Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-262/2021 04.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 478.27 manat əsas, müqavilə müddəti üçün hesablanmış 0 manat faiz, 172.90 manat cərimə, müqavilənin bitdiyi tarixdən 13.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 116.06 manat borc, ümumilikdə 767.23 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan “xxxx” ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərini əsas tutaraq məhkəməyə ərizəylə müraciət edərək, cavabdehlər Cavabdeh1, və X2 müştərək qaydada ləğv prosesində olan “xxxx * ASC-nin xeyrinə 478.27 manat əsas, müqavilə müddəti üçün hesablanmış 0 manat faiz, 172.90 manat cərimə, müqavilənin bitdiyi tarixdən 13.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt için illik beş faiz olmaqla, 116.06 manat borc, ümumilikdə 767.23 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə Edilməsi Departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Samir Muradzadə ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasıını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan “xxxx” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə borc alan Cavabdeh1 arasında bağlanmış 05.03.2014-cü il tarixli, 265MNNW140640001 nömrəli kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 24 % dərəcəsi ilə 3000 manat kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 və Cavabdeh3 arasında 265MNNW140640001/Z nömrəli, 05.03.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Ölkə başçısının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq hazırkı mülki iş üzrə Fərmanın icrası ilə cavabdehə bildiriş (qoşmaya əlavə olunur) göndərilmişdir. Lakin, cavabdeh tərəfindən Banka yeni müqavilə bağlanması üçün müraciət edilməmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürüb. Belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borc alan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Zaminlik müqaviləsinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini lerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Nəticədə Cavabdeh1 ləğv prosesində olan “xxxx” ASC-yə 478.27 manat əsas, müqavilə müddəti üçün hesablanmış 0 faiz, 172.90 manat cərimə, müqavilənin bitdiyi tarixdən 13.10.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 116.06 manat borc, ümumilikdə 767.23 manat məbləğində kredit borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan “ xxxx * ASC-nin xeyrinə 478.27 manat əsas, müqavilə müddəti üçün hesablanmış 0 manat faiz, 172.90 manat cərimə, müqavilənin bitdiyi tarixdən 13.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 116.06 manat borc, ümumilikdə 767.23 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 05.03.2014-cü il tarixli, 265MNNW140640001 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 24 % dərəcəsi ilə 3000 manat kredit verilmişdir İş materiallarında olan Ləğv prosesində olan “xxxx” ASC-nin 16.10.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 05.03.2014-cü il tarixli, 265MNNW140640001 nömrəli kredit müqaviləsi üzrə 13.10.2020-ci il tarixə “xxxx” ASC-yə əsas borcuna görə 478.27 manat əsas, müqavilə müddəti üçün hesablanmış 0 manat faiz, 172.90 manat cərimə, müqavilənin bitdiyi tarixdən 13.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 116.06 manat borc, ümumilikdə 767.23 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan iddiaçı “xxxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış 05.03.2014cü il tarixli, 265MNNW140640001/Z saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyırlar. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və MAPS arayışından müəyyən olunur ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və MAPS arayışından müəyyən olunur ki, Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 10.05.2018-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünürki, “xxxx” ASC 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 14.02.2018-ci il tarixli, 07.10.2019-cu il tarixli xəbərdarlığ və bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəyə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəyə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.03.2014-cü il tarixli, 265MNNW140640001saylı kredit müqaviləsi üzrə cavabdehin 13.10.2020-ci il tarixə “xxxx” ASC-yə 478.27 manat əsas, 172.90 manat cərimə, müqavilənin bitdiyi tarixdən 13.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 116.06 manat borc, ümumilikdə 767.23 manat məbləğində borcu vardır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3, müştərək qaydada, 478 (dörd yüz yetmiş səkkiz) manat 27 qəpik əsas borc, 22 (iyirmi iki) manat 90 qəpik cərimə borcu, müqavilə bitdiyi tarixdən 13.10.2020-ci il tarixə kimi gecikdirilmiş vaxr üçün illik beş faiz 116 (yüz on altı) manat 06 qəpik, cəmi 617 (altı yüz on yeddi) manat 23 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3, müştərək qaydada, 478 (dörd yüz yetmiş səkkiz) manat 27 qəpik əsas borc, 22 (iyirmi iki) manat 90 qəpik cərimə borcu,müqavilə bitdiyi tarixdən 13.10.2020-ci il tarixə kimi gecikdirilmiş vaxr üçün illik beş faiz 116 (yüz on altı) manat 06 qəpik, cəmi 617 (altı yüz on yeddi) manat 23 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-262/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-262/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver