Məhkəmə qərarları › İş №2(027)-2515/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2515/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2515/2022 16.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı Quba Regional X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “ziyanın ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Quba Regional X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 Meşə Fonduna vurulmuş ziyana görə 532,53 (beş yüz otuz iki manat əlli üç qəpik) manat pul tutularaq Mərkəzin bank hesabına (Kapital Bank ASC, Benifisiarın adı: X7 Təsərrüfatı Mərkəzi; Benifisiar hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 xx.xx.2022-ci il tarixdə Mərkəzin Rustov meşəbəyliyinin 4 saylı dolayının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan müxtəlif cins və diametrli 26 ədəd və fıstıq cinsli müxtəlif diametrli 13 ədəd işliyə yararlı olmaqla, ümumilikdə 39 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 532,53 manat məbləğində ziyan vurmuşlar. Nəticədə meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh1, Cavabdeh2 və X5 “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin” xx.xx.2019-cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsini pozmuşlar. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X4 000658 nömrəli aktından görünür ki, Cavabdeh1, Cavabdeh2 və X5 meşədən fıstıq cinsindən 16 sm diametrində 5 ədəd odunluq, 20 sm-lik 5 ədəd, 24 sm işlik 3 ədəd, 28 sm işliyə yararlı 5 ədəd, vələs cinsindən 16 sm-lik 6 ədəd, 20 sm-lik 8 ədəd, 24 sm-lik 4 ədəd, 28 sm-lik 1 ədəd, 2 ədəd 40 sm diametrlərində oduncaq aparmışdır; həcm-qiymət cədvəlindən görünür ki, fıstıq cinsindən 16 sm diametrində 5 ədəd odunluq, 20 sm-lik 5 ədəd, 24 sm işlik 3 ədəd, 28 sm işliyə yararlı 5 ədəd, vələs cinsindən 16 sm-lik 6 ədəd, 20 sm-lik 8 ədəd, 24 sm-lik 4 ədəd, 28 sm-lik 1 ədəd, 2 ədəd 40 sm-lik oduncağın ümumi qiyməti 195,53 (bir yüz doxsan beş manat əlli üç qəpik) manat, 39 ədəd ağacın kəsilməsinə görə ziyan 337 (üç yüz otuz yeddi) manat təşkil etmiş, meşə fonduna dəymiş ziyan ümumi 532,53 (beş yüz otuz iki manat əlli üç qəpik) manat hesablanmışdır. Beləliklə, müəyyən olundu ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qanunsuz hərəkətləri nəticəsində X7 Təsərrüfatı Mərkəzinə 532,53 (beş yüz otuz iki manat əlli üç qəpik) ziyan dəymişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı X7 Təsərrüfatı Mərkəzi dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 (min) manatadək olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 (otuz) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehlərdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada Meşə Fonduna vurulmuş ziyana görə 532,53 (beş yüz otuz iki manat əlli üç qəpik) manat pul tutularaq Mərkəzin bank hesabına (Kapital Bank ASC, Benifisiarın adı: X7 Təsərrüfatı Mərkəzi; hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3) köçürülsün. Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar