Məhkəmə qərarları › İş №2(027)-265/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-265/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-265/2021 03.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, XAtamoğlanov Elxan Elman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onu zamin qoyaraq kənd camaatından adığı nar meyvələrinin pulunu ödədiyi 7773 manat və ondan cavabdehin nisyə aldığı nar məhsullarının 2636 manat dəyərində pulun və ödədiyi 30 manat dövlət rüsumunun, ümumilikdə cavabdehdən 10439 manat borc pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Novruzəli oğlu ilə aralarında nar meyvəsi alqı-satqısı olmuşdur. Belə ki, 2019-cu ildə Quba rayonu sakini Cavabdeh, Quba rayon sakini Anar adlı şəxs (sürücü) vasitəsilə ondan nar meyvəsi alaraq onunla alver ediblər. Bir neçə dəfə Cavabdeh ondan nisyə nar meyvəsi alaraq alver etmişdir. Sonuncu dəfə Cavabdeh onun vasitəsilə kənd sakinlərindən onu zamin qoyaraq Atamoğlanov Eldar Ramiz oğlundan 726 manat, X10 225 manat, X2 1094 manat, X6 2736 manat, X3 220 manat, Qarayev Rövşən Qardaşəli oğlundan 276 manat, X7 756 manat, X9 274 manat, X4 540 manat, X1 456 manat, X8 470 manat və özü İddiaçı 2636 manat dəyərində, ümumilikdə 10409 manat dəyərində nisyə nar meyvəsi götürərək 10 günə kimi pullarını verəcəyini bildirsə də, bu günədək hər dəfə müxtəlif bəhanələr edərək onları onları aldatmışdır. Kənd sakinləri Cavabdeh ona görə verdikləri məhsulun pulunu 7773 manatı kənd camaatı ondan almışlar, ümumilikdə Cavabdeh ona 10409 manat ziyan vurmuşdur. Bütün bunlarla yanaşı cavabdehin öhdəliklərini pozması iddiaçının mənəvi iztirablar keçirməyinə səbəb olmuş və nəticədə mənəvi sarsıntı keçirmişdir. Belə ki cavabdeh dəfələrlə ona və onun vaistəsilə kənd sakinlərinə olan borcunu qaytaracağına söz versə də, hər dəfəsində onu aldatmış və borcunu ödəməkdən boyun qaçırmışdır. İddiaçı cavabdehə borcunu ödəmək öhdəliyinin icra etmək üçün yetərincə zaman vermişdir. Lakin cavabdeh ona qarşı etdiyi məsuliyyətsiz hərəkətlər, onu müntəzəm olaraq müxtəlif üsul və vasitələrlə aldatması ona qarşı saymazyan münasibət bəsləməsi onu mənən alçaltmış özünə etdiyi hərəkətə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Cavabdehin ona qarşı etinasız hərəkətləri nəticəsində vurulmuş maddi ziyanla yanaşı mənəvi ziyan da vurmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanı 2000 manat məbləğində qiymətləndirmiş, həmin pulun da cavabdehdən alınaraq ona verilməli olduğunu hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, həqiqətən İddiaçı 10409 manat məbləğində meyvə almışdır. Lakin o həmin meyvənin pulunu ödəmiş cəmi 3080 manat məbləğində borcu qalmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Saatlı rayonu Novruzlu kənd sakini İddiaçı, Sabirabad rayonu, Qasımbəyli kənd sakinləri Ə.Q.Qəhrəmanov, B.M.Atakişiyev, E.R.Atamoğlanov, C.X.Xəlilov, rayonun Əsgərbəyli kənd sakinləri R.Q.Qarayev, E.R.Atamoğlanov, Q.Y.Əhmədov, Ə.S.Süleymanov, V.R.Atamoğlanov və F.M.Şirinov yuxarı instansiyalara etdikləri müraciətlər əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1963-cü ildə Sabirabad rayonu Novruzlu kəndində anadan olmuş, Saatlı rayonu Novruzlu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən tərtib olunmuş xx xxxxxx 2020ci il tarixli ərizədən görünür ki, o İddiaçı 3080 manat məbləğində borcunun olmasını qəbul edir. İş materiallarına əlavə olunmuş notariat qaydasında təsdiq edilmiş ərizələrin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh İddiaçı zaminliyi əsasında Atamoğlanov Eldar Ramiz oğlundan 726 manat, X10 225 manat, X2 1094 manat, X6 2736 manat, X3 220 manat, Qarayev Rövşən Qardaşəli oğlundan 276 manat, X7 756 manat, X9 274 manat, X4 540 manat, X1 456 manat, X8 470 manat və İddiaçı 2636 manat dəyərində, ümumilikdə 10409 manat dəyərində nisyə meyvə almışdır. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, cavabdeh Cəfərov X11 Eldar Ramiz oğlundan 726 manat, X10 225 manat, X2 1094 manat, X6 2736 manat, X3 220 manat, Qarayev Rövşən Qardaşəli oğlundan 276 manat, X7 756 manat, X9 274 manat, X4 540 manat, X1 456 manat, X8 470 manat və özü İddiaçı 2636 manat dəyərində, ümumilikdə 10409 manat dəyərində nisyə meyvə almışdır. İddiaçı cavabdehə görə nisyə məhsul vermiş şəxslərin pulunu qaytarmışdır. Cavabdeh iddia tələbinin 3080 manat məbləğini qəbul etsə də, 7329 manat məbləğində pulun cavabdehə qaytarılmasını sübut edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əassən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sübutetmə yükü baxımından ümumilikdə 10409 manat məbləğində meyvənin iddiaçı tərfindən cavabdehə verilməsini iddiaçı sübut etməlidr. Məhkəmə araşdırması zamanı cavabdeh qeyd edilən məbləğdə meyvənin iddiaçıdan nisyə almasını etiraf etmişdir. Lakin borcu olduğu pulun qaytarılmasını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10409 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 10409 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar