Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-256/2021 10.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat və ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışlar ki, Aradabir tanıdığı adamlardan qızıl alıb əvəzində borc pul verir. Cavabdeh əvvəllər tanımamışdır. 2019-cu ildə Cavabdeh onun yanına gələrək anasının xəstə olduğunu.müalicəsi üçün pul lazım olduğunu ona məxsus qızılları girov qoyub, pul almaq istədiyini bildirmişdir. O, onu görmək üçün yaşadığı evə çağırmışdır. Cavabdeh Xaçmaz rayonu. Qobuqıraq kəndinə onun yaşadığı evin qarşısında onunla görüşərək özündə olan qızıl-zinyət əşyalarını ona gətirərək demişdir ki. anası xəstədir, anasının müalicəsi üçün pul lazımdır, ona görədə həmin qızılları girov qoyub pul götürmək istəyir. O, ondan həmin qızılların oğurluq olub-olmadığını soruşduqda cavabdeh onların oğurluq olmadığını, ona inanmırsa zəng vurub anasından soruşmağını bildirmişdir. O, ona inanaraq və əlində tutduğu qızılları götürüb baxdıqdan sonra elektron tərəziyə qoyub çəkəndə onlar hamısının birlikdə çəkisi 44 qram olmuşdur. Cavabdeh ondan verdiyi qızıllara görə nə qədər pul düşəcəyini soruşmuş, gətirdiyi qızıl-zinyət əşyalarının üzərlərində olan qaşların dəyərli olub-olmadığını bilmədiyimdən qızıla görə ona 700 manat pul vermişdir. O, onunla razılaşmış və evindən 700 manat pul gətirib 600 manatını cavabdehə verib, 100 manatı isə birinci ayda onun ödəyəcəyi pulun əvəzində götürərərək ona verdiyi hər yüz manatın üzərində ona əlavə olaraq 15 manat pul ödəməli olduğunu demişdir. O. ondan 600 manat pulu aldıqdan sonra gəldiyi taksi avtomobilinə əyləşib getmişdir. xx xxxxxxxx 2019-cıı il tarixli günorta saatlarında yenidən onun zəng vurub demişdir ki, görüşmək üçün onun evinin qarşısına gəlir. Onunla danışdıqdan sonra tanımadığı şəxsin idarə etdiyi markasını və qeydiyyat nömrə nişanın xatırlamadığı taksi avtomobilinə əyləşib Xaçmaz rayonu.Qobuqıraq kəndinə gələrək onun yaşadığı evin qarşısında cavabdeh onunla görüşmüşdür. Cavabdeh demişdir ki. anasının müalicəsi ilə bağlı yenə pul lazımdır, ona görə də anasına məxsus bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl qolbağını gətirmişdir ki, ona verib əvəzində pul alsın. Bundan sonra o, özündə saxladığı bir ədəd qızıl qolbağı və bir ədəd qızıl boyunbağını cibindən çıxarıb ona vermiş, oda boyunbağı ilə qolbağa baxdıqdan sonra elektron tərəziyə qoyub çəkmiş və ikisinin birlikdə çəkisi 22 qram təşkil etmişdir. O, ona inandığı üçün qızıl boyunbağı ilə qızıl qolbağını götürərərək əvəzində ona 400 manat pul verib aldığı qızılların əvəzində verdiyi hər 100 manata görə ona 15 manat verəcəyini demişdir. Yəni o aldığı 1000 manat puldan əlavə ona faiz olaraq 150 manatda verməli idi. O, ondan aldığı qızıl-zinyət əşyalarını onun özünə qaytarmalı idi. xx xxxxxxxx 2019- cu il tarixdə yenidən ona zəng edərək aldığı pullar anasının müalicəsinə bəs etmədiyini və yenədə anasına məxsus qızıllardan gətirdiyini əvəzində pul almaq istədiyini qeyd etmişdir. O, Ramanla birlikdə yaşadığı evə gəlib baxanda görmüşdür ki, Raman iki qızıl boyunbağı, üç ədəd qızıl qolbağı, bir ədəd qızıl qadın saatı, üzük və sırğadan ibarət bir cüt qızıl komplekt, üç cüt sırğa, üç ədəd qizil qadın üzüyü.bir ədəd qızıl kişi üzüyü. bir ədəd qızıl sırğa tayı gətirib. O, Ramanın gətirdiyi qızıl zinət əşyalarını elektron tərəziyə qoyub çəkmiş və ümumilikdə hamısının çəkisi təxminən 150-160 qram olmuşdur. Ramana gətirdiyi qızıl-zinyət əşyalarının ümumilikdə dəyərinin 4500 manat təşkil etdiyini, ancaq ona həmin məbləğdə pul verə bilməyəcəyini bildirdikdə Raman ondan 3000 manat pul istəmiş, oda ona demiş ki, gətirdiyi qızıl-zinyət əşyalarına görə ona ancaq 1500 manat pul verə bilər, gələcəkdə də aldığı pulun üstündə əlavə olaraq 200 manat verib qızıl-zinyət əşyalarını götürər. Raman razılaşaraq 1500 manat pulu ondan almış və gəldiyi taksi avtomobilinə əyləşib getmişdir. Həmin gün təxminən saat 17 radələrində yaşadığı evə Quba RPŞ-nin əməkdaşları gələndə bilmişdir ki, Raman ona verdiyi qızıl-zinyət əşyalarını ayrı-ayrı evlərdən oğurlamışdır. O, həmin qızıl zinət əşyalarının oğurluq olduğunu bilməmişdir. Bu halla əlaqədar olaraq o, 2500 manat ziyana düşmüşdür. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh barəsində həbs qətimkan tədbiri seçildiyi üçün məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayon Məhkəməsinin 1(063)- 13/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Cavabdeh hökmlə təyin edilmiş cəza ilə Quba rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını qismən toplamaq yolu ilə ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Cavabdeh ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənazadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Cavabdeh üzərinə yaşayış yerini saat 23:30-dan 06:30- dəktərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonunun hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Cavabdeh cəzasının əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanması, iş üzrə maddi sübut - 01 ədəd qızıl qolbağı, 01 ədəd qızıl boyunbağı, 01 ədəd nazik qızıl boyunbağı, 01 ədəd yəhər formasında qızıl üzük, 01 ədəd tək qaşlı qızıl üzük, 01 ədəd sarı qaşlı üzük, 01 ədəd qaşlı qızıl üzük, 01 cüt halqavarı qızıl sırğa, 01 cüt qaşlı qızıl sırğa, 01 ədəd briliyant qaşlı qızıl üzük və 01 ədəd ürək formalı qızıl kulonun zərərçəkmiş şəxs Aygül İmaməliyevaya; 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbağ, 02 ədəd qızıl bilərzik, 01 ədəd brilyant qaşlı qızıl qol saatı, 01 ədəd üzərində mirvari muncuqlar olan qızıl sırğa cütü və üzük dəsti, 01 ədəd üzərində ağ rəngli muncuqlar olan qızıl sırğa cütü, 01 ədəd üzərində böyük yaşıl və ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 01 ədəd üzərində böyük qara və ağ şəffaf qaşları olan qızıl üzük, 01 ədəd brilyant qaşlı kişi qızıl üzüyü, 01 ədəd brilyant qaşlı qızıl üzük və 01 ədəd üzərində qara və ağ şəffaf qaşları olan qızıl sırğa tayının zərərçəkmiş şəxs Nizami Şəfiyevə; 01 ədəd qızıl boyunbağı və 01 ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzüyün zərərçəkmiş şəxs Anar Marifova ibtidai istintaq zamanı qaytarılmaları nəzərə alınması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 50 (əlli) qəpik məbləğində məhkəmə xərci təqsirləndirilən şəxs Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməsi, hökmün icrası Cavabdeh yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh barəsində cinayət işi üzrə qəbul edilmiş hökmlə müəyyən olunur ki, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 2500 manat məbləğində pulunu ələ keçirmişdir. Lakin, iddiaçının cinayət işi üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məlum olmuş ki, iddiaçı Quba RPŞ-nə dəvət olunan zaman, cavabdehin ona borclu olduğu 2500 manatın 1000 manatı iddiaçıya qaytarılmışdır. Belə olan halda, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin iddiaşıya hal-hazırda 1500 manat məbləğində borcu vardır. Ona görə də, iddia həmin hissə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdehnın heç bir müqavilə və hüquqi əsas olmadan İddiaçı 1.500 manat məbləğində maddi ziyan vurması qanuni qüvvəyə minmiş Xaçmaz rayon Məhkəməsinin 1(063)-13/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.500 manat məbləğində pul və və 30 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-256/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-256/2021
10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver