Məhkəmə qərarları › İş №2(027)-2583/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2583/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2583/2021 29.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, İddiaçı Cavabdeh BOKT MMC-nin Quba filialına qarşı “faiz və cərimə borcunun ləğv olunması və qalan borcun yeni qrafik üzrə ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh BOKT MMC-nin Quba filialına qarşı “faiz və cərimə borcunun ləğv olunması və qalan borcun yeni qrafik üzrə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və mülki işi nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1-ci maddəsinə əsasən, Hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Həmin Məcəllənin 49-1.1.2-ci maddəsinə əsasən hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri Hüquqi şəxsə aidiyyəti olan şəxsdir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininnin 35.1-35.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən İddiaçı cavabdeh qismində hüquqi şəxs Cavabdeh BOKT MMC-nin filialını deyil, hüquqi şəxs Cavabdeh BOKT MMC-nin özünü göstərməli idi. Göstərilənlərə əsasən, İddiaçı “faiz və cərimə borcunun ləğv olunması və qalan borcun yeni qrafik üzrə ödənilməsi” tələbinə dair iddia ərizəsində cavabdeh qismində hüquqi şəxsin, yəni Cavabdeh BOKT MMC-nin (Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Sahil 14, 1-ci Yaşıl Ada küçəsi, Blok 1) özünü deyil, Cavabdeh BOKT MMC-nin Quba fialını göstərdiyindən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 152, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh BOKT MMC-nin Quba filialına qarşı “faiz və cərimə borcunun ləğv olunması və qalan borcun yeni qrafik üzrə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar