Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2648/2025 04.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyənetdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9200 (doqquz min iki yüz) manat borc pulun və ödədiyi 112 (yüz on iki) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Bağbanlı kənd sakini olan Cavabdeh 2020-ci ildə Rusiya Federasiyasında tanımış, həmin vaxtlar cavabdeh Rusiyada meyvə-tərəvəz alveri ilə məşğul olmuş və aralarında yoldaşlıq münasibəti yaranmışdır. 2022-ci ildə o Azərbaycana qayıdıb və bundan sonra da cavabdehlə münasibətləri davam etmişdir. Bir neçə dəfə cavabdeh ona müraciət edərək iş görməsi üçün borc pul istəmiş, aralarında olan yoldaşlıq münasibətlərinə görə ona köməklik etmək məqsədilə borc pul verib, hər dəfə cavabdeh borc aldığı pulu razılaşdıqları müddətdə geri qaytarmışdır. 2023-cü ilin sentyabr ayında cavabdeh yenə də yanına gələrək Quba rayonu, Zərdabi qəsəbəsində mağaza icarərəyə götürdüyünü, həmin mağazada tara, palet, karzin, lentlər və sair bağ ləvazimatları satmaq istədiyini, amma pulunun az olduğunu, mal almaq üçün pula ehtiyacı olduğunu deyərək ondan 10000 manat pul borc istəmişdir. Yenə də cavabdehlə aralarında olan münasibətə görə ona 10000 manat məbləğində borc pul verib. Cavabdeh ona söz verib ki, borc aldığı pulu, yəni 10000 manat məbləğində pulu 2024-cü ilin mart ayının sonuna kimi hissə-hissə qaytaracaqdır. Lakin cavabdeh bu dəfə sözünə əməl etməmiş, ondan borc aldığı 10000 manat puldan cəmi 800 manat pul qaytarmış, yerdə qalan 9200 manat pulu qaytarmaqdan yayınmışdır. Belə olan vəziyyətdə o şikayət ərizəsi ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət etmiş, araşdırma zamanı Cavabdeh izahatında etiraf etmişdir ki, həqiqətən də 2023-cü ilin avqust ayında ondan 10000 manat borc pul almış, həmin pulu söz verdiyi vaxtda tam ödəyə bilməmiş, borc puldan ona cəmi 800 manat pul qaytarmış, hal-hazırda İddiaçı 9200 manat borcu qalmışdır. İzahatında qeyd etmişdir ki, gələn aydan başlayaraq ayda hissə-hissə olmaqla İlkinə olan borcunu tam qaytaracaqdır. Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X1 27 iyun 2025-ci il tarixli qərarı ilə ərizə əsasında toplanmış HK-1/1498 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İİ. Tərəflərin mövqeləri: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İİİ. İşin faktiki halları: Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 iyun 2025ci il tarixli qərardan göründüyü kimi, İddiaçı müraciətində qeyd etdiyi faktda cinayət tərkibinin əlamətləri olmadığı, toplanmış materialda cinayət tərkibinin əlamətləri olmadığına görə cinayət işinin başlanılması rədd edilməsi, İddiaçı müraciəti üzrə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna, ərizəçiyə və maraqlı şəxslərə göndərilməsi və toplanmış material saxlanması üçün Xaçmaz RPŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Xaçmaz rayon Polis şöbəsindən təqdim edilmiş sənədlərdə cavabdeh izahatında növbəti aydan başlayaraq öz borcunu hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı Cavabdehnın İddiaçı məxsus 9200 (doqquz min iki yüz) manat məbləğində pulu əldə etməklə, qaytarmaması və ya qaytarmaqdan imtina etməsi, iddiaçıya 9200 (doqquz min iki yüz) manat məbləğində maddi zərər vurması sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 iyun 2025-ci il tarixli qərardan göründüyü kimi, cavabdeh Gələn aydan başlayaraq ayda hissə-hissə olmaqla İlkinə olan borcunu tam qaytaracağına söz verib. Araşdırma zamanı İddiaçı ilə Cavabdehla aralarında olan danışıqların səs yazıları köçürülmüş disk materiala əlavə edilmişdir. Məhkəmə iclasında tətqiq olunmuş səs yazılarında cavabdeh öz borcunu etiraf etmiş, qaytaracağı barədə öhdəlik götürmüşdür. Göründüyü kimi Cavabdeh izahatında həqiqətən də 2023-cü ilin avqust ayında İddiaçı 10000 manat borc pul aldığını, həmin pulu söz verdiyi vaxtda tam ödəyə bilmədiyini, borc puldan İlkinə cəmi 800 manat pul qaytardığını, hal- hazırda İddiaçı 9200 manat borcu qaldığını etiraf etmiş, ayda hissə-hissə olmaqla İlkinə olan borcunu tam qaytaracağını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci madəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. - 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.3. borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi alqı-satqı barədə razılıq əldə olunmuş, iddiaçı müəyyən işlər görmək üçün cavabdehə borc pul vermiş, cavabdeh isə borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ödənişləri vaxtlı-vaxtında, müəyyən edilmiş müddətdə və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçı qarşısında öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, iddia cavabdeh tərəfindən etiraf edildiyindən və bu məhkəmə tərəfindən təsdiq edildiyindən, məhkəmə iddiaçının irəli sürdüyü 9200 manat borcun tutulmasına dair iddianın təmin olunması qənaətinə gəlir. Ona görə də iddia tələbi əsaslı olmaqla təmin edilməli, 9200 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia bu hissədə də təmin edilərək, ödənilmiş 112 (yüz on iki) manat dövlət rüsumu cavabdehdən alınaraq iddaçıya verilməlidir. Beləliklə, məhkəmə ərizəni nəzərdən keçirib və iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 9200 (doqquz min iki yüz) manat pul və 112 (yüz on iki) manat dövlət rüsumu alınaraq, iddaçı İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 9200 (doqquz min iki yüz) manat məbləğində pul və 112 (yüz on iki) manat dövlət rüsumu alınaraq iddaçı İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2648/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2648/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver