Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-253/2021 13.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı «FİNKA Azerbaijan» MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 10253.00 (on min iki yüz əlli üç) manat, faiz borcuna görə 3235.00 (üç min iki yüz otuz beş) manat, cəmi 13488.00 (on üç min dörd yüz səksən səkkiz) manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı MM QBKT-nin nümayəndəsi X2 oğlu teleqramla məhkəməyə müraciət edərək iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdi. İddiaçı MM QBKT iddia ərizəsində göstərmişdi ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 13.02.2020-ci il tarixli, **********0410 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 26.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10 000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 541 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin 13.02.2020-ci il tarixli, **********0410 saylı saylı kredit müqaviləsi, COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamına müvafiq olaraq 13.02.2020-ci il tarixli, **********0410 saylı saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 10253.00 manat, faiz borcu 3235.00 manat müəyyən edilmişdir. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Göstərilənlər nəzərə alaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 10253.00 (on min iki yüz əlli üç) manat, faiz borcuna görə 3235.00 (üç min iki yüz otyuz beş) manat, cəmi 13488.00 (on üç min dörd yüz səksən səkkiz) manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13.02.2020-ci il tarixli, **********0410 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 istehlak məqsədləri üçün illik 26.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10 000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 02.10.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka borcu, əsas borc üzrə 10253.00 (on min iki yüz əlli üç) manat, faiz borcuna görə 3235.00 (üç min iki yüz otyuz beş) manat, cəmi 13488.00 (on üç min dörd yüz səksən səkkiz) manat təşkil edir. İş materiallarında olan **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına borclu ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına borclu ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.06.2021-ci il tarixli 9/2352 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan maliyyə arayışı məlumatları, kredit hesabı haqda məlumat, 13.02.2020-ci il tarixli, **********0410 saylı kredit müqaviləsinin və 13.02.2020-ci il tarixli, **********0410 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair **********0075 saylı sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı MM QBKT-yə borcu 11.089.76 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 10.253.0 manat, faiz borcu 836.76 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.06.2021-ci il tarixli 9/2352 nömrəli rəyi nəzərə alınaraq, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 10253.00 (on min iki yüz əlli üç) manat, faiz borcuna görə 836.76 (səkkiz yüz otuz altı) manat,76 qəpik, cəmi 11089.76 (on bir min səksən doqquz) manat 76 qəpik məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMQBKT-nın xeyrinə tutulması qanunidir.. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, əsas borc üzrə 10253 (on min iki yüz əlli üç) manat, faiz borcuna görə 836 (səkkiz yüz otuz altı) manat 76 qəpik, cəmi 11089.76 (on bir min səksən doqquz) manat 76 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı MMQBKT-nın xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-253/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-253/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver