Məhkəmə qərarları › İş №2(027)-2533/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2533/2022

14.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2533/2022 14.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavbdeh Cavabdeh iştirakı ilə, İddiaçı Quba Regional X1 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Quba Regional X3 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 102 manat ziyanın Mərkəzin Kapital bankdakı Benifisiarın adı : Quba Regional X3, Benifisiarın hesabı : AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesaba ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Quba Regional X3 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Mərkəzin Alpan meşəbəyinin 13 saylı dolayının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılışı orderi olmadan xx.xx.2021-ci il tarixdə müxtəlif cinsli və diametrli 6 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 102 manat ziyan vurmuşdur. Meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ” 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7- ci əlavəsini pozmuşdur. Məhkəmə iclasında cavbdeh Cavabdeh izahat verərək göstərmişdir ki, o meşə təsərüfatından ağac kəsməyib. Ümumiyyətlə onun kəsilən ağaclara aidiyyəti ilə bağlı sübut yoxdur. İddaçı məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X1 xx.xx.2021-ci il tarixli 64927 nömrəli aktından görünür ki, Alpan Meşəbəyliyinin 13 saylı dolayının xidməti ərazisində meşələrin qorunub mühafizə olunma vəziyyətini yoxlayan zaman Cavabdeh özbaşına meşəyə girərək, meşədən qanunsuz oduncaq daşıması barədə Quba Regional X3nə məlumat daxil olmuşdur. Cavabdeh özbaşına meşəyə girərək, meşədən qanunsuz oduncaq əldə etmək barədə məlumat araşdırılarkən məlum olmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə müxtəlif cinsli və diametrli 6 ədəd yaş köküstə ağacları kəsmişdir. İş materiallarında olan həcm-qiymət cədvəlindən görünür ki, Vəl-vələ Meşəbəyliyinin 06 saylı dolayında xx.xx.2022-ci il tarixli yoxlama zamanı aşkar edilmiş qanunsuz qırıntıya görə meşə fonduna 102 manat məbləğində ziyan hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh tərəfindən Meşə Fonduna 102 manat məbləğində ziyan vurulmasını tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı bir fotoşəkil və ya başqa bir sübut təqdim edilməmişdir. Bundan başqa, qeyd olunan akt və vurulmuş ziyan barədə cavabdeh iddiaçı tərəfindən lazımi qaydada xəbərdarlıq edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması barədə əsaslı sübut mövcud olmamış və cavabdehin qanunsuz hərkəti nəticəsində hər hansı bir zərərin vurulması öz təsdiqni tapmamışdır. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Quba Regional X1 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar