Məhkəmə qərarları › İş №2(027)-2583/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2583/2022

06.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2583/2022 06.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilən alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 772 manat məbləğində aliment müəyyən edilməsini və əlavə olaraq mediasiya xidmətinə görə ödədiyi 50 manat rüsumun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını 26 may 2009cu ildə rəsmiləşdirmişlər. Birgə nikahdan onların xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və 09.08 2015-ci il təvəllüdlü X5 adlı uşağları dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban yaşamış, sonradan münasibətləri pisləşərək aralarındakı nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Quba Rayon Məhkəməsinin 11 aprei 2019-cu il tarixli, 2(027)-1167/2019 saylı qətnaməsinə əsasən uşağlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdehdən hər uşaq üçün 130 manat, ümumilikdə dörd uşaq üçün 520 manat məbləğdə alimentin alınıb ona verilməsi qət edilmişdir. Hazırda uşaqlarının dördüdə məktəbdə təhsil alır və o, 520 manat alimentlə onları saxlaya bilmir. Uşaqlarının geyim, təhsil və digər xərcləri onun üzərindədir. Bütün bunları təkbaşına edə bilmədiyini bildirmiş, hər iki valideyinin uşaqlarını saxlamağa borclu olduğunu qeyd etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh oğlu məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə keçiriləcək olan məhkəmə iclası ilə bağlı istifadəsində olan telefon nömrəsinə SMS xəbərdarlığı göndərilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin sürətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2015ci il təvəllüdlü X3 və 09.08 2015-ci il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1167/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və 09.08 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər uşaq üçün 130 manat, ümumilikdə dörd uşaq üçün 520 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşaqların saxlanmasında çətinlik çəkdiyini, həmçinin uşaqların məktəbli olmasını, onların bununla bağlı təlabatının artmasını nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 2(027)-1167/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və 09.08 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 34,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bundan başqa, iddiaçı ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində pulun 25 manatı Cavabdeh alınaraq, iddiaçıya ödənilməslidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və 09.08 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-1167/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 160 (yüz altımış) manat olmaqla, ümumilikdə 640 (altı yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 34,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh 25 manat məbləğində pul alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar