Məhkəmə qərarları › İş №2(027)-2559/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2559/2021

30.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2559/2021 30.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X1 qarşı dəymiş zərər tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9810 manat məbləğində zərərin əvəzi olaraq 9810 manat məbləğində pul vəsaiti və 100 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, ərizəsində, həmçinin məhkəmə iclasında verdiyi izahatında idda ərizəsinin və ona əlavə olunmuş sənədlərin geyri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının vəsatətinə əsasən hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya eyni tələb üzrə qanunvericiliyin tələbinə əsasən yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 35, 149.2.2, 170, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X1 qarşı dəymiş zərər tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər İddiaçı vəsatətinə əsasən geri qaytarılsın. İddiaçı eyni tələb üzrə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün ərzində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar