Məhkəmə qərarları › İş №2(027)-2639/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2639/2024

16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2639/2024 16.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 2(012)-3230/2022 saylı 28 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilərək aliment miqdarın artırılaraq hər uşaq üçün hər ay 250 (iki yüz əlli) olmaqla ümumilikdə cəmi 500 manat sabit pul məbləğidə alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxaralımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 10 iyul 2007-cı il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 21 iyul 2008-cı il təvəllüdlü X7 və 18 fevral 2011 -ci il təvəllüdlü X8 anadan olmuşdular. Cavabdeh ilə bir müddət normal ailə münasibətləri olsa da sonradan araların müəyyən problemlər yaranmışdır. Aralarında yaranmış problemlər birgə nikahlarının pozulmasına səbəb olmuşdur. Hər iki övladı məhkəmə qətnaməsinə əsasən onun himayəsinə verilmişdir. Abşeron rayon Məhkəməsinə müraciət edərək, 28 iyun 2022-ci il tarixli 2(027)-3230/2022 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün təyin olunmuş 130 manat (yüz otuz) manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq birgə nikahdan dünyaya gəlmiş 21 iyul 2008cı il təvəllüdlü - X9 və 18 fevral 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O uşaqları təkbaşına çox çətinliklə saxlayır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən müəyyən miqdarda aliment uşaqların təlabatlarını heç cür ödəmir. Вu məbləğ simvolik xarakter daşıyır. Gündəlk məişət xərclərinin, həkim xərclərin, məkəb xərclərini, gəzinti və əyləncə xərclərinin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Cavabdeh isə uşaqların saxlanması üçün ona heç bir əlavə yardım etmir. Bu səbəbdən də, o, yenidən “alimentin miqdarının artırılması” tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, ikinci dəfə ailə qurmuşdur. Həmin nikahından da iki övladı var. Aylıq əmək haqqısı 345 manatdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətidnən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 21 iyul 2008-cı il təvəllüdlü X7 və 18 fevral 2011-ci il təvəllüdlü X8 doğulmuşlar. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-3230/2022 saylı 28 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020ci il tarixli. 2(027)-1709/2020 sayı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment verilməsi qət olunmuşdur. İş materialllarında olan xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-01244 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi. İş materiallarında olan 11 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 345 manat məbləğində əmək haqqı alır. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə X1 ilə nikah bağlanmış, onun həmin nikahdan 16 fevral 2021-ci il təvəllüdlü X3 və 11 aprel 2023-cü il təvəllüdlü X4 adında uşaqları vardır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 3230/2022 saylı 28 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli. 2(027)-1709/2020 sayı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment verilməsi qət olunmuşdur. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa hər ay 250 manat olmaqla, iki uşağa cəmi 500 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə-valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 21 iyul 2008-cı il təvəllüdlü X7 və 18 fevral 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Abşeron rayon Məhkəməsinin 2(012)-3230/2022 saylı 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa ayda 190 (bir yüz doxsan) manat olmaqla, iki uşağa görə cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, 34,40 (otuz dörd manat, qırx qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21 iyul 2008-cı il təvəllüdlü X7 və 18 fevral 2011 -ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Abşeron rayon Məhkəməsinin 2(012)-3230/2022 saylı 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa ayda 190 (bir yüz doxsan) manat olmaqla, iki uşağa görə cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun; iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 34,40 (otuz dörd manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar