-ci il tarixli müqavilə üzrə “HOFMAN LED” markalı televizor üçün 349 (üç yüz qırx doqquz) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 28.12.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********78252 olan “Nokia 105” dual markalı telefon üçün 36 (iki yüz otuz beş) manat 90 qəpik ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu, ümumilikdə 1027 (bir min iyirmi yeddi) manat borc və 31 (otuz bir) manat 12 qəpik ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2494/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2494/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver