Məhkəmə qərarları › İş №2(027)-2530/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2530/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2530/2021 10.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Mikayıl oğlunun iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən e t d i: iddiaçılar İddiaçı1 və İddiaçı2 Mikayıl oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabeh Cavabdeh cəmi 6400 manat məbləğində pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, ərizəsində, həmçinin məhkəmə iclasında verdiyi izahatlarında idda ərizəsinin və ona əlavə olunmuş sənədlərin geyri qaytarılmasını xahiş etmişlər. Məhkəmə, iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının vəsatətinə əsasən hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılar İddiaçı1 və İddiaçı2 geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya eyni tələb üzrə qanunvericiliyin tələbinə əsasən yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 35, 149.2.2, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçılar İddiaçı1 və İddiaçı2 Mikayıl oğlunun vəsatətinə əsasən geri qaytarılsın. İddiaçı1 və İddiaçı2 eyni tələb üzrə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün ərzində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar