Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-254/2022 21.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 6743 (Altı min yeddi yüz qırx üç) manat məbləğində borcun, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə cavabdeh X5 arasında 10.09.2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh X5 İddiaçı MMC-yə 6893 (altı min səkkiz yüz doxsan üç) manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 09.10.2020-cu il larixindən,hər ay 689,30 manat olmaqla 10 ay müddətinə tam olaraq İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh X5 tərəfindən həmin borcdan hazırki tarixədək 150 (yüz əlli) manat məbləği ödənilmiş qalan 6743 (Altı min yeddi yüz qırx üç) manat borc məbləği ödənilməmiş qalmışdır. İddiaçı MMC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 06.09.2021-ci il tarixinə İddiaçı MMC-yə 6743 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehə iddiaçıya olan borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 10.09.2020-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, X5 İddiaçı MMC-yə 6893 manat məbləğində borcunun olduğunu etiraf etmiş, borclu 10 aya 6893 manat borcun yarandığı, həmin məbləği 09.10.2020-ci il tarixdən, hər aya 689.3 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. İşin mübahisəsiz halı onda ibarətdir ki, 10.09.2020-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən X5 İddiaçı MMC-yə 6893 manat məbləğində borcunun olduğunu etiraf etmiş, borclu 10 aya 6893 manat borcun yarandığı, həmin məbləği 09.10.2020-ci il tarixdən, hər aya 689.3 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin 06.09.2021-ci il tarixinə İddiaçı MMC-yə 6743 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 882.1-882.4-cü maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdeh X2 İddiaçı MMC-yə 6743 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 88 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 8.1.2 maddələrinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 6743 manat məbləğində pul alınaraq, İddiaçı MMC-yə verilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 8.1.2 maddələrinə əsasən, 88 manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-254/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-254/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver